Türkdilli dövlətlər arasında ikitərəfli qarşılıqlı münasibətlər

Türkdilli dövlətlər arasında ikitərəfli qarşılıqlı münasibətlər

Ana Sayfa » Türk Birliyi » Türkdilli dövlətlər arasında ikitərəfli qarşılıqlı münasibətlər

Türk dövlətləri arasındaki diplomatik münasibətlərin əsas konturları. Qarşılıqlı münasibətlərin səviyyəsi. Dostluq və qardaşlıq münasibətləri. Bir-birilə soyuq münasibətlərə malik Türk dövlətləri və bu münasibətlərin yaranma mənşəyi

SSRİ-nin süqutundan bu yana türkdilli ölkələr arasında inteqrasiyanın əsas istiqamətləri əsasən ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələr çərçivəsində daha qabarıq şəkildə mövcud olmuş və inkişaf etmişdir. Ümumən Türk dövlətlərinin qarşılıqlı əlaqələri milli maraqlar konsepsiyasına və dövlətlərin suveren mövcudluqlarına əsaslandığından, sözügedən əlaqələr çoxtərəfli münasibətlər çərçivəsindən daha intensiv şəkildə inkişaf edir. Hazırkı dönəmdə 6 Türk dövləti arasında ikitərəfli münasibətlər heç də bərabər xarakter daşımır. Bunun əsas səbəbləri isə dövlətlərin daxili və xarici ideloji xarakterində, iqtisadi inkişafında, Türk dünyasının, eləcə də regionun taleyini həll edə biləcək məsələlərdə konsensusun olmamasındadır.

Azərbaycan-Türkiyə münasibətləri

9 noyabr 1991-ci il tarixində Türkiyə Cümhuriyyəti Azərbaycanın müstəqilliyini tanımış, diplomatik əlaqələr 14 yanvar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətdir. Azərbaycanın Türkiyədə Səfirliyi 1992-ci ilin avqust ayından, İstanbulda Baş Konsulluq 1993-cü ilin yanvar ayından fəaliyyətə başlamış, 12 aprel 2004-cü il tarixində Qarsda Baş Konsulluq təsis edilmişdir. Türkiyənin Azərbaycandakı Səfirliyi və Naxçıvandakı Baş Konsulluğu 1992-ci ilin yanvar ayında açılmışdır. Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi əlaqələr, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İki dövlət strateji tərəfdaşdır. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində dövlət və hökumət xadimlərinin, iqtisadi məsələlər üzrə aidiyyətli qurumların rəhbərlərinin qarşılıqlı səfərləri, sahələr üzrə idarələrarası qurumların, müştərək komissiyaların iclasları davamlı şəkildə keçirilməkdədir. Beynəlxalq təşkilatlarda müxtəlif beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür, tərəflər regional və beynəlxalq təşkilatlarda məsləhətləşmələr aparır, bir-birinə qarşılıqlı dəstək verir. Türkiyənin bir çox şəhərlərində Azərbaycan dərnəkləri, Türkiyə-Azərbaycan dostluq cəmiyyətləri fəaliyyət göstərir. Hazırda bu dərnəklər vahid konfederasiya altında birləşiblər. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 3000 nəfərdən, hərbçilərin sayı 250, polislərin sayı isə 20 nəfərdən artıqdır. Ölkəmizdə təhsil alan türkiyəli tələbələrin sayı isə 1700 nəfərdir. İki ölkə arasında müqavilə-hüquq bazasının zirvəsi Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının yaradılmasına dair sazişin imzalanması hesab olunur (2010-cu il).

Azərbaycan-Özbəkistan münasibətləri

Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələr 2 oktyabr 1995-ci ildə yaradılmışdır. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında isə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlamışdır. İki ölkə arasındakı əsas ikitərəfli müqavilə 26-27 may 1996-cı il tarixlərində Özbəkistan Respublikasının Prezidenti İ.Kərimovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”dir. İki ölkə arasında indiyədək siyasi münasibətlərdə heç bir problem mövcud olmamışdır. Bu münasibətlər 23-24 mart 2004-cü il tarixlərində Özbəkistan Respublikasının Prezidenti İ.Kərimovun dəvətilə Azərbaycan Respublikasnın Prezidenti İ.Əliyevin Özbəkistana etdiyi dövlət səfərindən sonra keyfiyyətçə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan tərəfi Özbəkistanın Mərkəzi Asiyada nüvə silahlarından təcrid olunmuş zonanın yaradılması təşəbbüsünü dəstəkləyir. İki ölkə arasında 18 iyun 1997-ci il tarixindən qüvvədə olan “Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Protokol”a əsasən əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılmışdır.

Azərbaycan-Qazaxıstan münasibətləri

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılmışdır. 09 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 01 mart 2004-cü ildə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirlikləri fəaliyyətə başlamışdır. 06 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu fəaliyyətə başlamışdır. 13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, heç bir problem mövcud olmamışdır. Bu münasibətlər 1-2 mart 2004-cü il tarixlərində Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin dəvətilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin Qazaxıstana və 24-25 may 2005-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin ölkəmizə rəsmi səfərlərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycan tərəfi Qazaxıstanın Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin (AQEM) yaradılması təşəbbüsünü tam dəstəkləmişdir. 14 mart 2008-ci il tarixində BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsinə dair keçirilmiş səsvermədə Qazaxıstan Respublikası bitərəf səs vermişdir. Rəsmi məlumatlara görə, hal-hazırda Qazaxıstanda 100 000 (yüz min), qeyri-rəsmi məlumatlara görə, 300 000 (üç yüz min) azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, kiçik və orta biznes, o cümlədən digər sahələrdə çalışırlar. Eyni zamanda onlar Qazaxıstan Respublikasının ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət orqanlarında təmsil olunurlar.

Azərbaycan-Türkmənistan münasibətləri

Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 09 iyun 1992-ci ildə yaradılmışdır. 08 iyun 1999-cu ildə Türkmənistanın Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 04 iyun 2001-ci ildə Türkmənistan Xarici İşlər Nazirliyi maliyyə vəsaitlərinin çatışmazlığı ilə əlaqədar Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin iqamətgahının müvəqqəti olaraq Aşqabada köçürülməsi haqqında qərar qəbul etmişdir. 18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda səfirliyi fəaliyyətə başlamışdır. 08 aprel 2008-ci ildə Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyi fəaliyyətini bərpa etmişdir. Əsas ikitərəfli müqavilə Türkmənistan Prezidenti Saparmurad Niyazovun 18-19 mart 1996-cı il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Türkmənistan arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”dir. 17 yanvar 2008-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilmişdir. Hazırda iki dövlət arasında ən problemli və həllini gözləyən məsələ Xəzər dənizinin orta xəttinin müəyyənləşdirilməsidir. Son iki il ərzində dövlət başçıları səviyyəsində qrşılıqlı səfərlər təşkil olunmuşdur. 13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılmışdır. Türkmənistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həllinə dair mövqeyinə gəlincə isə 1998-1999-cu illərdə “BMT ilə ATƏT arasında əməkdaşlıq” haqqında qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən və mühüm əhəmiyyət kəsb edən düzəliş Türkmənistan tərəfindən dəstəklənmiş, buna baxmayaraq 1996-1997 və 2000-2002-ci illərdə Türkmənistan tərəfi səsvermədə iştirak etməmişdir. 29 oktyabr 2004-cü il tarixində BMT Baş Assambleyasının iclasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin Baş Assambleyanın cari gündəliyinə salınmasına dair qərarın qəbul edilməsi ilə bağlı səsvermədə Türkmənistan tərəfi Azərbaycanın mövqeyini dəstəkləmişdir. 13 sentyabr 2006-cı il tarixində BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə “GUAM ərazisində uzun sürən münaqişələr məsələsi”nin salınması üzrə keçirilmiş səsvermədə Türkmənistan tərəfi iştirak etməmişdir. 14 mart 2008-ci il tarixində BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə layihəsi üzrə keçirilmiş səsvermədə Türkmənistan tərəfi iştirak etməmişdir.

Azərbaycan-Qırğızıstan münasibətləri

Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə yaradılmısdır. 1 aprel 2002-ci il tarixində Z.Hüseynov Qırğız Respublikasının Azərbaycandakı fəxri konsulu təyin edilmisdir. 13 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə isçi qrupu yaradılmısdır. 18 yanvar 2008-ci il tarixində Attakurov Raimkul Arzimamatoviç Qırğız Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri təyin edilmisdir. 16 may 2007-ci il tarixində A.Ağayev Azərbaycan Respublikasının Qırğız Respublikasında səfiri təyin edilmisdir. 22-24 avqust 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bişkekə, 23 aprel 1997-ci il tarixində isə Qırğızıstan Prezidenti Ə.Akayevin Bakıya rəsmi səfəri olmusdur. Səfər zamanı qarsılıqlı maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunmus, 14 sənəd, o cümlədən Azərbaycan Respublikası və Qırğız Respublikası arasında dostluq və əməkdaslıq haqqında Müqavilə imzalanmısdır. İki ölkə arasında indiyədək siyasi münasibətlərdə demək olar ki, problem mövcud olmamısdır. 1996-1998-ci, 2000-ci və 2002-ci illərdə “BMT ilə ATƏT arasında əməkdaslıq” haqqında qətnamə layihəsində Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiqləyən və mühüm əhəmiyyət kəsb edən düzəliş Qırğızıstan tərəfindən dəstəklənmis, 1999 və 2001-ci illərdə isə Qırğızıstan tərəfi səsvermədə iştirak etməmişdir. 14 mart 2008-ci il tarixində BMT Baş Assambleyasının 62-ci sessiyasının gündəliyinin 20-ci maddəsinə uyğun olaraq, irəli sürülən “Azərbaycanın ısğal olunmus ərazilərində vəziyyət” adlı qətnamə layihəsi üzrə keçirilmiş səsvermədə Qırğızıstan tərəfi iştirak etməmişdir.

Türkiyə-Qazaxıstan münasibətləri

Türkiyə 16 dekabr 1991-ci il tarixində öz dövlət müstəqillyini elan edən Qazaxıstanı bir dövlət kimi eyni gündə tanıması münasibətlərin müsbət məcrada inkişaf etməsinə təkan vermişdir. Hazırda Türkiyənin Qazaxısyanda səfirliyi, Almatada baş konsulluğu, Aktauda konsulluğu fəaliyyət göstərir. Bugün Qazaxıstan Türkiyənin Orta Asiyada ən böyük siyasi və iqtisadi partnyorudur. Bunun ən bariz nümunəsi isə 2009-cu ildə Nursultan Nazarbayevin Türkiyəyə etdiyi səfəri zamanı iki ölkə arasında Strateji Əməkdaşlıq Razılaşmasının imzalanması olmuşdur. Qazaxıstanın Türk Dövlətlərinin Dövlət Başçılarının Zirvə toplantılarında aktiv fəaliyyəti Türkiyə Cümhuriyyəti tərəfindən çox müsbət xarakterizə olunur.

Türkiyə-Özbəkistan münasibətləri

Türkiyə 16 dekabr 1991-ci il tarixində öz dövlət müstəqillyini elan edən Özbəkistanı tanımış, 1992-ci ilin 4 martında isə diplomatik münasibətlər qurulmuşdur. Ölkələr arasında münasibətlərin əsasını onlar arasında imzalanmış 90-a qədər razılaşma və protokol təşkil edir. Hazırda ölkələr arasında olan faktiki münasibətlər heç də intensiv şəkildə inkişaf etmir. Türkiyə Özbəkistanın Orta Asiyada olan rolunu, Orta Asiya əhalisinin yarısının məhz Özbəkistanın əlində olmasını düzgün analiz edərək münasibətlərin gələcək inkişafına çox böyük önəm verir.

Türkiyə-Qırğızıstan münasibətləri

Türkiyə 16 dekabr 1991-ci il tarixində öz dövlət müstəqillyini elan edən Qırğızıstanın dövlət müstəqilliyini tanımış, 29 yanvar 1992-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. 1992-ci il çərçivəsində qarşılıqlı olaraq səfirliklər fəaliyyət göstərməyə başlamışdır. İki ölkə arasında 1997-ci ildə imzalanan “Əbədi dostluq və Əməkdaşlıq Razılaşması” və “Türkiyə və Qırğızıstan: birlikdə 21-ci əsrdə” sənədi münasibətlərin hansı formada olduğundan xəbər verir. Son dönəmdə Qırğızıstanın üzləşdiyi siyasi və iqtisadi böhrandan çıxması üçün Türkiyə müəyyən işlər görmüş, dövlət və TİKA xətti ilə ölkəyə 20 milyon dollardan artıq yardım etmişdir. Qırğızıstanın Türk Dövlətlərinin Dövlət Başçılarının Zirvə toplantılarında aktiv fəaliyyəti Türkiyə Cümhuriyyəti tərəfindən çox müsbət xarakterizə olunur.

Türkiyə-Türkmənistan münasibətləri

Türkiyə 16 dekabr 1991-ci il tarixində öz dövlət müstəqillyini elan edən Türkmənistanın dövlət müstəqilliyini tanımış, 29 fevral 1992-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. İki ölkə arasında münasibətlərin əsasını əsasən iqtisadi və mədəni əlaqələr təşkil edir. Bu sahədə dövlətlər arasında 70-dən artıq müqavilə imzalanmışdır. Son illərdə ölkələr arasında dövlət başçıları səviyyəsində münasibətlərin intensivləşməsi münasibətlərin gələcək səviyyəsinin müsbət anlamda proqnozlaşdırılmasına imkan verir.

Qazaxıstan-Qırğızıstan münasibətləri

İki dövlət arasında diplomatik əlaqələr 15 oktyabr 1992-ci ildə qurulmuşdur. Ölkələr arasında münasibətlərin hüququ bazasını onlar arasında bağlanmış 150-dən artıq saziş, eləcə də Əbədi Dostluq haqqında (1997-ci il) və Müttəfiqlik haqqında (2003-cü il) Sazişlər təşkil edir. Hazırda iki ölkə arasında münasibətlər strateji əməkdaşlığa doğru müsbət xarakterdə inkişaf edir. Bunu sübut edən amillər isə ölkələr arasında siyasi fikir ayrılıqlarının olmaması, qlobal və regional xarakterli məsələlərdə eyni mövqenin nümayiş etdirilməsidir. Bugün Qazaxıstan Qırğızıstanın ticarət partnyorları arasında ilk pillələrdədir.

Qazaxıstan-Özbəkistan münasibətləri

İki dövlət arasında diplomatik əlaqələr 23 noyabr 1992-ci ildə qurulmuşdur. Ölkələr arasında münasibətlərin hüquqi bazasını onlar arasında bağlanmış 114-dən artıq müqavilə, eləcə də Əbədi Dostluq haqqında Saziş təşkil edir. 2006-cı ildə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə Beynəlxalq Koordinasiya Şurasının yaradılması qərara alınmışdır. 2008-ci ildə isə qarşılıqlı ticarəti inkişaf etdirmək məqsədi ilə Azad İqtisadi Zonaların yaradılması qərarlaşdırılmışdır. Eləcə də neft-qaz sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilmsəi perspektivdə duran məsələlərdəndir. Hazırda iki ölkə arasında mədəni əlaqələr ən üst səviyyədədir. İki ölkə arasında münasibətlərin səviyyəsi Orta Asiyanın gələcəyinin göstəricisi hesab olunur. Müstəqillikdən bu yana ən üst səviyyədə 25 səfər həyata keçirilmişdir.

Qazaxıstan-Türkmənistan münasibətləri

İki dövlət arasında diplomatik əlaqələr 5 oktyabr 1992-ci ildə qurulmuşdur. Ölkələr arasında münasibətlərin hüququ bazasını onlar arasında bağlanmış 60-dаn artıq müqavilə təşkil edir. Onlardan ən əsası Dostluq və Əməkdaşlıq haqqında müqavilə (1993-cü il) və Gələcək Əməkdaşlıq haqqında Deklarasiyadır (1997-ci il). İki ölkə arasında münasibətlərin gələcək perspektivləri əsasən ticari münasibətlər üzərində planlaşdırılır. Bu anlaşmada əsas diqqət qeyri-neft sənayesinə veriləcəkdir. İki ölkə arasında fikir ayrılığının özülü Xəzər dənizinin statusu ilə bağlıdır. Mədəni əlaqələr isə əsasən qarşılıqlı olaraq keçirilən mədəniyyət günləri çərçivəsinə palanlaşdırılır.

Özbəkistan-Qırğızıstan münasibətləri

Hazırda iki ölkə arasında münasibətlər heç də ürəkaçan səviyyədə deyildir. Bunun əsas səbəblərindən biri Qırğızıstanda mövcud özbək azlılıqları ilə bağlı problemdir. Ən üst səviyyədə isə münasibətlər əsasən təmənna və perspektivlər kontekstində xarakterizə olunur. İqrisadi planda həllini gözləyən məsələ Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu xəttinin inşasıdır. Müstəqillikdən bu yana ən üst səviyyədə 6 səfər həyata keçirilmişdir.

Özbəkistan-Türkmənistan münasibətləri

Hazırkı dönəmdə özbək-türkmən münasibətləri siyasi, iqtisadi və mədəni anlamda yüksək səviyyəli ikitərəfli münasibətlər kimi xarakterizə olunur. Amma bütün bunlara baxmayaraq, onlar arasında olan mövcud münasibətlər stateji əməkdaşlıq səviyyəsindən çox uzaqdır və bu prosesin başlanılması üçün heç bir addım atılmır. Bu faktı ortaya qoyan məqamlar isə dövlət başçıları səviyyəsində ikitərəfli görüşlərin son iki il ərzində keçirilməməsidir.

Xəbərlər

“Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov “Azərbaycan mətbuatı milli məsələlərdə çevik və həmrəydir” – Əhməd Şahidov