Gözəl İlisum var, Qaxım var mənim!

11403426_487970964686034_1296325651956188218_nDostlar, sizə rəğbətimi bildirim,
Sizdən başqa, axı kimim var mənim?!
Həyatımda silinməz izlər salmış
Gözəl İlisum var, Qaxım var mənim.
*****
Doğulmuşam, dünyaya göz açmışam,
İlk addımı bu torpaqda atmışam.
Qürbətdəykən daim yada salmışam
Gözəl İlisum var, Qaxım var mənim.
*****
Səndə mənim uşaqlıq illərim var,
Babamın, nənəmin əl izləri var.
Torpağa bağlıyam, sevirəm, çünki
Gözəl İlisum var, Qaxım var mənim.
*****
Çox ölkələr, çox şəhərlər gəzmişəm,
Dünya çox gözəldir, özüm görmüşəm.
Vətənə dönmüşəm, darıxıb, axı
Gözəl İlisum var, Qaxım var mənim.
*****
Sən mənim kəndimsən, öz torpağımsan,
Azərbaycanımın dağ  diyarısan.
Vətənimin hər qarışın sevsəm də
Gözəl İlisum var, Qaxım var mənim.
*****
Qax suyu, gur Şəlalə sənin adındır,
Yüzlərlə alimlər istedadındır.
Dağların qoynunda saf bulağındır
Çaylardan yaranan selin var sənin
Gözəl İlisum var, Qaxım var mənim.
Əhməd Şahidov
24 Aprel 2010-cu il, İlisu kəndi, Qax rayonu, Azərbaycan
Bu yazını Facebookda şərh et