Əhməd Şahidov Qax rayonu Zərnə kənd məscidinin təmirini öz üzərinə götürdü

Ötən gün Qax rayonu Zərnə kəndində yerli sakinlərlə görüş zamanı deputatlığa namizəd Əhməd Şahidova müraciət edən kənd möminləri kənd məscidinin qəzalı şəraiti barədə məlumat verərək, təmir işlərinə yardım edilməsi barədə xahiş ediblər. Sakinlərlə görüşdən dərhal sonra kənd məscidini ziyarət edən Əhməd Şahidov vəziyyətlə yerindəcə maraqlanıb və məscidin təmir olunması üçün zəruri maliyyənin ayrılacağını bildirib.

Görüş zamanı təmir işlərini həyata keçirəcək işçilər, lazımi tikinti materialları və digər cari məsələlər müzakirə olunub. Gələn həftədən başlayaraq, Zərnə kənd məscidinin təmiri üçün təxirəsalınmaz işlərə start veriləcək.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et