Əhməd Şahidov: “Azərbaycanda radikalizm və ekstremizmin sosial bazası yoxdur”

lerik9ADİHİ rəhbəri Lerik rayonunda keçirilən konfransda çıxış edib

İyunun 30-da Lerik rayonunda İslahatçı Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən tədbirdə Lerik ictimaiyyətinin nümayəndələri, gənclər və din xadimləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı layihə haqqında geniş məlumat verib və Azərbaycanda dini radikalizmə qarşı mübarizədə görülən işlərdən danışıb.

Daha sonra çıxış edən Lerik rayon icra hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə dini radikalizm və ekstremizmin mahiyyəti barədə məlumat verib, bu sahədə görülən işlərdən danışıb və gənclərin bu kimi tendensiyalarla mübarizədə dövlətçilik prinsipindən çıxış etməsinin zəruriliyini vurğulayıblar.

Konfransda çıxış edən hüquq müdafiəçisi Əhməd Şahidov dünyada multikuralizmin mükəmməl modeli olan Azərbaycanda dini radikalizm və ekstremizmlə mübarizədə görülən işlərdən söhbət açaraq, gənclərin üzərinə düşən vəzifələrdən danışıb və Azərbaycanda radikalizm və ekstremizmin sosial bazasının olmadığını vurğulayıb.

lerik1 lerik2 lerik3 lerik4 lerik5 lerik6 lerik7 lerik8 lerik9 lerik10 lerik11

Bu yazını Facebookda şərh et