Əhməd Şahidov dağılmış kənd məktəbində yaşayan ailədə olub: “Siçan və siçovullarla bir otaqda həyat”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonu Güllük kəndində olarkən dağılmış məktəbdə yaşayan ailəni ziyarət edib. Yararsız hala düşmüş kənd məktəbində sinif otağında özünə şərait qurmuş bu ailə artıq 9 ildir ki, burada yaşayır və onların vəziyyəti ilə heç bir yerli qurum maraqlanmır. Ailə üzvlərinin sözlərinə görə, hər gün otaqda siçan və siçovullar gəzişir, gecələr çaqqal və canavarlar qapıya qədər gələrək, onları qorxu və səksəkə içində saxlayırlar.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et