Əhməd Şahidov Türk dünyasının böyük siyasətçisi Ekmeleddin İhsanoğlu ilə görüşüb

ihsanoglu5ADİHİ rəhbəri İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, hazırda MHP İstanbul millət vəkili olan Ekmeleddin İhsanoğlu ilə Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib

Yanvarın 27-də Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının Qış Sessiyası öz işini davam etdirib.

AŞPA Qış Sessiyasında yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türk dünyasının böyük alimi, siyasətçisi, diplomatı və yazarı, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi, hazırda MHP İstanbul millət vəkili olan Ekmeleddin İhsanoğlu ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətlərindən danışan ADİHİ rəhbəri Əhməd Şahidov iki qardaş ölkənin AŞPA-dakı birgə fəaliyyətinə toxunub və Türk dünyasına xidmətlərinə görə Ekmeleddin İhsanoğluna minnətdarlığını fadə edib.

Azərbaycanı qardaş ölkə adlandıran Ekmeleddin İhsanoğlu Türk-İslam dünyasının birgə fəaliyyətinin zəruriliyini vurğulayıb və Azərbaycan-Türkiyə münasibətlərini örnək olaraq göstərib.

ihsanoglu1 ihsanoglu2 ihsanoglu3 ihsanoglu4 ihsanoglu5

Bu yazını Facebookda şərh et