Biz niyə qışdan zövq ala bilmirik?! — FOTO

Ana Sayfa » Статьи » Biz niyə qışdan zövq ala bilmirik?! — FOTO

qis
Məmləkətimi xoşbəxt, körpələrimizi məsum, günümüzü ağ görmək istəyirəm… göydən yağan qar kimi ağappağ!

Bilmirəm nədəndir, amma hər il qış fəsli gələndə, xüsusən də bərk qar yağanda, bayırda çovğun olanda içimə sanki kövrək hisslər dolur, qayğılı və susqun oluram. Bəlkə də hamıda belə olur, amma mən tam başqa oluram qışda.

Bakıda öyrəşmişik … qış gələn kimi, güclü qar yağan kimi özü ilə saysız-hesabsız problemləri də gətirir – evlərimiz bumbuz olur, qazımız azalır, küçələrimiz keçilməz olur, bütün məişət problemləri insanlarımızı o qədər bezdirir ki, hamının üzündən sanki zəhrimar yağır. Və bu cəmiyyətin bir üzvü kimi biz də bu durumdan öz payımızı alırıq. Evində sadalanan problemlər olmayanlarımız da ətrafdakı insanların çarəsiz və bu çarəsizlikdən doğan əsəbi halını görüb pərişan oluruq. Necə deyərlər, hər şey və hər kəs bir-biriylə əlaqəlidir həyatımızda.
Odur ki, uşaqlıqda kitablardan oxuduğumuz Şaxta Baba, Qar Qız, qartopu, qar adamı və qarla bağlı olan bütün xəyallarımız əlçatmaz görünür. Bəzi ailələr uşaqlarını isti geyindirib küçəyə çıxartmağa imkan edə bilmir – bunun yun corabı var, isti şərfi var, su keçirməyən ayaqqabıları var, əlcəkləri və kurtkası var. Təbii ki, gündəlik ehtiyaclarını zorla ödəyən bir ailə üçün uşaqlarına bu qədər pal-paltarı almaq da əlavə problemdir.
Biz də uşaqlığımızı bu qayğılarla keçirmişik, birtəhər böyüyüb boya-başa çatmışıq. İndi böyüməyimizə baxmayaraq, bu çətinlikləri arxada qoymağımıza baxmayaraq, yenə də qarın dadını çıxarda bilmirik… Azərbaycanda qarın dadını çıxarda bilmirik.

Ölkədən kənarda qar da tamam başqa olur sanki. Öz təcrübəmdən deyə bilərəm ki, Rusiyada qış daha gözəl və keyfli olur. Moskvada qiyabi təhsil aldığımdan artıq 5 ildir ki, Yanvar və Fevral aylarını Moskvada keçirməli oluram. Rus millətçilərinin qeyri-ruslara bəslədiklərinə gündəlik kin və nifrətdən beziksəm də, bu məmləkətin qışını sevməyə bilmirəm.
Buranın qışı bir başqa olur vallah. Facebookda oturub Bakıdakı qış mənzərəsini izləyirəm – hamı şikayət edir. Biri nəqliyyatın fəaliyyətsizliyindən, bir başqası evdə işıq, qaz və suyun gəlməməsindən, digər dostlarım isə qarın gətirdiyi çoxsaylı problemlərdən gileylənirlər. Azərbaycanda tək-tük adam tapmaq olar ki, qış vaxtı, qarın dizdən olan vaxtı bayıra çıxıb pozitiv fotolar çəkdirsin, qış fəslinin dadını çıxarsın və bu xoşbəxtçiliyi sosial şəbəkələrdəki dostları ilə bölüşsün.
Amma Moskvada bunu asanlıqla etmək olur. Bax, bugün foto kameramı da götürüb düşdüm həyətə. Yaşadığım evin yanındakı parka gedəndə Moskva sakinlərinin qışdan necə həzz aldıqlarını, uşaqlı-böyüklü, hamının qartopu oynadıqlarını, buz üstündə sürüşdüklərini və həyatdan zövq aldıqlarını gördüm.
Gizlətmirəm… bir az paxıllığım tutdu. Mən də insanlarımızı belə pozitiv görmək istəyirəm. İstəyirəm ki, uşaqlarımız qışın gəlişi ilə sevinsinlər, kitablardan oxuduqları və xəyal etdikləri arzuları qarla həyata keçirsinlər.

İstəyirəm ki, vətəndaşlarımız xoşbəxt olsun, onların bu xoşbəxtliyini qaz, işıq və su kimi XXI əsr üçün elementar sayılan qayğılar korlamasın.
İstəyirəm… istəyirəm… istəyirəm! Məmləkətimi xoşbəxt, körpələrimizi məsum, günümüzü ağ görmək istəyirəm… göydən yağan qar kimi ağappağ!

Əhməd Şahidov
02 Fevral 2014-cü il
Moskva şəhəri, Rusiya Federasiyası

Поиск

Новости

Ахмед Шахидов в парламенте Великобритании рассказал о нагорно-карабахском конфликте и его гуманитарных последствиях Перед посольством Армении в Варшаве прошла акция протеста под лозунгом «Карабах — это Азербайджан!» «Председательство в Движении неприсоединения открывает новые возможности для Азербайджана» — Ахмед Шахидов «Процесс обмена пленными и заложниками может состояться в ближайшее время» — Ахмед Шахидов «Деятельность Константина Затулина нарушает международное право» — Ахмед Шахидов заявил телеканалу ARB24 Заявление Президента «Карабах — это Азербайджан!» обсуждалось на телеканале Лидер Когда будут обменены азербайджанские заложники Дильгам Аскеров и Шахбаз Гулиев? — Обсуждение в программе «АТВ Актуаль» Как мы защищаем национальные интересы Азербайджана на международных площадках? | Программа «Обзор дня» | ARB TV Вопрос нагорно-карабахского конфликта и азербайджанских заложников обсуждался на международной конференции по правам человека в Лондоне Попытка армянских сепаратистов в ПАСЕ обсуждалась в программе «Обзор дня» телеканала ARB Попытка армянских сепаратистов в ПАСЕ была предотвращена — протест против «омбудсмена» сепаратистского режима Дискуссии о деятельности враждебных организаций против Азербайджана прошли в программе «Обзор дня» телеканала ARB «Памятник Талат Паше в Ереване — это преступление на почве ненависти» — Армения подверглась критике в ОБСЕ На саммите ОБСЕ в Варшаве прозвучали призывы обменять пленных и заложников Недавние заявления Николая Пашиняна подверглись критике на саммите ОБСЕ в Варшаве