“Avropa institutları bugün də Azərbaycana qərəzli yanaşırlar” – Əhməd Şahidov Səhər kanalına danışıb

30 illik erməni işğalına son qoyan Azərbaycan Respublikası bu illər ərzində öz haqlı mübarizəsini beynəlxalq müstəvidə, xüsusən də Avropa institutlarında davam etdirsə də, hər zaman qərəzli yanaşma və ikili standartlarla üzləşib. Odur ki, münaqişəni müharibə yolu ilə həll edən Azərbaycan bugün də həmin beynəlxalq təşkilatların həyasız qınaqları ilə qarşı-qarşıyadır.

Məsələ ilə bağlı İran İslam Respublikasının “Səhər” Televiziyasına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bildirib ki, bu ikili standartlar bugün də davam etməkdədir: “Qarabağ savaşında zəfər çalan Azərbaycana qarşı qərəzli münasibət bugün də davam edir. Artıq benəlxalq təşkilatların iç üzü ifşa edilib. Azərbaycanın qələbəsini həzm edə bilməyən Avropa institutları yenə də insan haqları məsələlərini bəhanə edərək Azərbaycana qarşı yeni cəbhə açmağa çalışırlar.”

Bu yazını Facebookda şərh et