ZİRƏDDİNİ QORUYAQ!

ZİRƏDDİNİ QORUYAQ!

Ana Sayfa » Yazılar » ZİRƏDDİNİ QORUYAQ!

zireddin“Sağlığında qiymət verin, insanlara” deyən şairin sözlərinə işıq tutmaq zamanı…
Azərbaycan müsəlman ölkəsidir. Ərəb ölkələrində olan İslam ciddiliyi olmasa da, millətimizin adət-ənənələrində Şərqin İslami dəyərləri ilə Qərbin dünyəvi xüsusiyyətləri qaynayıb-qarışmışdır. Uca Allahın mütləq varlığına inanan və bütün səmavi dinlərə hörmətlə yanaşan insan kimi həmişə yalana, böhtana qarşı çıxmışam, cəmiyyətdəki haqsızlığa arxa çevirməmişəm. Mövzunu açmaqla konkret, direkt və lakonik olmağa çalışacam…

Təqribən bir il bundan əvvəl Moskvada TNT telekanalında “Ekstrasenslərin döyüşü” adlı maraqlı bir yarışma başlamışdı. Açığını desəm, gizli elmlərlə – ekstrasensoriya ilə heç vaxt maraqlanmamışam, amma həmin yarışmada azərbaycanlı bir nəfəri görəndə ürəyimə istilik gəldi. Necə də olmasa, həmyerlimiz bütün dünyanın diqqət mərkəzində idi. Artıq həmin verilişin daimi izləyicilərindən birinə çevrilmişdim. Azərbaycanlı olması ilə yanaşı, eyni zamanda istedadlı bir gəncin fikirləri məndə böyük maraq doğurmağa başladı. Artıq bütün Rusiya Zirəddin Rzayevin adını əzbərdən bilirdi. Bütün internet saytlarında, forumlarda onun öncəgörmələri, proqnozları barədə danışılır, ona Allah vergisi verildiyi deyilirdi. Artıq Rusiyanın dövlət qurumları, nüfuzlu şəxsləri, müğənnilər, zəngin insanlar hər vəchlə Zirəddinlə maraqlanır, onun qəbuluna yazılmağa can atırdılar. Rusiyada sürətlə populyarlıq qazanan bir azərbaycanlı hər çıxışında Vətənini, Azərbaycanı çox sevdiyini bildirir və Rusiyada məhz Azərbaycanı təmsil etdiyini dilinə gətirirdi. Bunun qarşılığı olmalı idi. Ən azından mən belə düşünürdüm…

… Düşünürdüm ki, Zirəddin Rzayev Azərbaycana dəvət olunacaq, onun Azərbaycanda fəaliyyət göstərməsi, öz xalqına xidmət etməsi üçün bütün zəruri şərait yaradılacaq. Düzdür, Zirəddin Azərbaycana gəldi, onu sevənlər tərəfindən rəğbətlə qarşılandı, bütün telekanallar, qəzetlər ondan danışdı. Lakin meşə çaqqalsız olmaz deyib atalarımız. Yenə qərəzli yanaşanlar tapıldı. ATV telekanalı isə bu qərəzə meydan oldu. Pul alıb kimlərisə tərifləmək, kimlərisə “vurmağa” çalışan bu televizyonçular əvvəlcə Zirəddini verilişlərə dəvət etsələr də, sonradan reytinq toplamaq üçün azərbaycanlı ekstrasensi hədəfə aldılar. El-aləmdə heç bir nüfuzu olmayan saxta “professorları”, “ziyalıları” canlı efirə çağırıb, guya İslama zidd olan hərəkətlərə ziyalı nöqteyi-nəzərini işıqlandırırdılar. Hamı bir ağızdan Zirəddini tənqid edir, hətta “ziyalıyam” deyən bəziləri canlı efirdə təhqirdən də yan keçmirdilər.

… Mövzunu yarımçıq qoyub Zirəddinlə tanışlığım barədə bir-iki kəlmə danışmaq istərdim. Mənimlə həmyaşıd olan gənc ekstrasenslə tanışlığım internetdə oldu. Onun adından Rusiyada saxta sayt düzəldib camaatdan pul qoparan hoqqabazları zərərsizləşdirmək üçün məndən kömək istəmişdi Zirəddin. Mən də öz növbəmdə bir azərbaycanlı kimi ona kömək əlimi uzatdım və həmin fırıldaqçı qrupun Zirəddin Rzayev barədə yaratdıqları saytı sıradan çıxarmağa nail olduq. Hətta onun üçün yeni bir sayt da (www.ziraddinrzayev.com) yaratdım. O vaxtdan Zirəddinlə dostluğumuz başladı, demək olar ki, hər həftə zəngləşirik, tez-tez bir-birimizə SMS salamları yazırıq. Vaxtının az olmasına baxmayaraq, tez-tez zəng edir, müəyyən mövzularda fikir mübadiləsi aparırıq. Azərbaycanda onun barəsində yazılanları soruşuram ondan. Bir qəzet yazır ki, “Zirəddin Rzayev son zəng günü terror aktlarının olacağını deyib”, başqa bir qəzet iddia edir ki, “guya ekstrasens Zirəddin hansısa deputatı ofisindən qovub”… Əstafurullah, kim uydurur bu şayiələri?! Reytinq qazanmaq üçün jurnalist etikasına zidd yazılar dərc edirlər. Hətta bir ara Zirəddinlə bağlı iyrənc bir kampaniya da başlamağa cəhd edilmişdi. Onun guya Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi və Bakıda satanist klub yaradacağı iddia edilirdi. Amma yalanın qırx gün ömrü olar, deyib atalarımız. Hər hansı səfirlik qarşısında piket keçirənləri dərhal döyüb həbsə atan polislərimiz görəsən, indiyə kimi Zirəddini niyə həbs etmirdilər?! Əlbəttə ki, bunun bir uydurma və təxribat olduğunu hamı bilirdi. Sadəcə Azərbaycan xalqının yadından çıxmış və heç kimə lazım olmayan bədnam insanlar Zirəddin Rzayevi söyməklə, iftira etməklə özlərinə reytinq qazanmağa çalışırdılar.

Bir millət olaraq bizim əsas bəlamız da məhz budur, bəlkə. İçimizdən kimsə daha irəli gedəndə, bizdən yuxarıda olanda, daha çox uğurlar əldə edəndə, ona yardımçı olmaq əvəzinə, ona badalax vurmağa çalışırıq. Bu məqamda lap uşaq ikən məhəllədə eşitdiyim və ürək ağrısı ilə dinlədiyim bir lətifə yadıma düşür: “Deyirlər, altı nəfər olur – iki erməni, iki rus və iki azərbaycanlını quyuya salırlar. Ermənilərin quyusunu bərk-bərk qapadırlar, rusların da quyusunu möhkəm bərkidirlər, amma azərbaycanlıların quyusunun ağzını açıq saxlayırlar. Səbəbini soruşanda deyirlər ki, onsuz da onlar qaçlb canını qurtara bilməyəcəklər. Gedib həmin quyuya baxırlar, görürlər ki, doğrudan da bir azərbaycanlı quyudan çıxmağa çalışır, o birisi onun ayağından dartıb aşağı çəkir və bu minvalla heç biri quyudan çıxa bilmirlər.” Bir azərbaycanlı kimi bu lətifəni heç vaxt xoşlamamışam, amma deyəsən reallıqdır. Odur ki, əziz dostlarım, şair Cabir Novruz demişkən “Sağlığında qiymət verin, insanlara!”

Əhməd ŞAHİDOV

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib