Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi təqdirəlayiqdir – Əhməd Şahidov

Ana Sayfa » Aktual » Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsi təqdirəlayiqdir – Əhməd Şahidov

Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülən Azərbaycan vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.

Humanitar proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Elvin İbrahimovun erməni diversant Zaven Karapetyanla dəyişdirilməsini müsbət qiymətləndirən Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov ARB 24 Televiziyasına açıqlamasında bu prosesin tərəflər arasında qarşılıqlı etimad mühitinin yaradılmasına xidmət edəcəyini bildirib: “Bu, çox təqdirəlayiq haldır. Bir hüquq müdafiəçisi kimi bu prosesin bundan sonra da davam etdiriləcəyini gözləyirik. Çünki, rəsmi Bakının təklif etdiyi “Hamının hamıya” prinsipinin mərhələli şəkildə həyata keçirilməsi zəzuridir və bu baxımdan prosesin yaxın gələcəkdə də davam etdiriləcəyinə əminik.”

Xəbərlər

“Əsir və girovlar məsələsində Rusiyanın vasitəçilik təklifi müsbət addımdır” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb “Vitali Şişkinə sığınacaq verilməsi Ermənistan dövlətinin faşizm siyasətinin təzahürüdür” – Əhməd Şahidov “Türkiyə vətəndaşları üçün vizanın qaldırılması bizləri daha da yaxınlaşdıracaq” – Əhməd Şahidov Ulusal Kanalda çıxış edib “Miatsum İttifaqı planı Ermənistanın beynəlxalq arenadakı mövqelərini zəiflədəcək” – Əhməd Şahidov “Ermənistan hakimiyyəti Araik Kazaryanın ailəsinə təzyiqlərə başlayıb” – Əhməd Şahidov “O insanlara yazığım gəlir” – Əhməd Şahidov Kanal 5 Televiziyasının qonağı olub Əhməd Şahidov Sarıbaş kənd məktəbini ziyarət etdi: “Təhsil ocağı bu vəziyyətdə olmamalıdır” Əhməd Şahidov Qurban Bayramı münasibətilə Qax camaatına təbriklərini çatdırıb “Ən böyük sərvətimiz insanlarımızdır” – Əhməd Şahidov Qax rayonunun 89-cu ildönümü ilə bağlı danışıb Əhməd Şahidov Zərnə kənd məscidinin təmiri ilə bağlı növbəti dəfə müraciət edib “Hər dəfə Şəhidlərimizi ona görə ziyarət edirəm ki…” – Əhməd Şahidov video müraciət edib “Növbəti mərhələdə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunacaq” – Əhməd Şahidov ARB24 Televiziyasına danışıb “Girovlarımızla bağlı humanitar dialoq bundan sonra da davam edəcək” – Əhməd Şahidov ATV-ə danışıb “Ermənistan əsir və girovlar məsələsində geri addım atmaqdadır” – Əhməd Şahidov REAL TV-ə danışıb ARB24 Televiziyasının “Gündəm” verilişində girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb