Kipr Elm Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı qeyd olunub

Ana Sayfa » Çıxışlar » Kipr Elm Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı qeyd olunub

Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətindəki fəaliyyətlərə dəstəyinə görə, bir sıra şəxslərə “Cümhuriyyətin Dostu” mükafatı təqdim olunub

Mayın 29-da Şimali Kipr Türk Cümhuriyyətində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konfrans təşkil olunub. Kipr Elm Universiteti, İslahatçı Gənclər İctimai Birliyi və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu tərəfindən birgə təşkil olunan konfrans Türkiyə və Azərbaycanın dövlət himnləri ilə başlayıb, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, keçdiyi yol və bugünü barədə məruzələr dinlənilib.

İlk çıxış edən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədr müavini, millət vəkili Zorlu Töre Azərbaycan Cümhuriyyətinin 100 yaşı münasibətilə təbriklərini çatdırıb, Türk dünyasının strateji hissəsi olan Azərbaycanın əhəmiyyətindən söz açıb və Türkiyə-Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti əlaqələri barədə danışıb.

Kipr Elm Universiteti Mütevelli Heyəti Başkanı Selman Arslanbaş öz çıxışında bu tarixi günə ev sahibliyi etdikləri üçün məmnunluğunu ifadə edib və Azərbaycanın bugünkü inkişaf yolu barədə danışıb.

Kipr Elm Universitetinin rektoru Ahmet Bülend Göksel 28 May 1918-ci ildə Müsəlman Şərqində ilk demokratik Cümhuriyyət olan Azərbaycanın dövlətçilik ənənələrini yüksək qiymətləndirib və Türk dünyasının birlik mücadiləsində Azərbaycanın əhəmiyyətini xüsusi vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 100 il bundan əvvəl yaranmış Azərbaycan Cümhuriyyətinin tarixdə ilklərə imza atdığını və insan haqları sahəsində bir sıra yeniliklər əldə etdiyini dilə gətirib. İlk dəfə məhz Azərbaycanda qadınlara seçmək və seçilmək hüququnun verildiyini diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov 23 ay sürməsinə baxmayaraq, Cümhuriyyət dəyərlərinin bugün də yaşadığını diqqətə çatdırıb. Türkiyə və Azərbaycan əlaqələrinə diqqət çəkən ADİHİ rəhbəri Nuri Paşanın Bakını işğaldan azad etməsini Türkiyənin tarix boyu Azərbaycana dost və qardaş dəstəyinin göstəricisi olduğunu və bugün də bu dəstəyin davam etdiyini bildirib.

Konfransda çıxış edən İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı Cümhuriyyət tarixinə nəzər salıb, 1918-ci ildə yaşanan tarixin bugün də davam etdirildiyini bildirib. 1991-ci ildə ikinci dəfə özünün dövlət müstəqilliyinə qovuşan Azərbaycanın məhz Heydər Əliyevin rəhbərliyi altında böyük bir inkişaf yolu keçdiyini diqqətə çatdıran İGİB sədri Fərid Şahbazlı Azərbaycançılıq ideologiyasının formalaşmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətinin olduğunu və bu siyasətin bugün də İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Daha sonra Rauf Raif Denktaş və Düşüncələrini Yaşatma Dərnəyinin başkanı Latif Akça, Milliyyətçi Demokratiya Partiyasının başkanı Buray Büsküvütçü və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı barədə səmimi təbriklərini çatdırıb və Türk dünyasının birlikdə fəaliyyət göstərməsi istiqamətində Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndiriblər.

Tədbirin sonunda hüquq müdafiəçisi Əhməd Şahidov Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətindəki fəaliyyətlərə dəstəyinə görə, Kipr Elm Universiteti Mütevelli Heyəti Başkanı Selman Arslanbaşa və Şimali Kiprin “Diyalog” Televiziyasının tanınmış aparıcısı Mert Özdeşə “Cümhuriyyətin Dostu” mükafatını təqdim edib.

Xəbərlər

Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov Avropa Parlamenti azərbaycanlı girovlarla bağlı məsələyə hər zaman biganə yanaşıb – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov “Beynəlxalq Qızıl Xaç Komitəsinin Dilqəm Əsgərovla bağlı açıqlaması bizi qane etmir” – Əhməd Şahidov Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Azərbaycanlı girovlarla bağlı Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarına müraciət olundu Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb Əhməd Şahidov Türkiyənin “Ulusal Kanal” Televiziyasında azərbaycanlı əsir və girovlardan danışıb “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov “BMT-nin itkin düşmüş şəxslərlə bağlı qəbul etdiyi qətnamənin böyük əhəmiyyəti var” – Əhməd Şahidov Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi davam etdirilib | REAL Televiziyası Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı Əhməd Şahidov əsir və girovlarla bağlı beynəlxalq təşkilatlara müraciət etdi – 10 Dekabr Beynəlxalq İnsan Haqları Günü mesajı “Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir “Əsir və girovlar yalnız “hamının hamıya” prinsipi ilə dəyişdirilə bilər” – Azərbaycanın mövqeyi dəyişmir Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb Azərbaycanlı əsir və girovlarla bağlı məlumat mərkəzi fəaliyyətə başlayıb “Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov “Erməni diversant Karen Kazaryan üzərində məhkəmə prosesi tam şəffaf şəkildə aparılır” – Əhməd Şahidov “Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb “Ermənistan əsir və girovların dəyişdirilməsi məsələsində qərarsız qalıb” – Əhməd Şahidov REAL Televiziyasına danışıb “Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlər bir qədər də artırılacaq” – Əhməd Şahidov “Ermənistan hakimiyyətinə beynəlxalq təzyiqlər bir qədər də artırılacaq” – Əhməd Şahidov Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunub Azad Azərbaycan Televiziyasının “ATV Aktual” verilişində əsir və girovların dəyişdirilməsi məsələsi müzakirə olunub