“10 Dekabr hərbi paradı Türkiyə-Azərbaycan dostluğunun dünyaya nümayişi olacaq” – TRT Arabia kanalı

Azərbaycanın milli dövlətçilik tarixində ilk dəfə belə parad keçiriləcək. Odur ki, bu parad siyasi, mənəvi, hərbi, suverenlik və başqa sahələr üzrə yükünə və mahiyyətinə görə digərlərinə bənzəməyəcək.

Hərbi paradda iştirak etmək üçün Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gəlib.

Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bununla bağlı TRT Arabia kanalına müsahibə verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov bildirib ki, 10 Dekabr hərbi paradı Azərbaycan ilə yanaşı Türkiyənin də tarixinə qızıl hərflərlə həkk olunacaq: “Hərbi paradda Azərbaycan Ordusunun qüdrəti bir daha nümayiş etdiriləcək. Türkiyə hərbçiləri də bu paradda iştirak edəcək. Çünki bu qələbənin qazaılmasında Azərbaycan qədər, Türkiyənin də payı var.”

Bu yazını Facebookda şərh et