Deputatlığa namizəd Əhməd Şahidov Qaxda müharibə veteranları və şəhid ailələri ilə görüşdü

112 Saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Əhməd Şahidov rayonda yaşayan müharibə veteranları və şəhid ailələri ilə görüş keçirib. Yüzə yaxın insanın iştirak etdiyi görüşdə çıxış edən deputatlığa namizəd müharibə iştirakçıları və şəhid ailələrinin sosial təminatı barədə danışıb və qaxlıların qayğıları ilə maraqlanıb.

Əhməd Şahidovla görüşə böyük maraq göstərən qaxlılar öz qayğıları ilə bağlı deputatlığa namizədə müraciət edib və seçkilərdə ona səs verəcəyini bildiriblər.

veteran1 veteran2

veteranlar

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktorudur. Dünyanın bir çox ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et