“Ermənistan öz yalanları ilə dünyadan təcrid olunmuş vəziyyətdədir” – Sky News Arabia kanalında canlı debat

Cəbhə xəttində ardıcıl təxribatlar törədən Ermənistan ordusu artıq ciddi itkilər verərək geri çəkilməkdədir. Azərbaycan ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində bir sıra kəndlər və strateji yüksəkliklər düşməndən təmizlənib. Ermənistan isə mülki obyektləri və sıravi vətəndaşları hədəfə almaqda davam edir və bununla da vəziyyəti bir az da gərginləşdirməyə çalışır.

Mövzu ilə bağlı nüfuzlu Sky News Arabia kanalında canlı debat təşkil olunub. Debatda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov və erməni təmsilçi qarşı-qarşıya gəlib.

Azərbaycanlı hüquq müdafiəçisi Əhməd Şahidov Ermənistan ordusunun atəşkəsi kobud surətdə pozduğunu, təmas xəttində yerləşən kəndləri atəşə tutduğunu və mülki vətəndaşları öldürdüyünü bildirib. Hüquq müdafiəçisi Ermənistanın işğal etdiyi bütün torpaqlardan çıxmalı olduğunu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının zəruliyini bildirib. Və yalnız bundan sonra tərəflər arasında hər hansı sülh danışıqlarının mümkünlüyünü vurğulayıb.

Bu yazını Facebookda şərh et