“Türkiyə vətəndaşları üçün vizanın qaldırılması bizləri daha da yaxınlaşdıracaq” – Əhməd Şahidov Ulusal Kanalda çıxış edib

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sentyabrın 1-də Türkiyənin “Ulusal Kanal” Televiziyasının “Basın Turu” verilişinin qonağı olub. Canlı yayında tanınmış aparıcı Erkan Kolun suallarını cavablandıran Əhməd Şahidov 1 Sentyabr tarixindən etibarən Türkiyə Cümhuriyyəti vətəndaşları üçün Azərbaycana gediş-gəliş vizasının ləğv edilməsi barədə danışıb və bundan sonra iki ölkə arasındakı münasibətlərin artan xətt üzrə inkişaf edəcəyini deyib.

Azərbaycan-Türkiyə münasibətləri barədə danışan hüquq müdafiəçisi Əhməd Şahidov son aylar həyata keçirilən birgə hərbi təlimlər barədə söz açıb, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti, beynəlxalq təşkilatlarda aparılan işlər və Türkiyənin xarici siyasətində müşahidə olunan yeniliklər barədə fikirlərini bölüşüb.

Bu yazını Facebookda şərh et