“Qaxda bəzi kəndlərin qazla təminatına böyük ehtiyac var” – Əhməd Şahidov video müraciət yayıb

Əslən Qax rayonundan olan hüquq müdafiəçisi, Qax camaatının böyük rəğbətini qazanmış Əhməd Şahidov ötən gün Qax rayonunda səfərdə olarkən yerli sakinlərlə görüşüb, rayon və kənd əhalisinin qayğıları ilə maraqlanıb. Bu barədə video müraciət ünvanlayan Əhməd Şahidov Qax rayonunda yeni yolların çəkilişi barədə danışıb, bir sıra kənd yollarının dünya standartlarında inşa edildiyini bildirib və ölkə başçısı Cənab İlham Əliyevin “Qax rayonunun Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncamı barədə məlumat verib.

Yaxın günlərdə ölkə başçısı İlham Əliyevin şimal-qərb regionuna gözlənilən səfəri çərçivəsində Qax rayonuna da baş çəkəcəyini bildirən Əhməd Şahidov Qaxda bir sıra kəndlərin hələ də qazla təmin olunmadığını diqqətə çatdırıb və kənd yollarının əsaslı təmirindən sonra əhalinin mavi yanacaqla da tam təmin olunacağına inamını ifadə edib.

Bu yazını Facebookda şərh et