VƏTƏNƏ GƏLƏNDƏ…

VƏTƏNƏ GƏLƏNDƏ…

Ana Sayfa » Yazılar » VƏTƏNƏ GƏLƏNDƏ…

Uzaqlaşdıqca daha yaxından bağlanıram Azərbaycana…
Son 4-5 ildə həyatım elə gətirib ki, vaxtımın əsas hissənini Vətəndən kənarda keçirməli oluram. Əsasən müxtəlif elm və təhsil müəssisələri tərəfindən dəvət olunduğum beynəlxalq konfrans və sempozyumlarda iştirakım, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında təhsil almağm və nəhayət sadəcə istirahət etmək üçün müxtəlif ölkələrə səfərlər etməyim vaxtımın böyük hissəsinin xaricdə keçməsinə gətirib çıxarır. Əvvəllər daha çox həvəs göstərsəm də, sonradan Azərbaycan üçün darıxmağa başlayırdım. Çox keçmişə dönmək istəməzdim. Götürək elə bu ilin əvvəllərini…

Fevral ayının 21-də Moskvada dərslərim başlayırdı. Qiyabi təhsil aldığımdan hər il 50 gün Moskvada olmaq məcburiyyətindəyəm. Odur ki, Fevral ayının 19-da Moskvaya uçdum. Akademiyanın mehmanxanasında yerləşdim, qrup yoldaşlarımla görüşüb ötənlərdən, keçənlərdən soraqlaşdım… dərslərim başladı. Yenə çətin fənnlər, qafqazlılara soyuq münasibət, 75 nəfərlik qrupun içində yeganə azərbaycanlı olmağım məni sıxmağa başlayırdı. Özümü kifayət qədər soyuqqanlı və dözümlü insan hesab etsəm də, qərib diyarda bütün bunlara dözməyə halım qalmırdı. Özümü tək hiss edirdim… təkcə özümü deyil, həm də Azərbaycanı təmsil etməli olan bir gənc kimi daha məsuliyyətli, daha savadlı görünməli və fərqlənməli idim. Odur ki, bütün komplekslərimi bir kənara qoyub, tam ideal olmağa çalışırdım. Bilirdim ki, mənə baxıb azərbaycanlılara və Azərbaycana qiymət verirlər. Mənimlə eyni qrupda erməni millətindən olan digər tələbənin də təhsl alması akademiyada təhsil almağımı mənim üçün sanki əqidə məsələsinə çevirmişdi.

Qaldığım otaqda tək olduğumdan hər gün bütün fikir və vaxtımı yalnız dərslərimə yönəltmişdim. Nəticəsi də olurdu… belə ki, məqbul və imtahanlarımız başlayan kimi qırıcı təyyarələr kimi əzmli və dəqiq nəticələr göstərirdim. “Hüquq” fakültəsinin “Dövlət hüququ” ixtisasında təhsil aldığımdan məqbul və imtahanlarımız əsasən Rusiya Federasiyasının hüquq, konstitusiya, fəlsəfə və idarəçilik sahələri ilə bağlı idi. On iki ədəd məqbul və imtahanların hamısından “əla” qiyməti almağım təkcə qrup yoldaşlarımı deyil, hər dəfə qiymət kitabçamı açıb cavabımı qiymətləndirən müəllimləri də təəccübləndirirdi. Səbəb isə aydın idi: Azərbaycandan gəlmiş bir gəncin, rusların dili desək, “qara”nın gəlib Moskvada imtahan sessiyasını əla qiymətlərlə başa vurması arzuolunan deyildi. Hətta fəlsəfə doktoru elmi dərəcəyə malik olmağım barədə xəbər tutan bəzi müəllimlərin imtahan zamanı mənə qarşı amansız münasibəti, əlavə suallar verməklə mənim qiymətimi aşağı salmaq cəhdləri mənim əzmimi sındıra bilmirdi. Sonda yenə haqq öz yerini tuturdu.

Çətin olsa da, Moskvadakı təhsilimi uğurla davam etdirirdim. Heç də şikayətlənmirəm… çətin olsa da, şərəflidir… təkcə mənim üçün deyil, eyni zamanda Azərbaycanım üçün lazımlıdır. Bu günlər ərzində məni düşündürən tamam başqa bir məsələ idi. Günlər keçdikcə darıxırdım… atam-anam üçün darıxırdım, mənə yaxın olan insanlar üçün darıxırdım… ən əsası Azərbaycan üçün darıxırdım. Elə anlarım olurdu ki, bir saatlıq Bakıya gəlib küləkli bulvarda 1 dövrə vurub yenidən Moskvaya qayıtmaq üçün burnumun ucu göynəyirdi. Bəzən kövrəlirdim…

Məni tanıyanlar nə qədər kövrək olduğumu yaxşı bilirlər. Həzin bir Azərbaycan musiqisi, kədərli bir segah məni özümdən çıxarda bilər. Odur ki, Moskvada günlərimin əksəriyyəti qəmgin keçirdi… təkcə havanın soyuq olması deyil, həm də insanların yad baxışları da məni sıxırdı. Bəzən düşünürdüm ki, nəyə görə mən burdayam, bəlkə əbəs yerədir bu zaman itkisi, dəyərmi bu çətinliklərə qatlanmağa?! Bəzən hər şeyi atıb qəfil Bakıya qayıtmaq da istəyirdim. Amma yenə sağ olsunlar… ailəmiz və dostlarımla gündəlik ünsiyyətlər, internet vasitəsilə danışmağımla özümü qiyabi də olsa, Vətəndə hiss edirdim.

Təhsilim bitər-bitməz artıq Bakıya biletimi almışdım. Çox həyəcanlı şəkildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına düşəndə qardaşım və atam məni qarşılayırdılar. Mehribancasına görüşüb evimizə yol aldıq. Gecə saat 02:00 olmasına baxmayaraq, anam yatmayıb məni gözləyirdi… ondan başqa cürünü də gözləmirdim zatən… mənim anam belə olmalıdır!

Bakıda olanda tamam başqa hisslər keçirirdim. Sanki öz evimdə, öz qabımda, öz kasamda hiss eləyirdim özümü. Lakin Bakıda günlər keçdikcə yenə darıxmağa başlayırdım. Bilmirəm, bəlkə məndə problemlər var, yoxsa adi insanlıq halıdır… başım çıxmır! Nəsə Bakını uzaqlarda olanda daha çox sevirəm. Səbəbini bilmirəm amma. Bəlkə kənardan baxanda daxili mənfilikləri görmürsən, bəlkə nəyinsə qədrini bilmək üçün ondan ayrı qalmalısan, bəlkə də… nə bilim. Amma bir onu bilirəm ki, Bakıda uzun müddət qalanda darıxıram, yorucu tıxaclar, palçıqlı küçələr, gündə suyun saat-saat verilməsi, evlərimizin soyuq olması, adamın gözünü çıxardan bezdirici külək və digər cəhətləri Bakımızı məndən uzaqlaşdırır. Amma Bakı yenə Bakıdır, Azərbaycan da Vətəndir.

İndi isə Qaxdayam, doğulub boya-başa çatdığım doğma Qaxda. Təbiəti mənə çox doğmadır, insanlari mənə çox əzizdir. Sabah Bakıya qayıdıram, 10-15 gün əvvəl darıxdığım, amma indi mənim üçün adiləşən Bakıya. Amma yenə sevirəm bu torpağı, ümumiyyətlə, üzərində Azərbaycan izi olan hər şeyi sevirəm, mənə özümü, ailəmi, xalqımı xatırladan hər daşı, hər kəsəyi sevirəm. Amma yenə yola davam edirəm, yenə şair ruhum oyandı:

Uzun bir yol gedirəm, yolu yoxdu bu yolun,
Yoxdu nə başlanğıcı, yoxdu sonu bu yolun.
Yol məndən yol soruşur, özü də çaşıb qalıb.
İkimiz də azmışıq, yolda tənha qalmışıq,
Uzanıb dərdimiz də yollar qədər uzanıb,
Yol yol üstdə uzanıb, mən ayaqda, qalmışıq.

Allah bilir, daha hansı ölkələri gəzəcəm, haralara ayaq basacam. Amma bir arzum da var: heç olmasa, ömrümün sonuna qədər Qarabağa ayaq basa bilim. Azərbaycan Respublikasının tərkib hissəsi olan Qarabağa…

Əhməd ŞAHİDOV
23 Aprel 2011-ci il, saat 23:17, Qax rayonu, Azərbaycan Respublkası

Xəbərlər

“Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov