Qax rayonu Çüdüllü kənd sakinləri: “Deputat 5 ildən bir gəlir, söz verir, gedir – olan bizə olur”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Çüdüllü kəndində olub və yerli sakinlərlə görüşüb. Kəndin ortasında yerli sakinlərlə ayaqüstü söhbət edən Əhməd Şahidov Çüdüllü kəndinin qayğılarını öyrənib və məlum olub ki, bugün kənddə mavi yanacaq, içməli su, fasiləsiz elektrik enerjisi təminatı, orta məktəbin təmiri və sairə bu kimi məsələlər var ki, qısa müddət ərzində öz həllini tapmalıdır. Kənd sakinlərinin sözlərinə görə, deputat hər 5 ildən bir gəlir, yalandan söz verir, gedir, yenə də olan yerli camaata olur.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et