Əhməd Şahidov Qax idmançılarına müraciət etdi: “Seçki də bir yarışdır, dəstək verin ki, Qax qazansın”

112 saylı Qax seçki dairəsindən deputatlığa namizəd, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bugün qaxlı idmançılara video müraciət edib. Qax idmançılarının Respublika və dünya səviyyəli yarışlarda çox böyük nəticələr əldə etdiyini bildirən deputatlığa namizəd 9 Fevral seçkilərini siyasi bir yarış adlandırıb və qaxlı idmançıların bu yarışda Qaxın firavan gələcəyinə səs verməyə və ən əsası da əslən Qaxdan olan namizədi dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Əhməd Şair oğlu ŞAHİDOV 1982-ci ildə Qax rayonunda anadan olub. Bakı Slavyan Universitetinin bakalavr, magistratura və aspirantura pillələrini bitirib. Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini müdafiə edib. Daha sonra Moskva şəhərində Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət Hüququ” fakültəsini bitirib.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun direktoru, eyni zamanda Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatorudur. Dünyanın 65 ölkəsində beynəlxalq təşkilatlarda Azərbaycanın milli maraqları, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı əsir və girovlarla bağlı çoxsaylı çıxışlar edib.

Evlidir, 2 övladı var. Rus, ingilis dillərində sərbəst danışır.

www.shahidov.com

Bu yazını Facebookda şərh et