Tərcümeyi-hal

Müəllif: , Dərc edilib:14:41; 29 June, 2009, 89 şərh var   | Oxunma sayı: 4166

trtÖzüm haqqında…
Mən, Şahidov Əhməd Şair oğlu 31 avqust 1982-ci ildə anadan olmuşam. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirmiş və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olmuşam. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilimi davam etdirmişəm. 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlamışam.

2005-2008-ci illərdə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasında aspirant kimi elmi tədqiqatlar aparmışam. Üzərində çalışdığım dissertasiya işim “Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialları əsasında)” adlanır. Mövzuyla bağlı yerli və xarici elmi jurnallarda xeyli məqalələrim dərc olunub.

23 İyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin  D.02.071 Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyamın rəsmi müdafiəsi keçirildi. Yekdilliklə mənə 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə filologiya elmləri namizədi elmi dərəcəsinin verilməsi qərara alındı. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 10 Noyabr 2010-cu il tarixli (protokol № 35 – k) qərarı ilə mənə rəsmi şəkildə Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi təqdim edildi.

Elmi fəaliyyətimlə bərabər publisist fəaliyyəti ilə də məşğul oluram. İndiyə kimi yerli mətbuatda müxtəlif mövzularda məqalələrim işıq üzü görüb. Bundan başqa, 2005-2007-ci illərdə Rusiyada dərc olunan beynəlxalq NRS (Novoe Russkoe Slovo) qəzetində 300-ə yaxın məqaləm dərc olunub.

2009-2014-cü illərdə Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının “Hüquq” fakültəsində “Dövlət hüququ” ixtisası üzrə qiyabi təhsil almışam. Hüquqşünasam.

2010-cu ilin Sentyabr ayından 2011-ci ilin Yanvar ayına qədər Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasında müəllim kimi çalışmışam və universitetin diplomatiya ixtisaslı magistrantlarına “Türk dövlətlərinin xarici siyasəti” fənnindən dərs demişəm.

2011-ci ilin May ayından 2012-ci ilin Oktyabr ayına qədər Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində çalışmışam.

2012-ci ilin Oktyabr ayında Bakı Slavyan Universitetinin Dissertantura şöbəsinə daxil olmuşam və BSU-nun “Müasir rus dili” kafedrasında Filologiya üzrə elmlər doktoru dissertasiyamı yazmağa başlamışam. Dissertasiyamın mövzusu “Türk-Slavyan dil əlaqələrinin tarixi mərhələləri” barədədir. Dissertasiyamla bağlı bir sıra Türkdilli ölkələrdə – Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanda, habelə Rusiya, Ukrayna, Belorusiya və digər slavyan ölkələrində mövzu ilə əlaqədar elmi konfrans və simpoziumlarda iştirak etmək və elmi araşdırmalar aparmaq niyyətindəyəm.

2013-cü ilin Yanvar ayında “TURSAM Strateji Araşdırmalar Mərkəzi”nə sədr təyin edilmişəm. Bir çox ölkələrdə – Türkiyə, Şimali Kipr, Rusiya, Qazaxıstan və Qırğızıstanda təmsilçilikləri fəaliyyət göstərən TURSAM-ın (www.tursam.org) əsas fəaliyyəti Türk Dünyasındakı siyasi, iqtisadi və beynəlxalq prosesləri analiz etmək, çoxtərəfli araşdırmalar həyata keçirmək və Türk Dünyasının tərəqqisi ilə bağlı tədbirlər təşkil etməkdir.

2014-cü ilin 01 İyun tarixində Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu (ADİHİ) təsis edilmiş və mən ADİHİ-nin rəhbəri kimi fəaliyyətə başlamışam. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə yaradılan ADİHİ – qeyri-hökumət təşkilatıdır və beynəlxalq donor təşkilatlarının maliyyə yardımı sayəsində fəaliyyət göstərir. ADİHİ təşkilatının əsas məqsədi Azərbaycanda insan haqları, demokratiya və azadlıqlar sahəsində mövcud olan problemlərin aradan qaldırılmasında yaxından iştirak etmək, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında öz töhfəsini vermək, insanların öz hüquqlarını dərindən bilməsi üçün müxtəlif layihələr həyata keçirməkdir.

21 Dekabr 2010-cu ildə “Müasir Azərbaycan və rus dillərində heca və sözün sillabikası” adlı elmi monoqrafiyam rus dilində çapdan çıxmışdır. İlk ciddi elmi əsərim olan bu kitabda iki fərqli dildə – Azərbaycan və rus dillərindəki ikihecalı sözlərdə hecanın fonetik quruluşu və sözün sillabik quruluşu müqayisəli şəkildə təhlil olunmuşdur.

13 Sentyabr 2011-ci ildə “Qanun” nəşriyyatında “Sən də yer ver aşka” adlı ilk şeirlər kitabım çapdan çıxmışdır. Kitabda müxtəlif mövzularda qələmə aldığım şeirlərim və “Düşmənə ehtiram” adlı bir hekayəm yer alıb.

30 Oktyabr 2012-ci ildə “Qanun” nəşriyyatında “Sevdiyim qadın” adlı ilk romanım çapdan çıxmışdır. Sevgi mövzusunda yazılmış romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda istedadlı alim və şairdir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri biri-birini əvəz edir. Birnəfəsə oxuyacağınız bu romanda erotik məqamlar və gərginlik çox maraqlı dillə təsvir olunub.

30 Oktyabr 2012-ci ildə “Qanun” nəşriyyatında “Gecələr ağlayan qadın” adlı ikinci şeirlər kitabım çapdan çıxmışdır. Kitabda məhəbbət mövzusunda qələmə aldığım şeirlərim dərc edilib.

15 İyun 2013-cü ildə “OL” nəşriyyatında “Samir” adlı ikinci romanım çapdan çıxmışdır. ”Samir” romanı bir insanın cəmiyyətlə mübarizəsinə həsr olunub. Doğuşdan başlayıb, son mənzilə qədər davam edən bu mübarizə isə romanın qəhrəmanı olan Samir ilə cəmiyyət arasında gedir. Cəmiyyət arasında birmənalı qarşılanmayan və geniş insan kütləsi tərəfindən “homoseksual” adlandırılaraq, təhqir və təqiblərə məruz qalan Samir özünə qarşı bu münasibətlə barışmır və sonadək vuruşacağına söz verir.

01 Oktyabr 2013-cü ildə “OL” nəşriyyatında “Sıfır Nöqtəsi” adlı üçüncü romanım çapdan çıxmışdır. Sırf milli ideologiya və millətçilik hisslərinə həsr olunmuş bu əsər azərbaycanlı bir gəncin həyatından bəhs edir. Bakıda doğulub boya-başa çatmış Azad hələ uşaqlıq illərindən mənsub olduğu xalqın, millətin tarixi ilə yaxından maraqlanır və gələcəkdə Türk millətinin firavan gələcəyi üçün çalışacağını qarşısına məqsəd kimi qoyur. Dağlıq Qarabağda gedən savaşlarda bir qolunu itirmiş atasının və orta məktəbdə müəllimə işləyən anasının min bir əziyyətlə böyüdüb təhsil verdiyi Azad yüksək balla Bakı Dövlət Universitetinə daxil olsa da, ali təhsilini Kiprdə davam etdirmək qərarına gəlir və hər şey də məhz bundan sonra başlayır. Azad Kuzey kimi tanınan bu azərbaycanlı gənc təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında sevilən və adını tarixə yaza bilən bir şəxsiyyətə çevrilir.

Elmi fəaliyyətimdən başqa, kibernetika ilə də məşğul oluram. Boş vaxtlarımda idmanla, xüsusən də boks və üzgüçülüklə məşğul oluram. İnsanlarda səmimiliyi, sadəliyi və gülərüzlüyü qiymətləndirirəm.

Ən böyük arzum xalqımı gülərüz görməkdir. Ən böyük planım Azərbaycanla bağlıdır.

İndiyə kimi aşağıdakı beynəlxalq elmi konfrans, sempozyumlar və tədbirlərdə çıxış etmişəm:

  1. 13 Mart 2009-cu il, İstanbul şəhəri, Türkiyə Cümhuriyyəti – “Türk Dış Politikası” adlı beynəlxalq elmi konfrans; Çıxışımın mövzusu: “Rusiya və Türkiyə – müharibələrdən müttəfiqliyə doğru”;
  2. 9-11 İyun 2009-cu il, Cəlilabad şəhəri, Qırğızıstan Respublikası – “7. Uluslararası Türk dünyası Sosial Bilimler Kongresi” adlı beynəlxalq elmi konfrans; Çıxışımın mövzusu: “Terrörizmle mücadilede Türkiyenin tavrı”;
  3. 7-8 Oktyabr 2009-cu il, Almatı şəhəri, Qazaxıstan Respublikası – “Böyük sivilizasiya və «Şahnamə»” adlı beynəlxalq elmi konfrans; Çıxışımın mövzusu: “«Şahnamə» əsəri Azərbaycan ziyalılarının gözü ilə”;
  4. 9-11 Dekabr 2009-cu il, Lefkoşa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti – “II Beynəlxalq Dünya Dili Türkçə Sempozyumu” adlı beynəlxalq elmi sempozyum; Çıxışımın mövzusu: “Azəri türkcəsi və ortaq Türk dili”;
  5. 11-13 Dekabr 2009-cu il, Kocaeli şəhəri, Türkiyə Cümhuriyyəti – “Halk Kültüründe Eğlence Uluslararası Sempozyumu” adlı beynəlxalq elmi sempozyum; Çıxışımın mövzusu: “Azərbaycan folklorunda oyun və əyləncələr: unudulanlar və unudulmayanlar”;
  6. 12-15 May 2010-cu il, Manisa şəhəri, Türkiyə Cümhuriyyəti – “İkinci Beynəlxalq Balkanlarda Türk Varlığı Sempozyumu” adlı beynəlxalq elmi sempozyum; Çıxışımın mövzusu: “Uluslararası ilişgiler, Balkanlar ve Türkiyenin yaklaşımı”;
  7. 31 May 2010-cu il, Prizren şəhəri, Kosovo Respublikası – “İkinci Beynəlxalq Balkanlarda Sosial Elmlər Sempozyumu” adlı beynəlxalq elmi sempozyum; Çıxışımın mövzusu: “Uluslararası ilişgiler, Balkanlar ve Türkiyenin yaklaşımı”;
  8. 20-24 Oktyabr 2010-cu il, Çanaqqala şəhəri, Türkiyə Cümhuriyyəti – “Beynəlxalq problemlər çərçivəsində universitetlərin yeni hədəf və vəzifələri nələr olmalıdır?” adlı dünya universitetləri konfransı; Çıxışımın mövzusu: “Beynəlxalq terrorla birgə mübarizə”;
  9. 11-15 Oktyabr 2011-ci il, İstanbul şəhəri, Türkiyə Cümhuriyyəti – İstanbul Universitetinin Cerrahpaşa Tibb Fakültəsində keçirilən “V Balkan Tibb Tarixi və Etikası Konfransı”; Çıxışımın mövzusu: “Tibb əxlaqında qarşıdurma – ölüm, yoxsa qurtuluş”;
  10. 1-5 Noyabr 2011-ci il, Şimali Kipr Türk Cümhuriyyəti - Kipr Türk Mücahidlər Dərnəyi və Türk Müqavimət Təşkilatının birgə təşkil etdiyi İkinci Beynəlxalq “Kıbrıs Türk Milli Mücadelesi ve bu Mücadelede TMT-nin Yeri” sempozyumu; Çıxışımın mövzusu: “Türk Milli Mücadelesinde Kenan Çoyğunun yeri” ;
  11. 20-22 Aprel 2012-ci il, İstanbul şəhəri, Türkiyə Cümhuriyyəti - Avropa Birliyi, Avropa Şurası, Mərmərə Universiteti və digər qurumlar tərəfindən düzənlənən “Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər” mövzusunda beynəlxalq simpozium; Çıxışımın mövzusu: “Avropa demokratiyası və milli dəyərlər sistemi”;
  12. 10-11 May 2012-ci il, Ankara şəhəri, Türkiyə Cümhuriyyəti - Ankara Universiteti rektorluğu, Atatürk Kültür Mərkəzi və Ankara Universiteti Təhsil Elmləri Fakültəsinin birgə təşkilatçılığı ilə keçirilən “Birinci Beynəlxalq Təhsil Sosiologiyası Simpoziumu”; Çıxışımın mövzusu: “XXI yüzyılın öğrencisi nasıl olmalıdır: Geleceğin öğrenci modeli”;
  13. 24 May 2012-ci il, Gazimagusa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti -  Doğu Akdeniz Universiteti, oradakı Azərbaycan Cəmiyyəti və MİRAS İctimai Birliyinin birgə təşkilatçılığı ilə  Azərbaycanın 28 may Respublika gününə həsr olunmuş Azərbaycan-Şimali Kipr Gənclər Forumu;
  14. 19-22 Dekabr 2012-ci il, Denizli şəhəri, Türkiyə Cümhuriyyəti -  Pamukkale Universitetində keçirilən “V Beynəlxalq Dünya Dili Türkcə” simpozium; Çıxışımın mövzusu: “Azeri Türkçesi ve Ortak Türk Dili”;
  15. 28 Dekabr 2012-ci il, Gazimağusa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti – Doğu Akdeniz Universiteti, “Azərbaycan – Şimali Kipr Dostluq Cəmiyyəti”nin təşkil etdiyi “Azərbaycan – keçmişdən gələcəyə” adlı konfrans;
  16. 25 Fevral 2013-cü il, Lefkoşa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti, ŞKTC Cümhuriyyət Məclisində keçirilən “Xocalıya Ədalət” panelinin təşkilatçısı olmuşam və özüm də iştirak etmişəm;
  17. 27 Fevral 2013-cü il, Dənizli şəhəri, Türkiyə Cümhuriyyəti, Pamukkale Universiteti və TURSAM Strateji Araşdırmalar Mərkəzinin birgə təşkil etdiyi “Xocalıya Ədalət” konfransında əsas çıxışçı kimi iştirak etmişəm və nitq söyləmişəm;
  18. 23 Sentyabr-04 Oktyabr 2013-cü il, Varşava şəhəri, Polşa Respublikası. ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində 5 dəfə çıxış etmişəm: 1) “Azərbaycanda dini azadlıqlar” adlı məruzə; 2) “Azərbaycanda sərbəst toplaşmaq azadlığı” adlı məruzə; 3) “Azərbaycanda prezident seçkiləri: faktlar və reallıqlar” adlı məruzə; 4) “Terrorizmlə mübarizədə Azərbaycanın təcrübəsi” adlı məruzə; 5) “Azərbaycanda demokratiya və siyasi azadlıqlar” adlı məruzə;
  19. 01 Oktyabr 2013-cü il, Varşava şəhəri, Polşa Respublikası. Varşava şəhərinin mərkəzində yerləşən Sofitel Victoriya Hotelinin “Opera” zalında TURSAM Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi “Azərbaycan 2003-2013: İqtisadi İnkişafdan Sosial Rifaha Doğru” adlı tədbirdə əcnəbi qonaqlar qarşısında geniş məruzə ilə çıxış etmişəm;
  20. 08 Noyabr 2013-cü il, Lefkoşa şəhəri, Şimali Kipr Türk Cümhuriyyəti. Beynəlxalq Kipr Universitetində “Sıfır Nöqtəsi” romanının təqdimatı keçirilmiş və həmin tədbirdə universitetin müəllim və tələbə kollektivi qarşısında məruzə ilə çıxış etmişəm;
  21. 25 Dekabr 2013-cü il, İsparta şəhəri, Türkiyə Cümhuriyyəti, Süleyman Demirel Universiteti, “Dünəndən bugünə Türkiyə-Azərbaycan münasibətləri” adlı konfransda çıxış etmişəm və iki ölkə arasındakı əlaqələr barədə geniş məruzə etmişəm;
  22. 26 Dekabr 2013-cü il, Burdur şəhəri, Türkiyə Cümhuriyyəti, Mehmet Akif Ersoy Universiteti, “Türkiyə-Azərbaycan münasibətlərinin dünəni, bugünü və sabahı” adlı konfransda çıxış etmişəm və geniş nitq söyləmişəm;
  23. 23 Fevral 2014-cü il, İstanbul şəhəri, Türkiyə Cümhuriyyəti, Maltepe Bələdiyyəsi, Türkan Saylan Kültür Mərkəzi, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi Xocalı soyqırımına həsr edilmiş konfransda çıxış etmişəm;

Bu yazını paylaş:

    89 Comments on "Tərcümeyi-hal"

  1. Martinez says:

    Her vaxtiniz xeyir.
    Men U of Torontoda tehsil aliram, amma burda Arif adinda azerbaycanli tanimiram…

  2. osman says:

    Salam.
    Azarbaycan haqqinda dissertasiya yazmali idin san, Turk dilli devlatlar barede yox.

  3. Arif says:

    Salam.
    Dear Martinez,
    Eslinde men de Martinez adinda bir telebe tanimiram burda. Bunu normal qebul edirem, cunki U of Torontonun 3 korpusu var: Skarburq, Misisaqa ve Seynt Corc. Her birinin sahesi bir nece hektardir. Her birinde de onlarla binalar var. 10 minlerle telebe var… U of Torontoda Azerbaycanli Telebeler Klubumuz yoxdur. Gorursunuz, ne qeder de vetenperverik (!) …
    PhD Candidate,
    U of Toronto

  4. NURLANA says:

    Tebriklerrrrrrrrrrr…. xeyirli olsunnnnnnnnn

  5. Martinez says:

    Arif,

    artiq var azerbaycanli telebe cemiyyeti.

  6. Babək Rəsulzadə says:

    İnandığınız o müdrikdən sizə ağıl diləyirəm.

    Hörmətlə
    Babək Rəsulzadə.

  7. Arif says:

    Salam,
    Dear Martinez,
    Student Organizations-a baxdim, amma gormedim. En azindan cehd elemeyin yaxsidir bele bir club teskil elemeye.
    Helelik,
    PhD Candidate,
    U of Toronto.

  8. Samira Hashimzadeh says:

    Tərcümeyi-halı oxuyub sizə və özümüzə görə çox sevindim. :) Təbriklər. Uğurlarınızın davamı gəlsin İnşaAllah.

  9. HALALDI, ƏHMƏD!
    Sən elimin gənc alim övladısan,
    Halal olsun sənə, halaldı Əhməd.
    Sözün hikmət adlı sən ümmanısan,
    Halal olsun sənə, halaldı Əhməd.

    *****

    Vurğunsan üç rəngli bayrağımıza,
    Azərbaycan adlı torpağımıza,
    Söz ilə sən yetiş sorağımıza,
    Halal olsun sənə, halaldı Əhməd.

    *****

    Şəhidlərin qəlbində matəmi var,
    Xocalının kədəri var, qəmi var,
    Qarabağın dumanı var, çəni var,
    Halal olsun sənə, halaldı Əhməd.

    *****

    Bu dünyanın işi belə də qalmaz,
    Qarabağ bizimdir, haqdır, danılmaz,
    Haqqı dedin, haqqı kitablara yaz,
    Halal olsun sənə, halaldı Əhməd.

    *****

    Vətənimin alimləri çox olsun,
    Xainləri, nankorları yox olsun,
    Biz ucalaq, düşmənlərə ox olsun,
    Halal olsun sənə, halaldı Əhməd.

    *****

    İlhamdır, rəhbərdir Əliyev bizə,
    Layiqli oğuldur vətənimizə,
    Dəsdəkdir bizlərə düşən vəzifə,
    Halal olsun sənə, halaldı Əhməd.

    *****

    Ziyaəddin əyri deməz sözünü,
    Mən səzlərin söyləmişəm düzünü,
    Yüksəklərdə görüm sənin üzünü,
    Halal olsun sənə, halaldı Əhməd.

    Zirəddin RZAYEV
    16 Yanvar 2010-cu il, Moskva, Rusiya

  10. Aliya says:

    Salam Ehmed.Allah arzunuza catdirsin,xalqimizin ureyi sevinib uzu gulsun,ureyi aglayib uzu gulenlerden olmasin,bunu hemise deyirem.Size de butun islerinizde ugurlar.

  11. sadrik says:

    Salam Əhməd Şahidov. Facebook da yerləshdirdiyiniz şer parçasını oxuyub ilk önce şerh yazdım. sonra fikrimden daşınıb şerhi pozdum.
    herkesin oxumasını istemedim. açığı sizinle tanış olmadığımıza görə bunu facebookda her kesin görüb oxuya biləcəyi bir auditoriada etmeyi bir edebsizlik saydım.
    Ama burası sizin şexsi mekanınız olduqundan
    pozduğum sherhi bura olduğu kimi köçürdürem.
    oxuduqdan sonra pozmanızı rica edirəm.

    çox maraqlıdır. qelb mehz vicuda mələk qonan gün, etrafda olan pis insanlardan bashını götürüb qaçmaq istedi,ama ona qeder qush olub uçmaq istedi.qush olub uçmaq sevincin hüdudsuzluqunun göstericisidir. bash götürüb qaçmaq bunun eksi…

  12. Salam. Sənə uğurlar arzulayıram. Bizim elimi fəaliyyətimiz demək olar ki, təxminən eynidir. Mən də Ph.D -ni 25 yaşım olanda almışam. Amma mən Azərbaycanda deyil, Koreyada almışam (Seoul National University).
    Veb-səhifəni çox bəyəndim. Səni dəstəkləyirəm və bu yolda sənə necə kömək lazım olsa etməyə hazıram.
    İmza Araz.

  13. xeyale says:

    Cox sevindirici haldir ki Azerbaycanin savadli agilli genclerinin sayi gunu gunden artir

  14. rugiyya says:

    Ahemd biilrsen menim umumi tercumeyi halim 1az dramatik olsa da ele de maragli deyil. ve hem de senle muqayisede, zengliyim azdir. Amma ureyimle, aglimla sene yalniz bunu deye bilerem, Ugurlar, cansagligi, gozlerine nur, Zekana daha iti olmagi deyirem, belke de arzularim daha coxdur, ama ifade ede bildiyim qeder soyledim, tma saf urekle dedim.

  15. namik says:

    Bunu saytin yiyesi daxil oxucular da bilsin ki, sovet dovrunde bir neche respublika var idi ki, Moskvaya tabe hemin olkelerin dovlet dili yerli xalqin dili olub. Onlarin sirasinda Azerbaycan da var idi. Azerbaycan SSR-nin konstitusiyasina baxmaq yeter ki, mesele aydin olsun. Bu barede o qeder yazilib ki, genclerin, indiki filoloqlarin bu tarixi faktdan xebersizliyine teeccub qalmaya bilmirsen…

  16. ROVSHANA says:

    uqurlar, uqurlar yene de uqurlar, sizin kimi azeri gencleri yalniz en yaxshisina layiqdirler!

  17. Orxan says:

    Baki Slavyan Universiteti bir dənədir!!!
    Sizə kareyranızda uğurlar!

  18. Raqil says:

    salam bir kere sen konfransda cixish edreken istanbulda oradaki genceler de Turkiyeli turkler anlasin deye turkiye turkcesini danishirdi cunku kanal 7 de Qenire xanim cixish etmishdi NşMert ermeni prifesoru qanira xanim ama qenire xanim derdini tam anlata bilmemishdi cunku niye, o turkiye türkcesinde danişabilmemişdi ama ermeni tam olaraq fikrini catdirmagi bacarirdi onlar tebii haldi her kes bizi başa düşmür burda mecbur TC turkcesinde danishdiq konfransda ok AHMET ABİ? sen avropa olkelerinde Prezidentimizin Englishce cixishlarini dinlemisen o ne gozel danishir ve fikirini catdirir yoo sen deyirsen ki biz turkiye turkcesinde danishmaqla azerbaycani unutmushduq kostyumun ustunde bayragi yox urekde dashimaliydin ok….neyse uzatmiram en esasi fikrini catdir ve sene orada azerbaycani yaxshi pirizmadan tanitmaq yox catdirmaq lazim idi ve bunu saytda yerleshdirende fikir ver yox rushvet yox monarxiya yox susqunluqmush daha ne isteyirsen neyse sag ol UGURLAR

  19. nameddin says:

    Tərcümeyi halınızla tanış oldum.Sizdə işıq gördüyümə görə bu məktubu yazdım. İstərdim, Siz də bizim işığımızla tanış olasız.Sizin necə reaksiya verməyiniz mənim üçün çox
    maraqlı və faydalı olardı.Səmimiyyətlə: Naməddin.

  20. mamed says:

    shahidov sen bu qisa muddette cox seye nail olmusan. Sene ugurlar

  21. Rovshana Rahimli says:

    mukemmel tercumei hal demek olar, sadece qirmizi diplom sozlerini ferqlenme sozu ule evez etseydin ela olardi :)

  22. SHAHIN AYDIN says:

    MEN EHMEDI 2005 DEN TANIYIRAM… BIR YERDE UZUN MUDDET CALISHMISHIQ… VE MEN BAKIDA OLANDA ARADA DA OLSA GORUSHURDUK VE ONUN HEYATINDA OLAN VE OLACAQ HER BIR ADDIMINA SEVINIREM. SOZUN ESL MENASINDA BU ADAM ISHGUZAR INSANDIR… BEYENILSIN VE QIYMETLENDIRILSIN. MEN INANIRAM KI SENIN KIMI BIR GENCI DAHA DA IRELI VERMEK LAZIM… EHMED MEN DE BAXDIM GORDUM BURDA NESE CATMIR… QARDASH SOZU… BILMEDIM BUNA NE QEDER EMEL EDE BILDIM…

  23. isbat says:

    Ahmet bey size ugurlar.Biz sizi kimi insanlarla fexr edirik.Baxmiyaraqki siz is adamisinz haminin suallarina memuniyyetle cavab yazirsiz.chox sag olun tessekurler….

  24. shikhi hol says:

    Zireddin meni kovreltdi. halaldi sene el oglu

  25. Mən burdakı yazıları oxudum və hə kəsin düşüncələrinə hörmətim var, sadəcə bir yazını anlaya bilmədim.
    Raqil adlı şəxs mnə yazıb anlaya bilmədim, çünki nə dilində yazıb anlaşılmır.Bu ya Azəri türkcəsi deyil ya anadolu türkcəsi deyil.Kafirlər belə Türkcəni səndən yaxşı danışırlar.
    Raqil bəy məndən sənə nəsihət, birinin səhifəsinə bir şey yazmamışdan əvvəl, yazacağın dili müəyyənləşdir, yaxud yazmaq istədiyin dili əməlli başlı öyrən.
    Hörmətlər.

  26. mehriban says:

    salam dostlar. ne olar kim mene komek ede biler. man hardan azerbaycan dilinden turk diline tercume saytini tapa bilerem?

  27. Sevinc says:

    Müəllim tərcümeyi halınızı oxudum çapa versəm on dənə A4 edər ama heç rast gəlmədim ki,siz hansı hərbi xidmətdə olmusunuz?Temboli Dövlət işində işləyirsiniz bu necə olur?

  28. Elçin says:

    Hörmətli Əhməd bəy tərcümeyi-halda qeyd edirsiniz ki,31 avqust 1982-ci ildə anadan olmusunuzş xahiş edirik açıqlayın siz hansı torpaqda doğulmusunuz.

  29. memmed says:

    2011-ci ilin May ayından Azərbaycan Respublikası Milli Məclisində çalışıram. Xətai ikinci seçki dairəsindən millət vəkili seçilmiş Gülər Əhmədovanın deputat köməkçisi vəzifəsində işləyirəm
    O ISH NECE OLDU?

  30. Əhməd Şahidov says:

    Qax rayonunda

  31. At last, someone who knows where to find the beef

  32. link says:

    That’s a smart answer to a tricky question

  33. God help me, I put aside a whole afternoon to figure this out.

  34. It’s a joy to find someone who can think like that

  35. share says:

    Haha. I woke up down today. You’ve cheered me up!

  36. I wanted to spend a minute to thank you for this.

  37. Melissa says:

    Punitive damages. Punitive damages are designed to punish wrongdoers who intentionally engage in despicable misconduct. Sometimes punitive damages are also awarded for gross negligence, which can be defined as negligence so horrible that QuotesChimp deserves punishment. Punitive damages are rarely an issue in auto accident cases, and car insurance policies usually will not pay for awards of punitive damages. Thus, we will not discuss them further here, although they will be covered in Chapter 42.

Leave a Reply