Əhməd Şahidov 11 Aprel Prezident seçkiləri ilə bağlı Şəki şəhərində gənclər qarşısında çıxış edib

Ana Sayfa » Çıxışlar » Əhməd Şahidov 11 Aprel Prezident seçkiləri ilə bağlı Şəki şəhərində gənclər qarşısında çıxış edib

Mart ayının 15-də Şəki şəhərində ilk dəfə səs verən gənclərin ümumşəhər toplantısı keçirilib. Şəki şəhər İcra Hakimiyyəti, Şəki şəhər Gənclər və İdman İdarəsi və Dairə Seçki Komissiyalarının birgə təşkilatçılığı ilə baş tutan görüşdə Şəkidə yaşayan və təhsil alan gənclər, tələbələr və 18 yaşı yenicə tamam olmuş şəhər sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov Azərbaycanda gənclər siyasətinə böyük önəm verildiyini, gənclərin günü-gündən ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynadığını, regionlarda da gənclərin fəallığının, məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində olduğunu vurğulayıb. Toplantının əsas məqsədinin ilk dəfə səs verəcək gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi olduğunu deyən Vüqar İskəndərov gənclərin seçkilərdə aktiv iştirakını, dövlət quruculuğu və digər sahələrin inkişafına töhfə verməsini əsas prioritet olaraq elan edib.

Daha sonra Şəki şəhərində yerləşən 113 saylı Şəki şəhər seçki dairəsinin sədri Rəhman Qədirzadə, 114 saylı Şəki kənd I seçki dairəsinin sədri Məharət Məmmədov və 115 saylı Şəki kənd II seçki dairəsinin sədri Rasim Əzizov çıxış edərək 11 Aprel tarixində keçiriləcək Prezident seçkiləri zamanı ilk dəfə səs verəcək gənclərə zəruri prosedur qaydalarını izah ediblər və gəncləri maraqlandıran sualları cavablandırıblar.

Gənclər qarşısında çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov 11 Aprel Prezident seçkilərinin əhəmiyyəti barədə danışıb, seçki hüququndan fəal istifadənin həm də Azərbaycanın gələcək müqəddəratı baxımından zəruri olduğunu bildirib. Seçki prosesinin təkcə 11 Aprel günü ilə məhdudlaşmadığını diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov gənclərin xüsusilə də sosial şəbəkələrdə fəal olmasını, seçki ilə bağlı aktiv təbliğat-təşviqat kampaniyasında iştirak etməsini və Azərbaycan əleyhinə qərəzli təbliğat aparan anti-milli qüvvələrə qarşı layiqli cavab verilməsini istəyib. Ölkə gənclərini Azərbaycanın gələcək inkişafına və tərəqqisinə səs verməyə səsləyən Əhməd Şahidov 11 Aprel tarixində seçki hüququndan istifadə etməyi gələcəyə qoyulan sərmayə adlandırıb.

Daha sonra Şəki rayon Ağsaqqallar Şurasının sədri Mustafa Əhmədov, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, “İrəli” İctimai Birliyinin sədri Mirşahin Seyidov, “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı” İctimai Birliyinin sədri Lalə Mehdiyeva, ARGTMŞ-nın nümayəndəsi Samir Mehralıyev və digərləri çıxış edərək, 11 Aprel tarixində keçiriləcək Prezident seçkilərində iştirakın zəruriliyini qeyd ediblər.

Xəbərlər

İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub İctimai Televiziyanın “Diqqət Mərkəzi” proqramında “Amnesty International”ın qərəzli mövqeyi müzakirə olunub “Amnesty International təşkilatı Azərbaycana qarşı növbəti sifarişi yerinə yetirir” – Əhməd Şahidov “Amnesty International təşkilatı Azərbaycana qarşı növbəti sifarişi yerinə yetirir” – Əhməd Şahidov “Ermənistan azərbaycanlı girovların qəhrəman kimi qarşılanacağından narahatdır” – Əhməd Şahidov “Ermənistan azərbaycanlı girovların qəhrəman kimi qarşılanacağından narahatdır” – Əhməd Şahidov Əhməd Şahidov əsir və girovların son durumu ilə bağlı ARB 24 Televiziyasına açqlama verib Əhməd Şahidov əsir və girovların son durumu ilə bağlı ARB 24 Televiziyasına açqlama verib “Yeni Müsavat” qəzetinin canlı yayımında “Avroviziya 2019” debatı – Əhməd Şahidov və Samir Əsədli “Yeni Müsavat” qəzetinin canlı yayımında “Avroviziya 2019” debatı – Əhməd Şahidov və Samir Əsədli “Qeyri-neft sektorunun inkişafında ADAU-nun böyük rolu var” – rektor İbrahim Cəfərov gənclərin dostu elan edilib “Qeyri-neft sektorunun inkişafında ADAU-nun böyük rolu var” – rektor İbrahim Cəfərov gənclərin dostu elan edilib Yeni Azərbaycan Partiyasının “Yaz” təcrübə proqramında sosial media və fərdi inkişafdan danışılıb Yeni Azərbaycan Partiyasının “Yaz” təcrübə proqramında sosial media və fərdi inkişafdan danışılıb Şəkidə gənclərin fərdi inkişaf və karyera planları mövzusunda ictimai müzakirə keçirilib Şəkidə gənclərin fərdi inkişaf və karyera planları mövzusunda ictimai müzakirə keçirilib Əhməd Şahidov ATV kanalına açıqlamasında əsir və girovlarla bağlı son vəziyyəti şərh edib Əhməd Şahidov ATV kanalına açıqlamasında əsir və girovlarla bağlı son vəziyyəti şərh edib “Azərbaycanı beynəlxalq platformalarda təmsil edəcək vətənpərvər gənclərə ehtiyac var” – Əhməd Şahidov “Azərbaycanı beynəlxalq platformalarda təmsil edəcək vətənpərvər gənclərə ehtiyac var” – Əhməd Şahidov Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Qax rayonunda gürcü və azərbaycanlıların vəhdət rəmzi olan Kürmükoba bayramı qeyd olunub Əhməd Şahidov Kürmükoba bayramı münasibətilə Qax sakinlərini gürcü və Azərbaycan dillərində təbrik edib Əhməd Şahidov Kürmükoba bayramı münasibətilə Qax sakinlərini gürcü və Azərbaycan dillərində təbrik edib Zərnə kənd məscidi niyə təmir olunmur?! – Əhməd Şahidov video müraciət edib Zərnə kənd məscidi niyə təmir olunmur?! – Əhməd Şahidov video müraciət edib Qaxda “Kainatın sirrini kitablar açar” adlı Oxu Bayramı keçirilib Qaxda “Kainatın sirrini kitablar açar” adlı Oxu Bayramı keçirilib Qax Xalq Teatrında “Məhəbbət bir bəladır” komediyasının premyerası keçirilib Qax Xalq Teatrında “Məhəbbət bir bəladır” komediyasının premyerası keçirilib