YENƏ SƏNİ SEVƏCƏM

YENƏ SƏNİ SEVƏCƏM

Ana Sayfa » Şeirlərim » YENƏ SƏNİ SEVƏCƏM

Bilən bilir, dalğalara sinə gələn qayayam
Dost yolunda candan keçən çox mübariz insanam.
Sevgi üçün illər boyu Allaha yalvarırdım
İndi tapmışam sevgimi, lap ölsəm də deyəcəm
Yer də, Göy də əlbir olsa, yenə səni sevəcəm.
Düşünürəm illər boyu mən necə yaşamışam
Nə ürəkdə sevgi yoxmuş, nə gözlərdə məhəbbət
Nə dodaqlarda titrəyiş, nə qəlbimdə hərarət
Bir baxışdan aşiq oldum, lap ölsəm də deyəcəm
Kimsə mənə mane olmaz, yenə səni sevəcəm.
Gün ərzində düz min dəfə səni deyib anıram
Çox uzaqlarda olsan da, hey yanımda sanıram
Səni sevmək xoşbəxtlikdir, sevməməksə axmaqlıq
Həyat məni çox incidib, bunu indi qanıram
Amma naşükür deyiləm, lap ölsəm də deyəcəm
Sən məndən üz döndərsən də, yenə səni sevəcəm.
Sən mənimçün sevgi payı, Tanrının bəxşişisən
Qışın lap oğlan çağında baharın gəlişisən
Sevgimizin rəmzi olan bir yağış dənəsisən
Yağ qəlbimə, süz gözlərə, səni dərman biləcəm
Dərdlərimə şəfa olan, səni yenə sevəcəm.
Mənə görə fikrə dalan o gözləri sevmişəm
Sevincimə sevinc qatan gülüşünü süzmüşəm
Həyatımı danışarkən kövrəlmisən, görmüşəm
Sən mənimçün müqəddəssən, sənə səcdə edəcəm
Lap çarmıxa çəkilsəm də, yenə səni sevəcəm.
İstəyirəm hisslərimə, sevgimə inanasan,
Məni ruhuna hopdurub, ürəyinə yazasan.
Sən mənim həm sevgilimsən, həm da ürək dostumsan
Soruşsan ki, nədir belə məni sənə bağlayan
Düşünmədən söyləyərəm saf, müqəddəs ruhundur
Gözlərində məskən salmış o körpə gülüşüdür
Əllərinin nəvazişi, ürəyinin istisi
Mənə qüvvət, güc bəxş edən “Səni sevirəm” sözü
Həyatımsan, mələyimsən, lap ölsəm də deyəcəm,
İlk və son məhəbbətimsən, səni yenə sevəcəm!

Əhməd ŞAHİDOV
05 İyul 2011-ci il, saat 03:05, Bakı, Azərbaycan

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb