Qax rayonunda Novruz şənliyi keçirilib

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və rayon ictimaiyyəti iştirak ediblər.

Qonaqları əvvəlcə Novruz personajları olan Keçəl və Kosa qarşılayıb, daha sonra “Dədə Qorqud” salamlayaraq onlara xeyir-dua verib. Novruz tonqalı alovlandırıldıqdan sonra tədbirə start verilib.

Qax şəhər Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə milli mətbəx nümunələri, o cümlədən Qax mətbəxinin ləziz təamları nümayiş olunub. İdmançı gənclərin nümunəvi çıxışları və pəhləvanların nömrələri qonaqlarda xoş ovqat yaradıb. Bayram tədbiri konsert proqramı ilə davam edib.

Əslən Qax rayonundan olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov da Novruz şənliklərində yaxından iştirak edirdi. Qax rayonu ictimaiyyəti ilə görüşən və səmimi söhbətlər edən Əhməd Şahidov Novruz təbriklərini çatdırır və sadə qaxlılarla bayramı qeyd edirdi.

Bu yazını Facebookda şərh et