Əhməd Şahidov Qax sakinlərinin kredit və lizinq problemləri ilə maraqlanıb

kendde9Hüquq müdafiəçisi Güllük və Zərnə kəndlərində kənd təsərrüfatı ilə intensiv məşğul olan ailələri ziyarət edib və onların qayğıları ilə yaxından tanış olub

Qax rayonunda işgüzar səfərdə olan ADİHİ rəhbəri Əhməd Şahidov Avqustun 7-də rayonun Güllük və Zərnə kəndlərində yaşayan ailələri ziyarət edib, onların gündəlik qayğıları ilə maraqlanıb və kəndliləri maraqlandıran sualları cavablandırıb. Görüş zamanı kəndlilərin şəxsi təsərrüfatı ilə tanış olan hüquq müdafiəçisi torpaqların becərilməsi, banklardan kreditlərin götürülməsi və lizinqlərin verilməsi ilə bağlı vəziyyətlə maraqlanıb, hüquqi yardım göstərib.

Qax rayonunda kənd təsərrüfatı, xüsusən də heyvandarlıq və arıçılıq sahələrinə kreditlərin ayrılması ilə bağlı vəziyyəti dəyərləndirən ADİHİ rəhbəri müvafiq qurumlara təqdim edilməsi üçün zəruri qeydlər aparıb.

kendde1 kendde2 kendde3 kendde4 kendde5 kendde6 kendde7 kendde8 kendde9

Bu yazını Facebookda şərh et