WIKILEAKS – KİBER TERROR!

WIKILEAKS – KİBER TERROR!

Ana Sayfa » Yazılar » WIKILEAKS – KİBER TERROR!

Bu, 11 Sentyabr terrorundan sonra düşünülmüş növbəti bir plandır…
Wikileaks saytı ətrafında gedən müzakirələr demək olar ki, bütün dünyanı cənginə alıb. Hazırda qlobal səviyyədə danışılan bir nömrəli mövzu məhz Wikileaks saytı və bu saytda dərc olunan məxfi materiallarla bağlıdır. Bu yazımda çalışacam ki, Wikileaks informasiyaları ilə bağlı peşəkar bir rəy formalaşdırım və bu məsələyə pərdəarxası prizmadan yanaşım.
Əslində Wikileaks – heç də sensasiya deyil! Diplomatik xidmətdə çalışanların böyük əksəriyyəti bilir ki, bir ölkənin səfirlik, konsulluq və ya nümayəndəlikləri mənsub olduğu dövlətin siyasi, mədəni, itqisadi siyasətini yürütməklə yanaşı, çalışdığı xarici ölkənin eyni sahələrdəki məlumatlarını toplamaqla da məşğuldur.Bu, bir növ xüsusi xidmət orqanlarının fəaliyyətini xatırlatsa da, qeyd etmək lazımdır ki, diplomatik korpuslarda həm də xüsusi xidmət orqanlarının zabitləri fəaliyyət göstərir. Bu, hərbi attaşe, mədəniyyət attaşesi və ya birbaşa səfir səviyyəsində təmsil oluna bilər. Və onu da əlavə edək ki, hər bir diplomatik korpusun rəsmi və qeyri-rəsmi vəzifələri mövcuddur. Rəsmi vəzifələri iki ölkə arasında diplomatik münasibətləri tənzimləmək, fəaliyyət göstərdiyi ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında baş verən hadisələrin rəsmi xülasəsini öz rəhbərliyinə çatdırmaq. Bu, bütün dünyada qəbul olunmuş rəsmi fəaliyyət mexanizmidir. Qeyri-rəsmi fəaliyyət isə təbii ki, kəşfiyyat xarakterlidir və bunu da səfirlikdə çalışan xüsusi xidmət orqanlarının nümayəndələri həyata keçirir. Bu fəaliyyət ölkənin geo-politik statusundan tutmuş, siyasi, dini və iqtisadi göstəricilərinə qədər bütün detalları özündə ehtiva edir. Odur ki, ABŞ səfirliyi də bu prinsiplərə sadiq qalaraq, öz fəaliyyətini davam etdirir. Lakin ABŞ dövlətinin dünyadakı statusunu, malik olduğu insani və texniki imkanları nəzərə alsaq, bu ölkənin diplomatik korpuslarının fəaliyyəti daha intensiv və çoxşaxəlidir.

Konkret olaraq, Wikileaks saytının dərc etdiyi məxfi informasiyaları incələdikcə, qeyd etmək lazımdır ki, bu, bir nəfər jurnalistin, konkret olaraq, Culian Assanjın fəaliyyətinin nəticəsi ola bilməz. Konkret olaraq, ABŞ-ın timsalında bu, sadəcə qeyri-mümkündür. Səbəblərini isə bucür təsnifatlandırmaq olar:

Əvvəla, texniki cəhətdən bu, qeyri-mümkündür;

  • İnternet məkanında domen və hosting xidməti göstərən şirkətlərin 95%-i ABŞ-a məxsus şirkətlərə məxsusdur ki, bu da Wikileaks.org domenin istənilən an ABŞ hökuməti tərəfindən ləğv edilməsini asanlaşdırır. Mümkündür ki, sonradan bu domen və ya ona xidmət göstərən server ləğv olunsun və ya Culian Assanj adlı şəxs həbs edilsin, qətlə yetirilsin, amma artıq gecdir. Çünki, artıq qarşıya qoyulan məqsədə nail olunub.
  • Bundan başqa, internet şəbəkəsində anonymos proxy server xidməti göstərən saytlar da ABŞ-a məxsus şirkətlərin nəzarətindədir. Odur ki, Wikileaks.org domeninə giriş texniki cəhətdən əngəllənsə də, saytın yaradıcıları yenə də proxy server xidmətindən istifadə edə bilməzlər.
  • Wikileaks saytında külli miqdarda materialların yerləşdirildiyini və həmin sayta gündəlik girişin milyon nəfərdən çox olduğunu nəzərə alsaq, Wikileaks.org saytı üçün adi bir hostinqin deyil, super imkanlara malik serverin lazım olduğunu düşünmək olar. Və bu cür serverləri isə ən iri veb şirkətlər təklif edir ki, onların da hamısı ABŞ-da fəaliyyət göstərir və bu ölkənin nəzarətindədir.
  • Maraqlı bir cəhət də internet şəbəkəsində Wikileaks adının brend kimi qorunub saxlanılması və maksimum reklam olunması tendensiyaları mövcuddur. Bunu istənilən istifadəçi yoxlaya bilər. Sadə bir misal: Facebook sosial şəbəkəsində “Wikileaks” adlı bir səhifə fəaliyyət göstərir və qısa zaman ərzində həmin səhifəyə 500 000 nəfər istifadəçi üzv olmuşdur. Facebook sosial şəbəkəsində eyni adlı ikinci səhifənin yaradılmasına cəhd etsəz, sizə qəti şəkildə rədd cavabı bildiriləcək. Halbuki, Facebook sosial şəbəkəsində eyni adı daşıyan minlərlə səhifə və istifadəçi adı mövcuddur. Bununla sanki Wikileaks adının vahidliyini qorumaq və bütün istifadəçiləri də məhz bir mərkəzə yönləndirmək məqəsdi güdülür. Bu eksperimenti Twitter və digər sosial resurslarda da sınaqdan keçirsəz, eyni aqibətlə üzləşəcəksiniz.

Siyasi cəhətdən inandırıcı görünmür;

  • Wikileaks rəhbəri kimi təqdim olunan Culian Assanj iddia edir ki, 2002-ci ildən bəri ABŞ-ın xarici siyasətinə məxsus səsədlər gizli yolla toplanılır. Maraqlıdır ki, həmin sənədlər niyə məhz indi dərc edilir?! ABŞ-ın İraq və Əfqanıstandakı hərbi işğalı demək olar ki, bitmiş və bu mövzu artıq dünya ictimaiyyətinin diqqətində ikinci plana keçmişdir. Odur ki, Wikileaks saytının İraqla bağlı dərc elədiyi hansısa sənədlər artıq vaxtı keçmiş sayılır və onsuz da dünya mətbuatında səslənən fikirləri təkrarlayır. Lakin ilk növbədə ABŞ-ın işğalçı siyasəti ilə bağlı sənədlərin dərc edilməsi bütün dünyaya bir jest olaraq qəbul oluna bilər ki, guya həmin sayt ABŞ-ın özünü də hədəfə alıb.
  • Dərc edilən sənədlərdə konkret hədəfləri açıq-aydın sezmək mümkündür: Türkiyə, İran, Rusiya, Tayvan, Ərəb ölkələri və sairə. Wikileaks sənədlərində ABŞ, İsrail, Avropa ölkələri – Fransa, Almaniya, İtaliya və digər ölkələrlə bağlı ciddi məxfi məlumatlar açıqlanmayıb. Avropa ölkələri barədə yalnız xırda məişət xarakterli məlumatlara rast gəlmək mümkündür. Sənədlərdə yalnız konkret ölkələrlə bağlı məlumatların dərc edilməsi artıq konkret məqsədlərin qarşıya qoyulduğundan xəbər verir. Bundan başqa, bəzi sənədlərdə müəyyən şəxslərin adlarının yerində “XXXXX” işarələrinin yer alması müəyyən sövdələşmələrin nəticəsidir.
  • İlk günlər Wikileaks yaradıcıları ilə ABŞ hökuməti arasında gizli danışıqların aparıldığı barədə informasiyalar yayıldı. Heç inandırıcı görünmür ki, dünyaya ağalıq etməyə cəhd edən bir dövlət hansısa bir jurnalistlə bir masaya oturub onunla bu və ya digər mövzuda müzakirələr aparsın. Ən azından sonradan İnterpol xətti ilə barəsində axtarış elan etdiyi şəxsi elə görüş əsnasında həbs edə bilərdi. Bəziləri ABŞ-ın demokratik ölkə olduğunu və bucür fəaliyyətin ABŞ rəsmiləri tərəfindən qəbul olunmadığını əsas gətirsələr, onlara da bəzi məqamları xatırlatmaq olar: İranın nüvə alimi Şəhram Əmirinin amerikan kəşfiyyat orqanları tərəfindən oğurlanması əslində ABŞ-ın nə qədər demokratik dəyərlərə sadiq qaldığının göstəricisidir.

Əslində ilk günlərdən Wikileaks qalmaqalının əvvəlcədən düşünülmüş bir plan olduğu hiss olunurdu. Səbəblər isə ən müxtəlif ola bilər:

  • Qərb dairələrində böyük güclərin daxili çəkişməsi gedir. Dərin dövlət bu yolla rəqiblərindən qisas almağa çalışır. Məqsəd Barak Obama rejimini nüfuzdan salmaq və müttəfiq ölkələrin, o cümlədən ABŞ-ın demokratik dəyərlərə sadiq qaldığına hələ də inanan ölkələrin ABŞ-la olan münasibətlərinə yenidən baxmasına nail olmaq;
  • ABŞ-a münasibətdə qeyri-səmimi siyasət yürüdən ölkələr arasında etibarsızlıq yaratmaq, birləşməkdə olan qüvvələri parçalamaq və mümkün toqquşmalara yol açmaq. İrana gözlənilən mümkün hücum planı üçün zəmin yaratmaq, Türk-İslam birliyini zəiflətmək, İranla qonşu ölkələr və müttəfiqlər arasında düşmənçilik meyllərini gücləndirmək;
  • 11 Sentyabr terror hadisələrindən sonra ABŞ bütün dünyada anti-terror koalisiyasına rəhbərlik etmiş və terrorla mübarizə adı altında İraq, Əfqanıstan və Mərkəzi Asiyada güclənə bilmişdi. Hətta bəzi mətbuat səhifələrində 11 Sentyabr hadisələrinin ABŞ tərəfindən təşkil olunduğu və 3000-ə yaxın adamın qətli hesabına ABŞ-ın dünya miqyasında özünü terrorla mübarizə aparan vahid güc mənbəyinə çevirə bilməsi barədə informasiyalar dərc olunmuşdu. İddia olunurdu ki, ABŞ 3000 vətəndaşının qətlinə razılıq vermiş, bunun əvəzində isə İraq və Əfqanıstanı işğal etmək üçün şans qazanmış, Mərkəzi Asiyada güclənə bilmiş və İranın da vurulmasına hazırlıqların başlanmasına bir çox ölkələrdən xeyir-dua ala bilmişdi. Bundan başqa, 11 Sentyabr hadisələrindən sonra ABŞ insanların bir çox hüquq və azadlıqlarını əllərindən almağa müvəffəq oldu: səyahət hüququ, vətəndaşlıq hüququ, sərbəst yerdəyişmə hüququ və digər hüquqlar məhdudlaşdırılıb.

İndi isə Wikileaks terrorunu özü ortaya atmaqla ABŞ yeni fəthlər və istilalar həyata keçirmək və buna indidən hüquq qazanmaq niyyətindədir. Lakin bu dəfə gözlənilən mümkün fəthlər kiber dünyada baş verəcək. Yadımıza bir şeyi salaq: 11 Sentyabr hadisələri zamanı bütün dünyanı məlumatlandıran 1 nömrəli resurs CNN kanalı oldu. Məhz bu kanalın vasitəsilə 6 milyardlıq dünya əhalisi o görüntülərə şahidlik edə bildi. Daha sonra İraq və Əfqanıstandakı işğalçı siyasət isə məhz internetin sayəsində bütün dünyaya çatdırıldı. Təbii ki, ABŞ nə qədər demokratik və humanist görünməyə çalışsa da, internet insanların gözünü açırdı. Odur ki, internetə qlobal nəzarəti gücləndirmək, təsadüfi adamların qlobal şəbəkələrə sahib olma imkanlarını məhdudlaşdırmaq, nüfuzlu telekanalların və xəbər saytlarının imkanlarının məhdudlaşdırılması və digər məqsədlərə nail olmaq məqsədilə bu kimi təxribatlar hazırlamaq ağlabatandır.

Konkret olaraq, Azərbaycan Respublikası ilə bağlı Wikileaks saytında dərc olunan məlumatlara gəlincə, qeyd etmək lazımdır ki, bu məlumatlar “İki həqiqətin arasına bir yalan qoyub həqqiqət kimi sırımaq” prinsipindən başqa bir şey deyil. Məsələn, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ABŞ-ın hansısa yüksək rütbəli məmuru ilə görüşə bilər, tərəflər hansısa ikitərəfli məsələləri müzakirə edə bilərlər, amma İlham Əliyevin qəfildən Rusiya rəhbərliyi ilə bağlı mövzudan kənar ifadələr işlətməsi kompromat məqsədi daşıyır və bunun heç bir sübutu yoxdur. Sadəcə sözdür, şayiədir.

Və ya, başqa bir missal, AR müdafiə naziri Səfər Əbiyevin Qəbələyə səfər etməsi və orada hansısa rus generalı ilə görüşməsi, hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə etməsi tam normaldır, amma Səfər Əbiyevin həmin rus generalını içirdib ondan hərbi sirrləri öyrənməsinə cəhd etməsi sadəcə kompromat xarakterli dezinformasiyadır. Bunu kim və necə sübut edə bilər axı? İki nəfərin arasında olan bu münasibətləri amerikan diplomatlar haradan bilə bilər axı?!

Digər tərəfdən, Wikileaks saytında dərc olunan və məxfi olduğu iddia olunan məlumatların həqiqətən də ABŞ səfirliklərində çalışan diplomatlar tərəfindən hazırlandığı da şübhə doğurmur.  Heç ABŞ rəsmiləri də bu yazılanları inkar etmirlər, əksinə bunu mətbəx diplomatiyası adlandırır və bucür məlumatların açıqlanmasından təəssüfləndiklərini bildirirlər. Bu isə o deməkdir ki, ABŞ diplomatları həqiqətən də bucür məlumatları Vaşinqtona ötürüblər. Maraqlı cəhət isə bu dezinformasiyaların amerikalı diplomatlara necə çatdırılması metodlarıdır. Şübhəsiz ki, ABŞ və digər xarici ölkələrin Bakıdakı səfirliklərində çalışan bütün əməkdaşlar yerli xüsusi xidmət orqanları tərəfindən nəzarət altında olurlar. Bu, normal haldır. Ən azından ölkənin mill təhlükəsizliyini qorumaq məqsədilə bucür fəaliyyət qanunla yolveriləndir. ABŞ-ın özü də bunu edir. Misal üçün bu yaxınlarda ABŞ-da həbs edilən və Rusiyaya ekstradisiya olunan rus diplomatlarını göstərmək olar. Odur ki, hansısa ABŞ diplomatının fərdi şəkildə bucür informasiyalar dalınca qaçması inandırıcı görünmür. Təbii ki, Qərb diplomatlarına, bəzi hallarda diplomat adıyla qeydiyyatdan keçmiş xüsusi xidmət orqanları əməkdaşlarına bucür informasiyaları onlarla tez-tez görüşən yerli QHT və siyasi partiyaların, o cümlədən gənclər təşkilatlarının nümayəndələri verə bilərdilər. Bu məlumatların verilmə prosesi məqsədyönlü şəkildə aparılmır, sadəcə səfirlikdə və ya səfirlikdən kənar yerlərdə keçirilən tədbirlərdə, ziyafətlərdə tərəflər arasında yaranan səmimi söhbətlər zamanı yerli QHT və siyasi partiyaların, o cümlədən gənclər təşkilatlarının nümayəndələri özləri də bilmədən bucür fikirləri səsləndirir. Gercək ya yalan, fərqi yoxdur, istənilən yolla sanki Qərb diplomatlarının xoşuna gəlmək, onların işinə yaramaq məqsədi güdülür. Diplomatların suallarına səmimi cavablar verilir, ortada faktlar olmasa belə, öz şəxsi təxəyyülünü ortaya qoyur və bu yolla ölkə içindən xəbərdar adam olduğunu nümayiş etdirməyə çalışır. Şübhəsiz ki, bucür davranış yerli ictimai-siyasi şəxslərə bəzi dividentlər də gətirir. Ən azından həmin ABŞ və ya digər Qərb diplomatı ilə səmimi münasibətləri yaranır, gələcəkdə səfirliyə müraciətlər ünvanladığı zaman və ya hər hansı qrant layihəsi təqdim edən zaman təbii ki, bir vaxtlar nümayiş etdirdiyi səmimilik işə yarayır. Dolayısıyla, həmin qüvvələr Azərbaycan barədə dezinformasiyaları, müəyyən məqamlarda isə hətta ciddi dövlət sirri sayıla biləcək məlumatları özləri də bilmədən xarici ölkə diplomatına ötürmüş olurlar, əvəzində isə müəyyən layihələr üçün yaşıl işıq, ən azından isə həmin diplomatla isti münasibətlər qazanmış olurlar.

Maraqlı bir müqayisə aparaq: təsəvvür edin ki, hər hansı yerli QHT və ya siyasi partiya nümayəndəsini Özbəkistanın və ya Qırğızıstanın Bakldakı səfirliyinə dəvət ediblər və ölkədəki ictimai-siyasi durumu müzakirə edirlər. Dəvət olunanların yarısı həmin görüşə getməkdən imtina edər və ya görüşdə özünü daha ağıllı və müdrik insan kimi qələmə verər. Çünki, dərhal göz qabağına Qırğızıstan və ya Özbəkistanın iqtisadi-siyasi potensialı gəlir və azərbaycanlı diplomat qırğız və ya özbək səfirin yanında səmimi görünməyə ehtiyac duymur. Çünki, umacağı bir şey yoxdur həmin səfirliklərdən. Əksinə, ABŞ və ya Böyük Britaniya, o cümlədən İsrail səfirliyi tərəfindən dəvət gəlsə, bütün dəvət olunan yerli QHT və siyasi partiya nümayəndələri bir nəfər kimi həmin tədbirdə iştirak edəcəklər. Misal üçün ABŞ-ın milli bayramları zamanı səfirlikdə və ya Badamdarda keçirilən ziyafətləri və qəbulları göstərmək olar. Yerli siyasətçilər üçün sanki şərəfə çevrilir həmin tədbirə qatılmaq. Təbii ki, bucür tədbirlərdə yeyib-içmək məclisləri, xoş və səmimi söhbətlər, yarı ciddi, yarı zarafat polemikalar aparılır. Və amerikan diplomatları hətta zarafatla deyilən kəlməni də günün sonunda tədbirin stenoqramına daxil edirlər. Məhz bucür tədbirlərə dəvət olunan heç bir qonaq diqqətdən kənarda qalmır, onlara ayrıca diqqət göstərilir, maksimum şəkildə onlarla ayaqüstü söhbətlər aparılır, onların bu və ya digər məsələlər üzrə fikirləri öyrənilir. Maraqlı cəhət də ondan ibarətdir ki, məhz bucür tədbir və ziyafətlərdə yerli QHT və siyasi partiya nümayəndələri sanki özlərini kölə kimi aparır, ABŞ diplomatlarının xoşuna gəlmək, özlərini onlardan aşağıda tutmaq və onların istəklərini yerinə yetirməyə hazır olduqlarını nümayiş etdirməyə can atırlar. Çünki, xarici diplomatlar hər bir görüşdə qarşı tərəfin davranışlarını, söylədiklərini diqqətlə izləyir, hətta qonağın sakit durmasını da müşahidə etməklə hər hansı nəticəyə gələ bilirlər.

Odur ki, Wikileaks saytında dərc olunan və məxfi olduğu iddia olunan məlumatların ortaya çıxması əslində Azərbaycan üçün də bir dərs olmalıdır. Təkcə hökumət nümayəndələri deyil, eyni zamanda yerli QHT-lər, ictimai təşkilatlar, siyasi partiyalar və dəgir qurumlar gələcəkdə daha diqqətli olmalı, davranışları, fikirləri və mülahizələri ilə ölkənin milli maraqlarını zərbə altına atmamalıdırlar.

Bakı Slavyan Universitetinin “Diplomatiya və xarici siyasət” kafedrasının dosenti, fəlsəfə doktoru Əhməd Şahidov

Xəbərlər

“Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov