“Deputat vətəndaşlarla dövlət arasında etimad körpüsü olmalıdır” – Qum kəndinin ağsaqqalı ilə dialoq

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Qum kəndində yerli sakinlərlə görüşüb. Kəndin ağsaqqalı ilə ayaqüstü söhbət zamanı Qum kəndinin qayğıları barədə danışan Əhməd Şahidov 9 Fevral seçkilərində Qax sakinlərinin etimadını qazanmaq və növbəti 5 ildə qaxlıları Milli Məclisdə təmsil etmək niyyətini açıqlayıb. Əhməd Şahidov bildirib ki, deputat sıravi vətəndaşlarla dövlət arasında etimad körpüsüdür, lakin bəzi deputatların fəaliyyətsizliyi nəticəsində bu etimad zədələnir.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et