Əhməd Şahidov Qətərdə keçirilən beynəlxalq insan haqları konfransında iştirak edib

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qətərin paytaxtı Doha şəhərində işgüzar səfərdə olub.

16-17 Fevral tarixlərində Qətər Milli İnsan Haqları Komitəsinin təşkilatçılığı ilə Doha şəhərində “Sosial media: Azadlıqları təşviq etmək və ictimai fəalları qorumaq – çətinliklər və həll yolları” adlı beynəlxalq konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş ombudsmanlar, hüquq müdafiəçiləri, beynəlxalq humanitar insan haqları təşkilatlarının rəhbərləri və ekspertlər sosial şəbəkələrdə insan haqlarının qorunması məsələsini müzakirə ediblər.

İki günlük müzakirələrdə yaxından iştirak edən Əhməd Şahidov beynəlxalq ictimaiyyətə öz video müraciətini edib.

Bu yazını Facebookda şərh et