AYRILIQ

Gözləməzdin bitər bir gün sevgimiz
Bu sevgini bir ömürlük deyirdin.
Çoxalıbdır günü-gündən dərdimiz
Mən sənə dərd, sən mənə dərd gətirdin
Sevib-sevib bu sevgini bitirdin.
Qalmadı nə sevgi, nə də dərdimiz
Bu sevgidən usandıq hər ikimiz
Ayrılığa səbəb oldun bu axşam
Yeni il gecəsi tənha qalmışam.
Tək-tənha ölümün caynağında mən
Baxıram ki, yoxsan, sənsiz qalmışam.

Buna nə ad verim? Xəyanət, qisas?
Yoxsa xəyanətin qisasımıdır?!
Mən etdim, peşmanam öz əməlimdən
Dönüklüyümdən və xəyanətimdən.
Onsuz da özümə nifrət edirəm
Gəl sən bu nifrətə şərik qoşulma
Sən etmə, xəyanət sənə yaraşmaz
Sənin qisasınla yara sağalmaz.
Əksinə, kinimiz birə beş artar
Sevgimiz kül olub göyə sovrular.
Dostlar məyus olar, düşmən sevinər
Bizi sevənlər də bizlərdən küsər.
Gəl yenə qovuşaq bitsin bu həsrət
Bu əzab, iztirab, ağrı, fəlakət
Biz ilk məhəbbəti qaytarmalıyıq
Gəl, sevək yaraşmaz bizə ayrılıq!

Əhməd ŞAHİDOV
01 Yanvar 2012-ci il, 04:00, Bakı, Azərbaycan