Bilirsən səni niyə sevirəm?!

Ana Sayfa » Şeirlərim » Bilirsən səni niyə sevirəm?!

1380000_461943010612340_4390406635881303407_n
Bilirsən səni niyə sevirəm?!
Sən güləndə həyat gülür üzümə.
Gözlərindən həyata boylanıram,
Sənə görə insanları sevirəm.
Bir də gülüşündəki o sadəliyi,
yanaqlarındakı həfif qızartını,
dodaqlarındakı utancaq titrəyişi
öpüşərkən yumulmuş gözlərini sevirəm.
Səninlə həyatın hər üzü
sevinci də, kədəri də doğmadır mənə.
Sən yanımda olanda
özümü səndən də çox sevirəm.

Bilirsən səni niyə sevirəm?!
Yaşamağa vadar edirsən məni,
İnsanlara sevgi ilə baxmağa,
qayğıkeş, mehriban bir insan olmağa,
kiçiklərə sevgi, böyüklərə hörmət,
Allaha ibadət etməyə öyrədirsən məni.
Allahı sənə görə sevirəm!
Səni mənə verdiyinə görə
şükr edirəm Ona.

Bir də səni özümə görə sevirəm.
Çünki, sənsiz mən yaşaya bilmərəm.
Bir anlamı qalmaz bu həyatın,
bu insanlar da yadlaşar,
düşmən olarlar mənimçün.
Hər şeyi atıb küçələrə düşərəm,
dəli olaram Məcnundan betər.
Hamı mənə gülər, rişxənd edər,
arxamca min cür söz deyərlər.
Amma kimsə sevir deməz,
çünki dərdimi kimsə bilməz,
səndən başqa.
Axı tək səni sevirəm mən.
Görürsən də?!
Niyə səni bu qədər sevirəm.
Bilirsən də?!
Necə səni dəli kimi sevirəm.

Әhməd Şahidov
22 İyun 2013-cü il saat 02:15, Bakı, Azərbaycan

Xəbərlər

“Əsir və girovlar məsələsində Rusiyanın vasitəçilik təklifi müsbət addımdır” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb “Vitali Şişkinə sığınacaq verilməsi Ermənistan dövlətinin faşizm siyasətinin təzahürüdür” – Əhməd Şahidov “Türkiyə vətəndaşları üçün vizanın qaldırılması bizləri daha da yaxınlaşdıracaq” – Əhməd Şahidov Ulusal Kanalda çıxış edib “Miatsum İttifaqı planı Ermənistanın beynəlxalq arenadakı mövqelərini zəiflədəcək” – Əhməd Şahidov “Ermənistan hakimiyyəti Araik Kazaryanın ailəsinə təzyiqlərə başlayıb” – Əhməd Şahidov “O insanlara yazığım gəlir” – Əhməd Şahidov Kanal 5 Televiziyasının qonağı olub Əhməd Şahidov Sarıbaş kənd məktəbini ziyarət etdi: “Təhsil ocağı bu vəziyyətdə olmamalıdır” Əhməd Şahidov Qurban Bayramı münasibətilə Qax camaatına təbriklərini çatdırıb “Ən böyük sərvətimiz insanlarımızdır” – Əhməd Şahidov Qax rayonunun 89-cu ildönümü ilə bağlı danışıb Əhməd Şahidov Zərnə kənd məscidinin təmiri ilə bağlı növbəti dəfə müraciət edib “Hər dəfə Şəhidlərimizi ona görə ziyarət edirəm ki…” – Əhməd Şahidov video müraciət edib “Növbəti mərhələdə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunacaq” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb “Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb