“Ən böyük sərvətimiz insanlarımızdır” – Əhməd Şahidov Qax rayonunun 89-cu ildönümü ilə bağlı danışıb

8 Avqust 1930-cu il – məhz bu tarixdə ilk dəfə Qax rayonu adlı inzibati ərazi vahidi yaradılıb. 1963-cü ildə Zaqatalanın tərkibinə qatılsa da, 1 ildən sonra inzibati rayon statusu geri qaytarılıb. Bugün 89-cu ildönümü tamam olan Qax rayonunda bu tarixi hadisə ilə bağlı hər hansı tədbir, bayram şənliyi və ya mərasim keçirilmədi.

Məhz bu tarixi gün ilə bağlı Avqustun 8-də video müraciət edən tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qax rayonunun qurulmasından, onun təbiətindən, coğrafi relyefindən və zəngin təbii sərvətlərindən söz açıb və Qaxın ən böyük sərvətinin onun insanları olduğunu bir daha qeyd edib.

Qaxın dəyərli ziyalıları, alimləri, idmançıları, incəsənət xadimləri və ictimai-siyasi xadimləri barədə danışan Əhməd Şahidov növbəti ildə Qax rayonunun qurulmasının 90-cı ildönümünün rəsmi şəkildə və böyük coşqu ilə qeyd ediləcəyinə inamını ifadə edib.

Bu yazını Facebookda şərh et