Avropa Parlamentində “Antisemitizm və İslamofobiya” mövzusunda beynəlxalq dinləmələr keçirilib

eu_parliament1ADİHİ rəhbəri Əhməd Şahidov dinləmələrdə yaxından iştirak edib

Fevralın 16-da Belçikanın paytaxtı Brüssel şəhərində Avropa Parlamentində “Avropada Antisemitizm və İslamofobiya meylləri” mövzusunda dinləmələr keçirilib. Avropa Parlamenti üzvləri, beynəlxalq insan haqları təşkilatı nümayəndələri, hüquq müdafiəçiləri və din xadimlərinin iştirak etdiyi bu tədbirdə son illər Avropada müşahidə olunan dözümsüzlük meylləri, xüsusən də dini müstəvidə radikallıq halları müzakirə olunub.

Dinləmələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Avropada islamofobiya meylləri barədə gedən müzakirələrdə öz fikrini bildirib və avropalı həmkarlarla mövzu ətrafında fikir mübadiləsi aparıb. Tədbirin sonunda yekun qətnamə qəbul edilib.

eu_parliament2 eu_parliament3 eu_parliament4 eu_parliament5 eu_parliament6 eu_parliament7 eu_parliament8 eu_parliament9 eu_parliament10

Bu yazını Facebookda şərh et