“Xankəndində planlaşdırılan beynəlxalq gənclər konfransı Ermənistanın təxribat aktıdır” – CBC Azərbaycan Kanalı

“Xankəndində planlaşdırılan beynəlxalq gənclər konfransı Ermənistanın təxribat aktıdır” – CBC Azərbaycan Kanalı

Ana Sayfa » Müsahibələr » “Xankəndində planlaşdırılan beynəlxalq gənclər konfransı Ermənistanın təxribat aktıdır” – CBC Azərbaycan Kanalı

Ermənistan mətbuatının verdiyi məlumata görə, 14-17 Sentyabr 2017-ci il tarixlərində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində beynəlxalq gənclər konfransının keçirilməsi nəzərdə tutulub. Ermənistan İdman və Gənclərlə İş üzrə Nazirliyi tərəfindən təşkil ediləcək bu konfransın məqsədi guya gənc alim və mütəxəssislərin iştirakı ilə qondarma rejimin tanınmasının problem və perspektivlərini müzakirə etməkdir. Ermənistan hakimiyyəti bu tip tədbirləri işğal altında saxladığı Azərbaycan torpaqlarında keçirməklə bir növ beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa və qondarma “Dağlıq Qarabağ Respublikasının” tanınmasına çalışır. Amma təcrübə göstərir ki, bu kimi tədbirlərin əsas iştirakçıları Ermənistan vətəndaşları və digər ölkələrdə yaşayan tək-tük erməni əsilli şəxslərdir. Burada Ermənistanın əsl məqsədi siyasi təxribat, qondarma rejimi təşviq etmək və dəvət olunan şəxsləri özünün siyasi təbliğat alətinə çevirməkdir.

Məsələ ilə bağlı CBC Azərbaycan kanalına açıqlama verən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov bu konfransı Ermənistanın növbəti təxribat aktı adlandırıb və bunun qarşısını almaq üçün bütün imkanları səfərbər edəcəklərini bildirib: “Bu ilin Sentyabr ayında Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində beynəlxalq gənclər konfransının keçirilməsi barədə məlumat daxil olan kimi bu istiqamətdə intensiv fəaliyyətə başladıq. Bu məsələ ilə bağlı Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunda operativ qərargah yaradılıb və əsas işimiz bu “konfransın” təşkilatçılarını ifşa etmək, cinayətkar və işğalçı Ermənistan hakimiyyətinin mahiyyətini ortaya qoymaq və dünya gənclərini məlumatlandırmaq yolu ilə onları bu konfransa qatılmaqdan çəkindirməkdir.”

Artıq bu təxribat barədə xaricdəki tərəfdaşları məlumatlandırdıqlarını deyən hüquq müdafiəçisi bu istiqamətdə fəaliyyəti davamlı şəkildə apacaqlarını bildirib: “Biz bu təxribatla bağlı artıq beynəlxalq tərəfdaşlarımızı məlumatlandırmışıq, xüsusən də beynəlxalq insan haqları qurumlarına, gənclər təşkilatlarına, dünya universitetlərinə və tələbə elmi cəmiyyətlərinə bu barədə bir-neçə dildə müraciətlər göndərmişik. Bundan başqa, ATƏT-in Sentyabr ayında Varşava şəhərində keçiriləcək zirvə toplantısında bu barədə məlumat verəcək, Ermənistanın işğalçı siyasəti və regionda gərginliyə səbəb olan hərəkətləri barədə ATƏT üzvü olan ölkələri məlumatlandıracayıq.”

İşğal altında olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlərin həm Azərbaycan, həm də beynəlxalq qanunlara zidd olduğunu və cinayət məsuliyyəti daşıdığını diqqətə çatdıran ADİHİ rəhbəri Əhməd Şahidov dünya gənclərinə də müraciət edib: “Bir hüquq müdafiə təşkilatı olaraq, bəyan edirik ki, işğal olunmuş ərazilərə səfər etmək Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır və həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq hüquq normaları baxımından cinayət məsuliyyəti yaradır. Azərbaycan hüquq dövlətidir və kimliyindən, milliyyətindən, vətəndaşlığından və ictimai-siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir kəs Azərbaycan qanunları qarşısında bərabərdir. Bu ilin Fevral ayında Azərbaycan qanunlarını pozaraq, işğal olunmuş ərazilərə qeyri-qanuni səfər edən Aleksandr Lapşinin aqibətini yada salmaq yerinə düşər. Məncə, Xankəndində keçirilməsi planlaşdırılan konfransa dəvət olunacaq gənclər bu faktı unutmasınlar.”

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb