“Sən bizim son şansımızsan, Əhməd, bizi yarı yolda qoyma” – Qıpçaq kəndinin ağsaqqalları danışdı

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Qıpçaq kəndində olub və kənd ağsaqqalları və gəncləri ilə görüş keçirib. Kənd çayxanasında baş tutan görüş zamanı sakinlərin qayğıları ilə maraqlanan Əhməd Şahidova məlumat verilib ki, Qıpçaq kəndinin ən böyük problemi su ilə bağlıdır. İllərdir ki, Qıpçaqda su yoxdur, camaat içməli suya möhtacdır və rayonun deputatı 20 ildir seçkidən-seçkiyə gəlir, söz verir və çıxır gedir.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et