Qaxdakı bu məscid uçub dağılır – Əhməd Şahidov Qaratala kənd məscidi ilə bağlı həyəcan təbili çalır

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov kənd sakinlərinin müraciətlərini nəzərə alaraq, ötən həftə Qax rayonu Qaratala kənd məscidini ziyarət edib. Uçub dağılmaq üzrə olan bu kənd məscidini görüb dəhşətə gələn hüquq müdafiəçisi video müraciət edib, yerli kənd sakinlərinin fikirlərini dinləyib və dağılmaqda olan kənd məscidinin video görüntülərini paylaşıb.

Yerli sakinlərin sözlərinə görə, artıq 20 ildən çoxdur ki, bu vəziyyətdə olan Qaratala kənd məscini ilə maraqlanan yoxdur. Yerli icra orqanları dəfələrlə Qaratala kəndinə gəlsələr də, kənd məscidinin təmir olunması ilə bağlı heç bir addım atmır, kənd sakinlərinin, xüsusən də kəndin inanclı insanlarının müraciətləri eşidilmir. Magistral yolun kənarında yerləşən və dağılmaq üzrə olan Qaratala kənd məscidinin bu vəziyyətini görməzdən gələn yerli məmurların Allahın Evinə münasibəti heç cür izah oluna bilməz.

Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət edəcəyini deyən Əhməd Şahidov tezliklə Qaratala kənd məscidinin əsaslı təmir olunmasına çalışacaqlarını bildirib.

Bu yazını Facebookda şərh et