Türk dövlətlərinin beynəlxalq terrorizmlə mübarizəsi

Türk dövlətlərinin beynəlxalq terrorizmlə mübarizəsi

Ana Sayfa » Türk Birliyi » Türk dövlətlərinin beynəlxalq terrorizmlə mübarizəsi

Türk dövlətlərində təhlükəsizlik problemləri. Beynəlxalq terrorizmin Türk dövlətlərinə vurduğu zərbələr və bu dövlətlərin beynəlxalq terrorizmlə birgə mübarizə imkanları. Türk dövlətlərinin beynəlxalq terrorizmlə mübarizədə bəşəriyyətə verdiyi töhfələr

AZƏRBAYCAN

Azərbaycan terrorla mübarizə sahəsində artıq yüzillik təcrübəyə malikdir. XIX əsrin əvvəllərində, xüsusən 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonrakı dövrdə Azərbaycana köçürülən ermənilər bir müddət keçmiş ərazi iddialarına düşərək təcavüzkar siyasətə başlamışlar. 1908-ci ilədək Çar Rusiyasının Osmanlıdan və İrandan erməni əhalisini köçürtmə siyasəti nəticəsində Qafqaz bölgəsində ermənilərin sayı artıq təqribən 1 milyon 300 min nəfərə çatmış, həmin bölgədə demoqrafik vəziyyəti xeyli dəyişmişdi. Ermənilər terror dəstələri yaratdılar. Nəticə olaraq ərazi iddialarını həyata keçirmək istəyən ermənilər Azərbaycan əhalisinə qarşı terror kompaniyasına başladılar. Əslində həmin aksiyalar hələ 1905-1906-cı illərdən başlayaraq Bakı, Şuşa, İrəvan, Naxçıvan, Gəncə, Zəngəzur, Qazax və Tiflisdə yaşayan azərbaycanlılara qarşı həyata keçirmişdilər. Məlum olduğu kimi, 1918-ci il mart ayında bolşevik bayrağı altında və Sovet Rusiyasının köməyi ilə “Böyük Ermənistan” yaratmağı reallaşdırmaq istəyən ermənilər Sovet Rusiyasının hərbi yardımı ilə Bakıda soyqırımı törədərək təxminən 15 min nəfər qətlə yetirdilər. Şamaxı, Quba, Ağsu, Kürdəmir, Salyan və Lənkəran kimi rayonlarda isə 50 min nəfərdən artıq insan öldürdülər. Ermənistan azərbaycanlıları öz tarixi torpaqlarından qovuldular. SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçular və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarının qəbul edilməsindən sonra 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı kütləvi şəkildə deportasiya edildi.

XX əsrin 80-ci illərinin ikinci yarasında SSRİ-də mövcud olan yenidənqurma və aşkarlıq siyasəti aparıldığı bir dövrdə Ermənistandan azərbaycanlılar qovuldular. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmağa başladı. Dağlıq Qarabağ Muxtar Vilayətində məskunlaşan ermənilər Yerevandan idarə olunaraq həmin bölgəni Ermənistan SSR ilə birləşdirməyə cəhd etdilər və bu, müharibəyə səbəb oldu. Mübarizə nəticəsində 18-20 min azərbaycanlı həlak oldu, 50-100 min adam müxtəlif dərəcəli xəsarət aldı, 1 milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrildi. Ölkənin 20% ərazisi işğal altına düşdü. 1989-1994-cü illər arasında Azərbaycan ərazisində erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı törədildi. Bu heç kimdən yan keçmirdi. Həmin müddətdə aşağıdakı subyektlər hədəfə alınırdı:

1. Sərnişin nəqliyyatı vasitələri: 13 sərinişin avtobusu, qatar vaqonları yaxud dəmiryol stansiyaları, paytaxt Bakıda 2 metro stansiyası, eləcə də bərəyə yönəldilmiş terror aktı həyata keçirildi. Onların nəticəsində 124 nəfər həlak olmuş və 330 nəfərdən artıq yaralanmışdır.

2. Yüksək səviyyəli şəxslər: 7 ayrı hadisədə, o cümlədən 1991-ci il noyabrın 20-də Mİ-8 tipli vertolyotun vurulması və 1994-cü il martın 18-dəki Herkules tipli təyyarənin vurulması zamanı 50 nəfərdən çox insan öldürüldü. Onların aralarında nazirlər, millət vəkilləri və diplomatlar var idi.

3. Azərbaycan Respublikasının tarixində ən qanlı hadisələrdən biri də 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində həyata keçirilmiş soyqırımdır. “Müxtəlif terrorçu birləşmələrin, xaricdən gətirilən muzdlu döyüşçülərin və erməni ordusunun şəhərdə həyata keçirdiyi soyqırım nəticəsində 613 nəfər öldürülmüşdür”.

Adı çəkilənlərdən əlavə, binalar, körpülər və digər ictimai obyektlərə, eləcə də dinc sakinlərə yönəldilən hücumlar nəticəsində 2000-ə yaxın adam öz həyatını itirdi.

Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə Azərbaycanı hədəfə alanlar təkcə erməni ekstremistlərdən ibarət deyil. SSRİ-nin dağılmasından sonrakı dövrdə bir sıra ektremist xarakterli dini terrorçu qruplar Azərbaycan ərazisində öz fəaliyyətini artıraraq ölkədəki daxili sabitliyin pozulmasına cəhd etmişlər.

Yuxarıda qeyd edilmiş hadisələr göstərir ki, Azərbaycan Respublikasının terrorizm əleyhinə mübarizə təcrübəsi az deyildir. İstər erməni millətçiləri, istər radikal dini təmayüllü qruplar, istərsə də dünyəvi ekstremist qruplar, son yüz il ərzində Azərbaycanda qeyri-sabitlik yaratmaq üçün kifayət qədər fəaliyyət göstərmişlər. İnkişaf edən, zəngin neft və qaz ehtiyatlarına məxsus olan və geostrateji coğrafi mövqedə yerləşən bir dövlət kimi Azərbaycan bir çox təhdidlərdən, o cümlədən terrorçuluqdan qorunmaqda son dərəcə maraqlıdır. Bunun əsasında prezident İlham Əliyevin 2007-ci il 23 may tarixli 2198 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyası təsdiq edildi. Konsepsiyanın üçüncü maddəsində aşağıdakı təhdidlər müəyyən edilir. Terrorizmlə bağlı təhdidlər bunlardır:

1. Separatçılıq, etnik, siyasi və dini ekstremizm

2. Terrorçuluq və KQS-nin yayılması

3. Dövlətin enerji infrastrukturuna qarşı fəaliyyət

Müvafiq dövlət orqanları qanunvericilik çərçivəsində terrorizmə qarşı mübarizə də daxil olmaqla, Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasına əsasən, dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və cəmiyyəti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət aparmaqdadır.

Məlum olduğu kimi, terrorizm müasir dövrdə ümumbəşəri məsələyə çevrilib. Heç bir meyar yalnız bir ölkəyə aid deyildir. Əksinə, dünyanın bütün dövlətlərini, hökumətlərini və xalqlarını hədəfə alır. Bununla bağlı dünyanın heç bir dövləti təkbaşına onun qarşısını ala bilməz. Məhz buna görə də regional və beynəlxalq əməkdaşlıq son dərəcədə önəmlidir. Bu faktla əlaqədar olaraq Azərbaycan həm öz daxili qanunvericiliyində aparılan islahatlarla və həm də beynəlxalq standartlı qanunlara uyğun olan layihələri ilə terrorizmə qarşı mübarizədə əhəmiyyətli rol oynayır. Ilk addım kimi, Azərbaycan Respublikası terrorizmə qarşı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. 1999-cu il iyunun 18-də Azərbaycan Respublikasının Milli Məclisi Terrorçuluğa qarşı Qanunu qəbul etdi. Bu qanunla terrorizmə qarşı mübarizə aparmağın hüquqi əsas qoyduldu.

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik konsepsiyası, ilk öncə dövlətin müstəqilliyini, ərazi bütövlüyünü, cəmiyyəti və əhalisini daxili və xarici təhdidlərdən qorumağa yönəlmiş siyasətin və müvafiq tədbirlərin məcmusudur. Həmin konsepsiya terrorçuluğa qarşı mübarizədə Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi, eləcə də Hərbi Əks-Kəşfiyyat Xidməti birgə surətdə iştirak edirlər. 2004-cü il 29 iyun tarixli Milli Təhlükəsizlik haqqında qanunun ikinci maddəsində qanunun hüquqi obyektləri öz əksini tapır: insan, cəmiyyət və dövlət. Milli maraqlar və onların qorunması da milli təhlükəsizlik konsepsiyasının ayrılmaz bir hissəsidir. Konsepsiya əsasında isə müvafiq qanunvericilik, dövlət orqanları və onların vəzifələri və səlahiyyətləri müəyyən olunmuş obyektlərin və bütün milli maraqların qorunması məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının terrorçuluğa qarşı mübarizə haqqında Qanunun 3-cü maddəsində isə dövlətin bu sahədə məqsədləri öz əksini tapır:

1. İnsan hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin təhlükəsizliyinin təmin edilməsi;

2. Terrorçuluğun aşkar edilməsi, qarşısının alınması və terrorçuluq nəticəsində gözlənilən zərərin minimuma endirilməsi;

3. Terrorçuluğun yaranması və həyata keçirilməsi səbəbinin və şəraitinin, habelə terrorçuluğun maliyyələşdirilməsi və digər yardımlar edilməsi hallarının aşkar və ləğv edilməsi.

Azərbaycan Respublikası beynəlxalq və Avropa konvensiyalarına qoşulsa, öz ərazisində önəmli tədbirlər həyata keçirsə də, terrorizmin qarşısının alınmasında mühüm problemlər və çətinliklərlə də üzləşir. Avropa ilə Asiyanın, Rusiya ilə İranın qovşağında strateji baxımdan əlverişli mühüm geostrateji mövqeyə malik olan Azərbaycan öz xarici siyasətini yürütməklə həm güclü hərbi qüvvələrə, nüvə silahlarına və iqtisadi təsirə malik olan Rusiyanı, həm də iki xalqın din, mədəniyyət yaxınlığı, ortaq tarixə və nüvə sahəsində mühüm potensiala malik olan İranı da nəzərə almağa məcburdur. Azərbaycanın ABŞ ilə hərbi əməkdaşlığı Rusiyanın Azərbaycana iqtisadi, siyasi və təhlükəsizlik sahələrində olan siyasətində mənfi nəticələr gətirib çıxara bilər. Digər bir tərəfdən Azərbaycan Respublikası dünyəvi dövlət olsa da, islam dini aparıcı dindir. Ona görə də, istər Əfqanıstanda, istərdə də İraqda aparılan hərbi əməliyyatlarda iştirak etməklə, Əl-Qaidə tərəfindən Azərbaycana qarşı zorakılıq törədilə bilər.

Daha bir maneə olan məsələ 1992-ci ildəki ABŞ konqresi tərəfindən Azadlığa dəstək aktına qəbul edilən 907-ci düzəlişdir. Həmin düzəlişə əsasən: “Prezident Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda konqresə məruzə etməsə, Azərbaycan hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz”.

Erməni separatçılığının Dağlıq Qarabağ münaqişəsinə səbəb olmasını nəzərə aldıqda Azərbaycan Respublikasına qarşı cəza kimi tətbiq olunan 907-ci düzəliş nəinki ədalətsiz, həmçinin məntiqsizdir. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik haqqında Qanunun 7.6.2-ci maddəsində dövlətin “dünya iqtisadiyyatından təcrid olunması”nın bir təhdid olması kimi müəyyən edilmişdir. Həmin düzəliş, xüsusən Dağlıq Qarabağ müharibəsinin gedişində məhz belə nəticəyə səbəb ola bilərdi. 2001-ci ildə ABŞ konqresinin prezidentə düzəlişin hüquqi qüvvəsini ilbəil dayandırmaq səlahiyyəti verməsinə baxmayaraq, 907-ci düzəliş hələ də ABŞ qanunvericiliyində qalır. 2002-ci ildən etibarən ABŞ Azərbaycana maliyyə yardımı göstərsə də, Azərbaycanın etibarlı tərəfdaş olduğuna həqiqətən ziyan vurur. Həmçinin onun tam ləğvinədək iki ölkənin qarşılıqlı münasibətlərini korlaya bilər.

Azərbaycan Respublikasının terrorizmin qarşısını almaq siyasətində ən aktual və real problemlərdən biri Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz fəaliyyətidir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsmi məlumatında bildirilir ki, Ermənistan Respublikası və separatçılar işğal olunmuş ərazilərdə separatçı-terrorçu qurumun dövlət strukturlarını qeyri-qanuni surətdə qurmaqla müstəqil dövlət kimi tanıdılmasına cəhd göstərirdilələr. Erməni xüsusi xidmət orqanlarının yardımı ilə dövlət terrorizmi həyata keçirir və etnik separatçılığı alovlandırmağa cəhd edirdilər. 2000-ci ilin əvvəllərindən etibarən şimal rayonlarında yaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşdı. Həmin qrupun Rusiya Federasiyasında hazırlanması və orada məskunlaşan müxtəlif etnik yönümlü separatçılar arasında qarşılıqlı əlaqələrin mövcudluğu beynəlxalq terrorizmin əsas tərkib hissələrindən biri olduğunu isbat edir. 2001-ci ilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə basqınlar həyata keçirərək şimal rayonlarının vəziyyətini kəskinləşdirdilər. Narkotik maddələrin qanunsuz becərilməsi və dövriyyəsi, insan alveri, işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması və təbii, maddi və mənəvi sərvətlərin talan edilməsi və qanunsuz istismarı isə digər qeyri-qanuni fəaliyyəti təşkil edir. Belə fəaliyyət, xüsusilə Ermənistan tərəfindən alovlandırılmış separtçılıq, narkotik maddələrin dövriyyəsindən əldə edilmiş gəlirlər və insan alveri nəinki Azərbaycan Respublikası üçün həyati təhlükə yaradır, həmçinin beynəlxalq terrorizmlə ümumi mübarizəni də çətinləşdirir.

Bütün bunlara baxmayaraq, 2001-ci il 11 sentyabr terror hücumlarından etibarən Azərbaycan terrorizmlə mübarizədə ABŞ-ın ən yaxın tərəfdaşlarından biridir. Sözügedən hadisələrdən etibarən Azərbaycan Respublikası beynəlxalq terrorizm əleyhinə mübarizədə bir sıra tədbirlər həyata keçirdi. Hərbi sahədə həm Əfqanıstan, həm də İraqda aparılan hərbi əməliyyatlarda Azərbaycan kontingentləri layiqincə xidmət edir. ABŞ-ın İxracat və Sərhəd xidməti (İSX) ilə əməkdaşlıq edərək Azərbaycan Respublikası öz sərhədlərini daha səmərəli surətdə qoruyur. Ölkənin maliyyə sektorunu tənzimləməklə terrorizmə yardım edən fəaliyyətlərin qarşısının alımasına yönəldilən bir sıra qanunvericilik aktları qəbul edilir. Nəhayət, KQS yayılmasının qarşısının alınmasında, xüsusən bioloji təhdidlər sahəsində, çox ciddi iş görülür. Beləliklə, bütün bunları nəzərə alaraq ABŞ-ın beynəlxalq terrorizmlə mübarizəsində Azərbaycanın rolu böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın “bioloji təhlükənin azaldılması” proqramı: 1932-ci ildə Hadrut rayonunda tauna yoluxma nəticəsində təxminən rayonun 35 sakini dünyasını dəyişmişdi. Nəticədə SSRİ hakimiyyəti Bakıda Taun əleyhinə daimi sistem yaratmışdı. Əslində hələ II Nikolay dövründən etibarən həmin sistem Rusiyada mövcud idi və daha sonra SSRİ respublikalarının ərazilərinə yayılmışdı. 1934-cü ilədək Astara, Lənkəran, Beləsuvar, Qaradonlu, Hadrut, Xudafərin və Culfa şəhərlərində yeddi müşahidə məntəqəsi təsis olunmuşdu. Bu sistemin məqsədi, ilk növbədə gələcəkdə tauna yoluxmanı dərhal aşkar etmək və onun yayılmasının qarşısını almaq idi.

1960-cı illərdə həmin sistem başqa məqsəd daşıyırdı. “Problem 5” proqramı adı altında, tauna qarşı sistem proqramının məqsədi bioloji hücumlara qarşı müdafiəyə yönəldildi. 1970-ci illərdə isə “Ferment” adlanan proqram çərçivəsində toplanmış həmin maddələrdən SSRİ alimləri istifadə edərək hücum silahları istehsal etmək məqsədi güdürdülər. Bütün SSRİ ərazisində həmin maddələr bioloji anbarlarda gizli şəkildə saxlanırdı. SSRİ-nin dağılmasından sonra isə həmin anbarlardan bəziləri mühafizəsiz vəziyyətdə qalmış, təhlükəli mikrobioloji nümunələr ya öz-özlüyündə məhv olunmuşdu, yaxud yoxa çıxmışdı. Bəziləri isə əvvəlki vəziyyətdə qalaraq, hal-hazırda müvafiq ölkələrdə saxlanılır. Azərbaycan bu siyahıya daxildir.

2005-ci ilin iyun ayında Azərbaycan Respublikası Nazirlər Kabineti ilə ABŞ Müdafiə Nazirliyi tərəfindən “Təhlükənin azaldılması əməkdaşlığı” çərçivəsində, bioloji təhlükənin azalmasına dair müqavilə imzalandı. Həmin proqram Azərbaycanın mərkəzi patogen saxlayan müəssisələrinin təhlükəsizlik tədbirlərinin təkmilləşdirilməsinə yönəldilmişdir. Həmçinin təhlükəli yoluxucu xəstəliklərə səbəb olan patogenlerlə bağlı biotəhlükəsizlik və biomühafizə tədbirlərinin möhkəmlənməsi də nəzərdə tutulmuşdur. Xüsusi olaraq, fiziki təhlükəsizliyin yenilənməsi ABŞ tərəfindən maliyyələşdirilir. Həmin proqramın məqsədi möhkəm təhlükəsizlik tədbirləri vasitəsilə mövcud olan patogenlərin oğurlanmasının və bioterrorizmin qarşısını almaqdan ibarətdir.

2005-ci ilin avqust ayında isə senator Barak Obama ilə Riçard Lugarın Azərbaycana rəsmi səfəri zamanı 62 növdən 124 taun, antraks, vəba və digər təhlükəli yoluxucu xəstəlik nümunələrinin ABŞ-a göndərilməsinə dair razılıq əldə edilmişdir. Həmin il sentyabr ayının 2-də həmin nümunələr Bakıdan ABŞ Silahlı Qüvvələrinin Vaşinqtondakı Patologiya üzrə İnstitutuna göndərildi. İmzalanmış saziş çərçivəsində Azərbaycan və ABŞ mütəxəssisləri ötürülmüş nümunələri birgə şəkildə araşdırırlar. Həmin xəstəliklərin gələcəkdə alovlanması təqdirində, Azərbaycan Respublikası bu təhlükəni daha əzmlə aradan qaldırmağa qadir olacaqdır.

2005-ci ildən etibarən ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyinin (TAMA) vasitəçiliyi ilə, Azərbaycan Respublikası ilə ABŞ arasında qeyd edilmiş bioloji maddələrə nəzarət məqsədi daşıyan əməkdaşlıq davam etməkdədir. Bioloji Təhlükənin Azaldılması Proqramı (BTAP) çərçivəsində bütün Azərbaycan ərazisində mövcud olan xəstəlik nümunələri bir yerdə toplanaraq nəzarətdə saxlanılır. ABŞ hökumətinin maliyyə və texniki yardımı ilə həmin mərkəzlərin təhlükəsizlik xidmətləri təkmilləşdirilməkdədir. 2008-ci ildə TAMA-nın Azərbaycandakı o vaxtkı baş nümayəndəsi Cenifer Brüerin sözlərinə görə, 2005-ci ildən bəri iki ölkə arasında əməkdaşlıq təhlükəsizlik və nəzarət sahələrində böyük müvəffəqiyyət qazanmış və hələ də irəliləyiş davam etməkdədir.

2005-ci ildə ABŞ Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti arasında Bioloji təhlükənin azaldılmasına dair saziş imzalandı. BTAP-ın başlıca məqsədi bioterrorizm və bioloji silahlarla mübarizə, bioloji silahlarla bağlı texnologiyaların və təcrübənin yayılmasının qarşısını almaq idi. Bundan əlavə aşağıdakı məqsədləri də güdürdü:

1.Xüsusi Təhlükəli Patogenlərin (XTP) Bakıda Mərkəzi Referens Laboratoriyasında toplanması;

2.Bioloji terror hücumlarının və potensial alovlanmaların aşkar olunması, müəyyən edilməsi və məlumat verilməsi bacarığının inkişaf etdirilməsi;

3.Strateji tədqiqatlar üzrə əməkdaşlığın gücləndirilməsi.

2005-ci ildən ətibarən BTAP bioloji təhlükəsizlik və bioloji mühafizə, təhlükəli maddələrin aşkarlanması və cavab tədbirləri və birgə bioloji tədqiqatlar kimi layihələri həyata keçirməkdədir. BTAP-ın fəaliyyəti Azərbaycanda xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda Azərbaycanın açıq-aşkar əməkdaşlığı da son dərəcə vacibdir. Azərbaycan ərazisində saxlanılmış xəstəlik nümunələridən silah istehsalı məqsədi güdülməsə də, onların itkisi yaxud hər hansı bir terror təşkilatının əlinə düşməsi olduqca ciddi nəticələrə səbəb ola bilər.

ABŞ hökuməti Azərbaycan Respublikasının Nazirlər Kabineti başda olmaqla, Səhiyyə, Müdafiə və Fövqəladə Hallar Nazirlikləri kimi icraedici orqanlarla, eləcə də Dövlət Sərhəd xidməti ilə sıx əməkdaşlıq edir. 2005-ci ildə ABŞ ilə Azərbaycan arasında bağlanmış çərçivə sazişinin müddətinin 2010-cu ilin may ayında sona çatacağı nəzərdə tutulur. Həmin vaxt proqramın büdcəsinin yüksək həddi 5 milyon ABŞ dolları olmuşdur. O vaxtdan bəri isə büdcə hər il artırılmışdır. Artıq ABŞ Müdafiə Nazirliyi və Azərbaycan hökuməti arasında icraedici sazişin büdcəsinin yüksək həddinin 79 milyon dollar təşkil etməsi müəyyən edilmişdir.

TÜRKİYƏ

Türkiyə 1970-ci ildən bəri terrorla mübarizə aparır. On minlərcə vətəndaşı terror qurbanı olmuşdur. Türkiyənin uzun illər ərzində mübarizə apardığı terror təşkilatlarına maddi yardımlar edən və təbliğat aparmalarına, təşkilatlanmalarına göz yuman da məhz Qərbdəki demokratik və inkişaf etmiş ölkələr olmuşdur. Hətta bu təşkilatlar Türkiyəyə qonşu olan ölkələrdə də məskən sala bilmişlər. Yəni, Türkiyə terrora qarşı apardığı mübarizəni bir çox xarici ölkələrə başa salmaqda çətinliklərlə üzləşmişdi. Terror təşkilatlarının xarici ölkələrdəki fəaliyyətlərinin qadağan olunması, Türkiyədə axtarışda olan təşkilat üzvlərinin təslim edilməsi barədə Türkiyə dövlətinin etdiyi çağırışlar cavabsız olaraq qalmaqdadır. Bunun səbəbi kimi aşağıdakı səbəblər göstərlmişdir: Təşkilatlanma və düşüncə azadlığı, qadağan olunacaq təqdirdə gizli fəaliyyət göstərəcək həmin təşkilatların izlənmə və müşahidə edilmə imkanlarının çətinləşməsi, Türkiyədə edam cəzasının olması və ya terrorçu müttəhimlərin işgəncələrə məruz qalmaları… Bu tip səbəblərdən Türkiyənin terrorla mübarizədə ortaq cəbhə açmaq çağırışları cavabsız olaraq qalmaqdadır.

Türkiyənin terrorla mübarizəsində dönüş nöqtəsi kimi PKK terror təşkilatının lideri Abdullah Öcalanın 1999-cu ildə Kenyada – Nayrobidə, Yunanıstan səfirliyində saxta pasportla yaxalanması hesab edilə bilər. Lakin terror təhlükəsi bir çox ölkə, o cümlədən də Türkiyə üçün hələ də təhlükə olaraq qalır.

ABŞ-da (11 Sentyabr 2001), İstanbulda (15 və 20 Noyabr 2003), Madriddə (11 Mart 2004), Şimali Osetiyada – Beslanda (1 Sentyabr 2004), Londonda (7 İyul 2005) həyata keçirilən terror hadisələri bu istiqamətdə iş birliyinin şərt olduğunu göstərdi.

11 Sentyabr 2001-ci il tarixindən sonra terror xüsusiyyətləri aşağıdakı şəkildə sıralana bilər:

– Terror daha öldürücü formaya keçib. Hədəf aldığı toplum da bunu sübut edir.

– Texnologiyalardan istifadə edən terror təşkilatları daha da sərbəst fəaliyyət göstərə bilirlər.

– Terror hücumlarında dini motivlərdən istifadə olunmaqdadır.

– İntihar tipli hücumların sayı artmaqdadır.

– Terror təşkilatları xaricdəki mənbələrlə sıx münasibətlər qura bilmişlər.

– Kütləvi qırğın silahlarına sahib olmağı başlıca məqsəd kimi qarşıya qoyublar. Bununla da vura biləcəkləri zərər xeyli artmışdır.

– Fəaliyyətlərinə maliyyə dəstəyi tapmaq üçün yeni mənbələr tapıblar. Hətta qanuni, nisbən qanuni yollar və maşınlardan istifadə etməyə başlamışlar.

Bütün bunlar terrorla mübarizədə iş birliyinin necə çətinləşdiyini göstərir.

Terrorun dünya miqyasında bir təhlükə olduğunu anlamaqla eyni zamanda akademik və diplomatik istiqamətlərdə bir çox fəaliyyətlər həyata keçirilmişdir. Türkiyə də öz növbəsində terrora qarşı mübarizədə ölkələrin birgə fəaliyyət göstərmələrini istəyir.

Terroristlərin öz fəaliyyətlərini dini səbəblərlə ört-basdır etmələri din ilə terrorizm arasında əlaqə olması haqqında yalnış bir təsəvvür yaradır. Lakin bu, sadəcə özlərini maskalamak üçün istifadə etdikləri bir yoldur. Terrorun səbəbi nə olaraq, göstərilirsə göstərilsin, Türkiyə onun bəşəriyyətə qarşı yönəlmiş bir günah olduğunu başa düşür. Bundan başqa, fərqli inanc sistemlərinin hüzur və anlayış içində ortaq dəyərlərə sahib olmaları da mümkündür.

Terrorizmlə mübarizədə iş birliyi 11 Sentyabr hadisələrindən sonra daha da sürətlənmişdir. Lakin Türkiyədə terrorun səbəbləri hələ də qaldığından bu bölgədə terrorun azalmasını düşünmək düzgün deyil. Eyni zamanda BMT Təhlükəsizlik Şurası bütün ölkələrin terrorla mübarizədə lazımi tədbirlər görməsi barədə mühüm qərarlar qəbul etmişdir. Bundan başqa, son illər terror hücumları terrorla mübarizə fəaliyyətlərinin gözdən keçirilməsini və yeni metodların tətbiq edilməsi zərurətini yaratmışdır.

Ölkələr terrorizmlə üzləşərkən fərqli düşüncə tərzi nümayiş etdirirlər. Bəzilərinə görə, “terror aktı”, digərlərinə görə “yad işğala qarşı mübarizə”, başqa birilərinə görə isə “öz müqəddaratını həll etmə uğrunda mübarizə” adlana bilir. Bu da terrorizmi ortaq təhlükə kimi qəbul etməkdə çətinliklər yaradır. Fərqli yanaşma sərgiləyən bu dövlətlər üçün ortaq bir ifadə kimi “bütün növ və məqsədləri ilə terrorizm” (terrorism in all its forms and manifestations) kəlməsi qəbul edilə bilər.

Türkiyə terrorizmlə mübarizə istiqamətində imzaladığı ikitərəfli müqavilələrdə “bütün növ və məqsədləri ilə terrorizm” ifadəsini xüsusi vurğulayır. Çünki, məqsədi nə olursa olsun, terrorizmin düzgün yol olmadığını hesab edir. Türkiyə heç bir səbəbin terror aktlarının həyata keçirilməsinə əsas olmayacağına inanır.

Terrorizmə münasibətdə fərqli yanaşmalar olsa da, bir çox mühüm nöqtələr üzərində ortaq yanaşmalar da mövcuddur. Türkiyə uzun illər boyu terrorla bağlı hüquqi müstəvidə tədbirlər həyata keçirilməsini tələb etmişdir. Lakin Türkiyənin bu tələbləri yalnız 11 Sentyabr terror aktlarından sonra ciddiyə alınmışdır. 28 Sentyabr 2001-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 1373 saylı qərarı bugünə qədər atılmış ən mühüm addımdır. Qərbin terrorla mübarizədəki davranış və mübarizəsi 11 Sentyabr hadisələrinə gətirib çıxardı. Fəqət PKK terror təşkilatına münasibəti daha diqqət çəkicidir.

Terrorla təsirli şəkildə mübarizə aparmaq üçün dövlətlərarası iş birliyi şərtdir. Bunun üçün də terror təşkilatlarının tanınması məsələsində dövlətlərin qəbul etdikləri siyahıların uzlaşması lazımdır. Bundan sonra terror təşkilatları müəyyən edilməli və zərərsizləşdirilməlidir.

Bundan başqa, BMT TŞ-nın 1373 saylı qərarına görə təyyarə qaçırma, əsir götürmə kimi hərəkətləri qadağan edən 12 müqavilə mövcuddur:

1) 14 İyul 1963-cü il Tokio müqaviləsi: Təyyarələrdə həyata keçirilən cinayətlərlə bağlıdır. Hava yollarının təhlükəsizliyini təmin etmək üçün imzalanmışdır.

2) 16 Dekabr 1970-ci il Lahey müqaviləsi: Təyyarə qaçırma hadisələrinin qarşısının alınması qərara alınmışdır.

3) 1971-ci il Montreal müqaviləsi: Dayanıq vəziyyətdə olan təyyarələrin təhlükəsizliyinə qarşı edilə biləcək qeyri-qanuni hərəkətlərin qarşısının alınması məqsədilə imzalan müqavilə 26 Yanvar 1973-cü ildə qüvvəyə minmişdir.

4) Beynəlxalq səviyyədə qorunan insanlara qarşı edilən cinayətlərin qarşısının alınması və cinayətkarların cəzalandırılması barədə 1971-ci il müqaviləsi: Dövlət xadimlərinə və diplomatlara qarşı həyata keçirilən sui-qəsdlərə qarşı nəzərdə tutulub.

5) 18 Dekabr 1979-cu il Əsirlər müqaviləsi: Nyu-Yorkda imzalanmış müqavilədir, əsir götürmə hadisələrinə qarşı imzalanmış müqavilədir.

6) 03 Mart 1980-ci il Nüvə Maddələri Müqaviləsi: Nüvə maddələrinin qeyri-qanuni ələ keçirilməsi və istifadə edilməsinin qarşısını almaq üçün Nyu-Yorkda və Vyanada imzalanmışdır.

7) Mülki aviasiyada təhlükəsizliyə qarşı qanunsuz hərəkətlərin qarşısının alınması müqaviləsinə əlavə protokol: hava limanlarında zor tətbiqinin qarşısnının alınması məqsədilə imzalanmışdır.

8 ) 10 Mart 1988-ci il, Dəniz səyahətində təhlükəsizliyə qarşı qeyri-qanuni cəhdlərin qarşısının alınması müqaviləsi: Gəmilərdə həyata keçirilən terror aktlarına qarşı yönəlmiş bu müqavilə Romada imzalanmışdır.

9) 01 Mart 1991-ci il, Plastik partlayıcıların təyin edilməsi məqsədilə işarələnmə barədə müqavilə: Təyyarələrdə sabotajların qarşısının alınması məqsədilə kimyəvi maddələrin işarələnməsi, bununla da onların təyin edilməsini nəzərdə tutan bu müqavilə Montrealda imzalanmışdır.

10) 1997-ci il, Terorist bombalanmalarının qarşısının alınması barədə dövlətlərarası müqavilə: Partlayıcı maddələrin qeyri-qanuni istifadə edilməsi və insanlara, ətraf mühitə zərər verməsinin qarşısının alınmasını nəzərdə tutur.

11) 1999-cu il, Terrorizmin maliyyələşdirilməsinin əngəllənməsi barədə dövlətlərarası müqavilə: Bu müqaviləni imzalayan dövlətlər terror təşkilatlarına bütün növ maliyyə dəstəyinin verilməsini əngəlləmək barədə öhdəlik götürürlər.

12) 2005-ci il, Nüvə terrorunun qarşısının alınması barədə müqavilə: Nüvə maddəsindən istifadə edən terror təşkilatlarının zərərsizlışdirilməsi, cinayətkarların yaxalanması və cəzalandırırlmasını nəzərdə tutan bu müqavilə dövlətlər arasındakı iş birliyinin artırılmasını təmin edir.

Haqqında danışılan bu dövlətlərarası 12 müqavilələrdən savayı Türkiyənin imzaladığı digər müqavilələr də mövcuddur. 14 İyul 2005-ci il tarixdə imzaladığı Nüvə terrorunun qarşısının alınması barədə müqavilə də öz bəhrəsini verməkdədir. Bundan başqa, Avropa Terrorizmlə Mübarizə Müqaviləsi və BMT Transmilli Cinayətkarlığa qarşı mübarizə barədə müqaviləsi də mövcuddur. 28 Mart 2007-ci ildə imzalanmış Cinayətdən qaynaqlanan gəlirlərin təyin edilməsi, araşdırılması, müsadirə edilməsi və Terrorizmin maliyyələşdirilməsinə qarşı Avropa Şurası müqaviləsi də əhəmiyyət kəsb edir. Ayrıca olaraq, BMT Baş Assambleyasının 6-cı Komitəsi çərçivəsində həyata keçirilən terrorizmlə mübarizə fəaliyyətində də Türkiyənin önəmli vəzifələri vardır.

Türkiyə terrora qarşı dövlətlərarası mübarizənin mərkəzində məhz BMT-nin dayanmasının çox böyük əhəmiyyət kəsb etdiyinə inanır.

Türkiyənin imzaladığı bir sıra müqavilələrdə terrorizmə də qarşı birgə fəaliyyət prinsipləri nəzərdə tutulur. 70 ölkə ilə ikitərəfli müqavilələrdən başqa, Türkiyə-Bolqarıstan-Rumıniya və Türkiyə-Azərbaycan-Gürcüstan kimi 2 dənə üçtərəfli müqavilələri mövcuddur.

Avstraliya, Kanada, Bolqarıstan, Yaponiya, Kazaxıstan və ABŞ-ın terror siyahılarında yer alan təşkilatlar 1993-cü ildən Fransada, 2001-ci ilin Mart ayından isə İngiltərədə terror təşkilatları kimi qəbul edilməyə başladı. Bundan başqa, ABŞ Dövlət Departamentinin “Beynəlxalq Terrorizmin Növləri” adlı illik hesabatında on illər boyu terror təşkilatlarının növləri sadalanmışdır.

PKK, KADEK və KONGRA-GEL adlarıyla birlikdə 02 Aprel 2004-cü il tarixindən etibarən Avropa Birliyinin “Terror təşkilatları və quruluşları siyahısı”na əlavə edilmişdir.  PKK adına bəzi silahlı hücumlar təşkil edən TAK (Kürdistan Azadlıq Şahinləri) da 28 İyun 2007-ci ildən etibarən bugünə qədər Avropa Birliyinin həmin siyahısındadır.

Uşaqları qaçırıb onların beyinlərini çirkləndirən və düşərgələrdə təlimlərə cəlb edən PKK terror təşkilatının adı “Coalition to Stop the Use of Child Soldiers” adlı ictimai təşkilatın “Uşaqların əsgər kimi istifadə edilməsinin dayandırılması üçün birgə fəaliyyət” adlı hesabatında da yer alımışdır.

11 Sentyabr hadisələrindən sonra terrorizmə qarşı dövlətlərarası birgə fəaliyyət sahəsi genişləndirilmişdir. BMT TŞ-nin 1373 saylı qərarında da terrora qarşı mübarizədə həyata keçiriləcək tədbirlər planı öz əksini tapmışdır. Türkiyə bu müqavilələrdən savayı, ünsiyyət qurduğu bütün ölkələrdən PKK, KADEK, KONGRA-GEL-ə qarşı lazımi tədbirlərin görülməsini istəyir. Çünki artıq terroristlə azadlıq mücahidi arasındakı fərqlər bütün dünyaya aydın olmalıdır. Bugün Amerikanın xarici siyasətdə tutduğu mövqe dünyanın terrorizmlə apardığı mübarizəyə yeni və fərqli bir nəfəs gətirəcək.

1980-ci illərdən sonra Türkiyə xüsusilə PKK terror təşkilatıyla çətin mübarizə meydanına atılmışdır. Bu mübarizənin böyük bir hissəsini əsgəri müdaxilələr təşkil edir. Qısa müddətli bu hərbi əməliyyatlar terrorla mübarizədə yekun nöqtəni qoya bilməmişdir. Türkiyə bu mübarizədə problemin pərdəarxası tərəflərini nəzərə almamışdır. Fəqət yenə də bu məsələnin həlli üçün Türkiyənin həyata keçirdiklərini səmərəsiz hesab etmək düzgün olmazdı.

Terror təşkilatlarının fəaliyyətlərinə qarşı təhlükəsizlik qüvvələri ilə eyni zamanda digər ictimai qurum və birliklərin də mübarizəsinin əsas strateji məqamları aşağıdakı kimi sıralana bilər:

•Terrorla Mübarizə və  Hərəkat Dairəsi Başkanlığı ilə Özəl Hərəkat Dairəsi Başkanlığı yaradılmışdır;

•Terrorla mübarizədə vəzifəli insanların təhsilinə böyük əhəmiyət verilir;

•Təhlükəsizlik qurumları personal, avtomobil və bütün növ təminatlarla mütəmadi olaraq gücləndirilir, qurumlar arası iş birliyi həyata keçirilir;

•Terrorizmin səbəblərini doğuran iqtisadi, sosial, mədəni, siyasi, psixoloji məqamları sürətlə həll etmək üçün böyük layihələr həyata keçirilmişdir. Regional İqtisadi İnkişaf Layihəsi, GAP layihəsi, Kənd-Kent layihəsi bunlara misal ola bilər;

•Terrorla mübarizədə ən önəmli ünsürlərdən biri olan xalqın dəstəyini qazana bilmək üçün görüşlər, konfrans, seminar, sempozyum, sərgilər həyata keçirilmiş və radio-TV verilişlər hazırlanmışdır;

•Terrorla mübarizədə problemin təkcə təhlükəsizlik gücləri tərəfindən deyil, eyni zamanda ictimai qurum və birliklərin də iştirakı ilə həll edilə biləcəyini cəmiyyətə çatdırmaq üçün geniş elmi konfranslar və seminarlar keçirilmişdir.

•Terror təşkilatlarının inanc və ideologiyasının qavranılması üçün universitetlərlə iş birliyi qurularaq, çoxlu sayda sempozyum və konfranslar həyata keçirilmişdir. Elazığ Fırat Universiteti və İl Emniyyet Müdirliyinin 2000 və 2001-ci illərdə həyata keçirdikləri sempozyumlar buna əyani misal ola bilər. Bundan başqa, universitetlərdə elmi fəaliyyətlə məşğul olan aspirant və doktorlar öz elmi tədqiqatlarını terrorizmin dəyişik formaları üzərində qururlar.

•Terror cinayətlərinə qarşı vaxtında və əhəmiyyətli şəkildə mübarizə aparmaq üçün 3713 saylı Terrorla mübarizə Qanunu qəbul edilmiş və qüvvəyə minmişdir.

Terrorla mübarizədə ən önəmli ünsürlərdən biri olan kəşfiyyat xidmətlərinin müasir, effektiv və səmərəli bir nəticəyə nail ola bilməsi üçün külli miqdarda vəsait yatırılmışdır. Türkiyə bir çox intihar tipli terror hücumlarını həyata keçirmək istəyən terrorçuları vaxtında zərərsizləşdirə bilən ölkələrdən biri hesab olunur.

İnsan hüquq və azadlıqlarını yetərincə təmin edə bilmək üçün 1998-ci ildə Terrorla Mücadilə və Hərəkat Dairəsi Başkanlığının tərkibində İnsan Haqları Şöbəsi yaradılaraq, burada çalışan personalın təhsilinə yüksək önəm verilmişdir.

Terrorla bağlı gerçək və dürüst məlumatları cəmiyyətə çatdıra bilmək üçün Emniyet Genel Müdirliyi tərkibində mətbuat xidməti yaradılmışdır.

Terror təşkilatlarının əsas qaynaq kimi istifadə etdiyi gəncləri doğru yola istiqamətləndirmək məqsədilə kitab, boruşura və afişalar çap edilmiş, konfrans və seminarlarda paylanmışdır. Bu mövzuyla bağlı mütəxəssislərin də qatıldığı radio və televiziya verilişləri təşkil edilmişdir.

Terror təşkilatları tərəfindən aldadılaraq cinayətə sövq edilən insanları cəmiyyətə yenidən hazırlamaq üçün Peşmanlıq qanunu kimi qəbul edilən “Topluma Qazandırma Qanunu” çıxarılmışdır.

Türkiyə Cümhuriyyəti hökuməti digər hökumətlər kimi terrorla mübarizədə kifayət qədər iradəli görünməkdədir. Ordunun kəskin davranışı və mübarizəsi hökumətin davranışındakı ən önəmli məqamı təşkil edir. Fəqət Türkiyədə ana müxalifət partiyası terrorla mübarizədə hökumətin həyata keçirdiyi tədbirləri ciddi tənqid edir. Hökumətin bu məsələdə kifayət qədər siyasi iradə nümayiş etdirmədiyini bəyan edən ana müxalifət kürd DTP partiyasının parlamentdə təmsil olunmasını və terror təşkilatına münasibətdə yaxınlıq göstərməsini səhv bir addım hesab edir.

ÖZBƏKİSTAN

Dünyada baş verən son hadisələr terrorizmin nə dərəcədə beynəlxalq xarakter daşıdığını göstərmiş oldu və bu təhlükə haqqındakı təsəvvürlərin yenidən formalaşdırılması zərurətini ortaya qoydu. Hal-hazırda beynəlxalq əməkdaşlıq qlobal terrorla birgə effektiv mübarizədə yeganə səmərəli metoddur.

Özbəkistan beynəlxalq terrorizmlə hələ 1999-cu ilin fevral ayından qarşılaşmışdır. Buna görə də Özbəkistan Respublikası terrorla mübarizə prosesində çox aktiv iştirak edir. Özbəkistan prezidenti İslam Kərimov beynəlxalq təşkilatların  – BMT, ATƏT, Şanxay Əməkdaşlığı Təşkilatı, NATO və digər nüfuzlu tribunalardan etdiyi bütün çıxışlarında terrorizmlə mübarizəni dünya miqyasında həyata keçirməyin zəruriliyini dəfələrlə qeyd etmişdir.

1999-cu ilin Noyabr ayında ATƏT-in İstanbulda keçirilən sammitində prezident İslam Kərimov BMT-nin daxilində alt struktur kimi Terrorizmlə Mübarizə Beynəlxalq Mərkəzinin (TMBK) yaradılması təklifi ilə çıxış etmişdir. Bu təşəbbüs 7-8 Sentyabr 2000-ci ildə Nyu-York şəhərində keçirilən BMT-nin Minilliyin Sammitində də səsləndirilmişdir.

Yalnız 11 Sentyabr hadisələrindən sonra, daha dəqiq desək, 28 Sentyabr 2001-ci ildə №1373 (2001) qətnaməsini qəbul etməklə BMT Təhlükəsizlik Şurası çərçivəsində Terrorizmlə Mübarizə Komitəsi (TMK) yaradıldı və beynəlxalq terrorun maliyyələşdirilməsinin qarşısının alınmasında bu qurumun güclü təsir imkanları səfərbər edildi. Bu komitənin fəaliyyətində TMBK-nin konsepsiyaları da öz əksini tapdı.

Yuxarıda göstərilən BMT TŞ-nin qətnaməsinə təklif olaraq, Özbəkistan 2001-ci ilin dekabr və 2002-ci ilin avqust ayında TMK-ya öz hesabatlarını təqdim etdi.

2000-ci ilin Oktyabr ayında BMT, ATƏT və Özbəkistan hökuməti tərəfindən Daşkənt şəhərində təşkil olunmuş “Mərkəzi Asiyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi: narkotiklərin qeyri-qanuni dövriyyəsi, mütəşəkkil cinayətkarlıq və terrorizmlə mübarizədə səmərəli yanaşma” adlı beynəlxalq komfransda 70 ölkədən və 40 beynəlxalq təşkilatdan gəlmiş mütəxəssislər beynəlxalq terrorizmlə mübarizə strategiyasına ümumi yanaşmayla bağlı təklifləri işləyib hazırladılar. Terrorizmlə mübarizə tədbirlərini nəzərdən keçirən mütəxəssislər xarici təhlükə və təhdidlərə ciddi diqqət yetirilməsinin zəruriliyini önə çəkdilər.

Hadisələrin inkişafı göstərir ki, terrorizmlə mübarizədə çoxtərəfli əməkdaşlıq əsas aparıcı fəaliyyət hesab olunmalıdır. Çünki, ən güclü dövlət belə bu qlobal bəla ilə mübarizədə köməksiz qala bilər. Əgər 16 Fevral 1999-cu il Daşkənt şəhərində, 11 Sentyabr 2001-ci il Nyu-York şəhərində, 23 Oktyabr 2002-ci il Moskva şəhərində həyata keçirilən terror aktlarının necə hazırlandığı barədə informasiyalara nəzər yetirsək, bunu daha aydın şəkildə sezmək mümkün olacaq. Buradan belə nəticə çıxır ki, maliyyələşdirmə, hazırlıq və planlaşdırma, icraçıların seçilməsi – bütün bu proseslər ayrı-ayrı ölkələrdə həyata keçirilmişdir.

Terror təşkilatlarının istifadə etdikləri dağınıqlıq və zahirən əlaqəsiz hərəkətlər taktikası böyük çətinliklər yaradır və konsolidə edilmiş reaksiya tələb edir. Bu baxımdan beynəlxalq təşkilatlar tərkibində çoxtərəfli əməkdaşlıq elementləri mühüm əhəmiyyət kəsb edir ki, burada da milli antiterror qanunvericiliklərini nəzərə almaq lazımdır.

Özbəkistan BMT Təhlükəsizlik Şurası tərkibindəki Terrorizmlə Mübarizə Komitəsinin və MDB Antiterror Mərkəzinin işində yaxından iştirak edir, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində müvafiq işlər görür, beynəlxalq antiterror güclərinin koalisiyasının səylərinə aktiv dəstək verir.

Milli təhlükəsizliyi təmin etmək üçün 2000-ci ilin  Dekabr ayında qəbul olunmuş Özbəkistan Respublikasının “Terrorizmlə Mübarizə Haqqında” Qanunu mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, heç də bütün ölkələr analoji sənədə malik deyillər.

Hələ 70-ci illərdə ekspertlər vurğulayırdılar ki, “terrorizmin hərtərəfli, dəqiq təyin olunması barədə müzakirələr uzun illər sürəcək və terror anlayışının düzgün təyin olunması istiqamətində ciddi bir razılığa gələ bilməyəcklər”. Terrorla bağlı 200-ə yaxın izahat mövcuddur. Və onlardan heç biri ümumbəşəri status ala bilməyib. Qeyd etmək lazımdır ki, bu problem həddindən artıq siyasiləşdirilib və onun təyin olunması ilə bağlı müzakirələr BMT çərçivəsində artıq 29 ildir ki, davam etməkdədir. Bu qlobal varlığın tam anlayışı təyin olunmadığından beynəlxalq səviyyədə onunla mübarizə mexanizmləri də istənilən səviyyədə formalaşdırılmayıb. Bu isə təcrübədə müxtəlif terror aktları barədə fərqli yanaşmalara gəririb çıxarır. Bu, təkcə çaşqınlığa deyil, həm də ikili standartlar siyasətinə imkan yaratmış olur. Bəzi ölkələr bu situasiyadan istifadə edərək terrorizmə dəstək verməmək barədə beynəlxalq öhdəliklərdən yayınır və hətta buna şərait belə yaradırlar.

Bugün terrorizmlə mübarizə üçün BMT-nin 13 sənədi mövcuddur. Bunlardan on biri konvensiya, ikisi isə protokol şəklindədir. Atom terrorizmi ilə mübarizə beynəlxalq konvensiyası və terrorizmlə mübarizə ümumbəşəri konvensiyası işlənib hazırlanıb.

Bununla əlaqədar qeyd etmək lazımdır ki, Özbəkistan BMT-nin terrorizmlə mübarizəyə dair bütün aktiv konvensiya və protokollarının iştirakçısıdır.

Özbəkistan həm də terrordan əziyyət çəkən ölkələr sırasındadır. 1999-cu ilin Fevral ayında Daşkəntdə törədilən terror aktları, partlayışlar yüzlərlə insanın ölümünə səbəb oldu. 1999, 2000, 2001-ci illərdə Özbəkistan ərazisinə Əfqanıstandan bandit qruplaşmalarının soxulması onlarla əsgər və zabitlərin həlak olması ilə nəticələndi. Regionda sabitliyin qorunub saxlanılması, beynəlxalq terrorizmlə effektiv mübarizə aparılması üçün Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan rəhbərləri 28 Dekabr 2001-ci il tarixində paytaxt Daşkəntdə toplaşmış və regional təhlükəsizliyə həsr olunmuş “Daşkənt bəyannaməsini” imzalamışlar. Bəyannamədə ölkələr arasında terrorizmlə mübarizədə birgə əməkdaşlıq, regionda stabilliyin qorunub saxlanılması üçün qarşılıqlı yardım və dəstək prinsipləri öz əksini tapmışdır.

QAZAXISTAN

Qazaxıstan Respublikasında “Terrorizmlə mübarizə haqqında Qanun” 30 İyun 1999-cu ildə qəbul edilib. Bu qanun Qazaxıstanda terrorizmlə mübarizənin hüquqi və təşkilati əsaslarını təyin edir. Terrorizm – dövlətin təhlükəsizliyinə zərbə endirmək məqsədilə həyata keçirilən əks fəaliyyətdir, dövlət orqanlarının qanuni fəaliyyətinin yerinə yetirilməsinə maneçilik törədən aktlar sistemidir: dövlətin strateji və həyati vacib obyektlərinə, kommunikasiya sistemlərinə, əhalinin həyati ehtiyaclar sisteminə, dövlət və hökumət rəhbərlərinin həyatlarına edilən bütün cəhdlər terror aktları hesab edilir. Bu cür aktların hamısı Qazaxıstan qanunvericliyinə əsasən, terrorizm elementləri adlanır.

Qazaxıstan Respublikasında terrorizmlə mübarizənin hüquqi bazası Qazaxıstan Konstitusiyası, “Terrorizmlə mübarizə haqqında” Qanun, Qazaxıstan Respublikası cinayət məcəlləsi və digər hüquqi sənədlərlə, o cümlədən Qazaxıstanın tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələrlə tənzim olunur. Əgər Qazaxıstan tərəfindən ratifikasiya olunmuş beynəlxalq müqavilələrdəki bəzi müddəalar “Terrorizmlə mübarizə haqqında” Qanundan fərqlidirsə, onda beynəlxalq müqavilələr əsas kimi tətbiq olunur.

Qazaxıstan Respublikasında terrorizmlə mübarizə sahəsində aşağıdakı prioritet prinsiplər mövcuddur:

1)    Terror aktları zamanı təhlükə altında qalan insanların həyat və sağlamlıqlarının, hüquqlarının müdafiəsi prioriteti;

2)    Qanuna əməl olunması;

3)    Terrorizmin xəbərdarlıq prioriteti;

4)    Terror aktlarının həyata keçirilməsinə gərə cəzanın zəruriliyi;

5)    Profilaktik, hüquqi, siyasi və sosial-iqtisadi, təbliğat tədbirlərinin;

6)    Antiterror əməliyyatlarının həyata keçirilməsinə cəlb olunan güc və vasitələrin oprerativ idarə olunmasında vahid komandanlıq.

Qazaxıstan Respublikasında terrorizmlə mübarizənin hüquqi tənzimlənməsinin məqsədi: 1. Terror fəaliyyətindən xəbərdar olma, aşkara çıxarılması, qarşısının alınması və fəsadlarının aradan qaldırılması; 2. Şəxsiyyət, cəmiyyət və dövlətin terrorizmdən müdafiə olunması; 3. Terrorist fəaliyyətinin həyata keçirilməsinin səbəb və şərtlərinin aradan qaldırılması.

Qazaxıstan Respublikasının prezidenti terrorizmlə mübarizə ilə koordinasiya üzrə səlahiyyətli dövlət orqanı yaradır. Terrorizmlə mübarizəni bilavasitə həyata keçirən orqanlar aşağıdakılardır:

  1. QR Milli Təhlükəsizlik Komitəsi;
  2. QR Daxili İşlər Nazirliyi;
  3. QR Prezidentinin Mühafizə Xidməti;
  4. QR Müdafiə Nazirliyi.

Terror aktlarının qarşısının alınmasında və vaxtında zərərsizləşdirilməsində digər dövlət qurumları da yaxından iştirak edirlər.

Son zamanlar sıravi kazaxstanlılar arasında bir fikir yaranıb ki, terror aktları zəif iqtisadiyyatı olan ölkələrdə asanlıqla həyata keçiriləb bilər, lakin bucür aktların Qazaxıstanda keçirilməsi qeyri-mümkündür. Belə düşünülür ki, zəif inkişaf etmiş iqtisadiyyat, mövcud sosial gərginlik, geniş yayılmış işsizlik, əhalinin aşağı həyat səviyyəsi, aşağı yaşayış minimumu və əhalinin böyük sıxlığı terror aktlarının asanlıqla həyata keçirilməsinə şərait yaradan faktorlardır.

Prinsipcə, burada həqiqət var. Axı bir çoxlarımızın Mərkəzi Asiyada, xüsusən də Qırğızıstan, Tadjiistan və Özbəkistanda eksremist təşkilatların fəaliyyətindən xəbəri var. Bu ölkələrdə demək olar ki, hər il müxtəlif ekstremist təşkilatların üzvlərinin lokallaşdırılması və saxlanılması ilə bağlı keçirilən operativ əməliyyatların şahidi oluruq. Bu baxımdan Qazaxıstan da istisna təşkil etmir, belə ki, ölkədə bucür təşkilatların fəaliyyəti mövcuddur.

Bugün Qazaxıstanda ekstremist təlimlərin yayılması, müxtəlif terrorçu və ekstremist təşkilatların filiallarının yaradılmasına qarşı yönəlmiş geniş miqyaslı tədbirlər həyata keçirilməkdədir.

Terrorla mübarizədə dövlət orqanlarının bütün fəaliyyəti aşağıdakı istiqamətlərə yönəlib:

  • normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
  • Qazaxıstanda fəaliyyətləri qadağan olunmuş təşkilatların məlumat bazasının tərtib olunması;
  • terror təşkilatları ilə mübarizə ilə bağlı birgə təlimlərin keçirilməsi;
  • terrorçu və ekstremist təşkilatların üzvlərinin aşkar edilib saxlanılması istiqamətində operativ-profilaktik tədbirlərin həyata keçirilməsi;

Beləliklə, respublikada terrorizmə və ekstremizmə qarşə müqavimət göstərəcək normativ-hüquqi baza yaradılıb və daimi fəaliyyət göstərməkdədir.

“Terrorizmlə mübarizə haqqında”, “Ekstremizmlə mübarizə haqqında”, “Qeyri-qanuni yollarla əldə olunmuş və terrorizmin maliyyələşdirilməsinə yönəlmiş gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə haqqında” Qanunlar qüvvədədir.

Məlumdur ki, Qazaxıstanda 14 terrorist və ekstremist təşkilatın fəaliyyəti qanunla qadağan olunub:

  1. “Əl-Kaida”;
  2. “Asbalt-al-Ansar”;
  3. “Aum Sinrikyo”;
  4. “Boz qurd”;
  5. “Müsəlman qardaşlar”;
  6. “Mərkəzi Asiyanın mücahid camaatı”;
  7. “Şərki Türkistanın İslam partiyası”;
  8. “Özbəkistan İslam Hərəkatı”;
  9. “Kürd xalq konqresi”;
  10. “Laşkar-i-Tayba”;
  11. “Sosial islahatlar cəmiyyəti”;
  12. “Şərqi Türkistan azadlıq təşkilatı”;
  13. “Hizb-ut-Təxrir-əl-İslami”;
  14. “Taliban” hərəkatı.

Respublikada mütəmadi olaraq, ayrı-ayrı strukturların birgə iştirakı ilə operativ-taktiki təlimlər həyata keçirilməkdədir. Belə ki, 2006-cı ildə antiterror mərkəzinin rəhbərliyi altında struktulararası operativ-taktiki təlimlər keçirilib:

  • “Pavlodar-2006” (Pavlodar əyaləti, may, 2006-cı il);
  • “Dabıl” (Karaqandin əyaləti, sentyabr, 2006-cı il)

Hüquq-mühafizə orqanları tərəfindən operativ-profilaktik tədbirlər həyata keçirilməkdədir. Belə ki, 2006-cı il ərzində MTK (Milli əhlükəsizlik Komitəsi) tərəfindən respublikanın müxtəlif ərazilərində fəaliyyət göstərən “Hizb-ut-Təxrir” təşkilatının filialının fəaliyyətinə son qoyulmuşdur.

Axtarışlar zamanı 25 000-dən artıq vərəqələr, tərqibən 700 adda dini-ekstremist ədəbiyyat, habelə kompüterlər və tipoqrafiya avadanlıqları müsadirə olunmuşdur.

2007-ci ilin aprel ayında keçirilmiş növbəti birgə operativ əməliyyat zamanı Qazaxıstanın cənubunda ekstremist qrupların üzvü olan 13 nəfər həbs edilmişdir. Axtarış zamanı onların üzərindən kstar üsulla düzəldilmiş partlayıcı maddələr, odlu silah və dini ədəbiyyatla müsadirə edilmişdir.

Mütəmadi olaraq, bu tip tədbirlərin həyata keçirilməsinə baxmayaraq, respublikanın bütün regionlarında qadağan olunmuş cərəyanlara qoşulanların sayı da günü-gündən artmaqdadır.

Nəzərə alsaq ki, beynəlxalq terrorizm və ekstremizlə mübarizə dövlətlərin birgə səy və qarşılıqlı yardımı sayəsində daha effektiv səmərə verir, Qazaxıstan Respublikası bu sahədə bir çox beynəlxalq və dövlətlərarası müqavilələrin aktiv iştirakçısıdır. Qazaxıstan bu problemin kollektiv və kompleksli həllinin ardıcıl və inamlı tərəfdarlarından biridir. Respublika BMT-nin terrorizmlə mübarizəyə dair bütün 12 konvensiyasına qoşulmuşdur. Bu sahədə, o cümlədən beynəlxalq cinayətkarlıqla mübarizə istiqamətində əməkdaşlıq etmək məqsədilə 13 dövlət ilə ikitərəfli müqavilələr imzalanmışdır.

Ölkə üçün yaddaqalan hadisə o oldu ki, MDB üzvü olan ölkə başçılarının sammitində qərara alındı ki, BMT Təhlükəsizlik Şurasının Antiterror komitəsinin IV xüsusi iclası 2005-ci ilin yanvar ayında məhz Almata şəhərində keçirilsin. İclasın işində Qazaxıstan prezidenti N.Nazarbayev, MDB ölkələrinin nazirlik və strukturlarının, o cümlədən MDB, ŞƏT, KTMT və MAƏT işçi qruplarının rəhbərləri, habelə 70-dən çox beynəlxalq, regional və subregional təşkilatların rəhbərləri iştirak etmiş və terrorizmlə mübarizə barəsində fikir mübadiləsi aparmışlar.

Terrorizm və ekstremizlə mübarizə sahəsində ciddi nailiyyətlərin əldə olunmasında Milli Təhlükəsizlik Komitəsinin böyük rolu vardır. Məsələn, 2004-cü ildə aparılmış uğurlu əməliyyat tədbirləri nəticəsində “Mərkəzi Asiyanın mücahid camaatı” adlı terror təşkilatının dərinləşmiş fəaliyyəti aşkar olunub zərərsizləşdirildi. Bu təşkilat MDB üzvü olan 4 ölkə ərazisində fəaliyyət göstərmiş olub “Əl Kaida”nın əsas özəklərindən sayılırdı. “Camaat”ın silsilə teraktlar həyata keçirmək və respublika ərazisində terrorçuların hazırlanma bazalarının yaradılması planlarının qarşısı alınmışdır.

Terrorçuluq fəaliyyəti ilə məşğul olan 5 nəfər Özbəkistan, Rusiya və Türkiyəyə ekstradisiya olunmuşdur. Almata şəhərində “Hizb-ut-Təxrir” terrorçu partiyasının gizli mətbəəsi aşkar olunmuş və onun 14 aktiv funksioneri həbs edilmişdir.

Terror vasitələrinin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində silsilə əməliyyatlar həyata keçirilmişdir. Üç ədəd kustar üsulla düzəldilmiş partladıcı avadanlıq, 300 kq partladıcı maddə, 94 ədəd odlu silah, 15 mindən artıq hərbi sursat müsadirə edilmişdir. Radioaktiv materiallarla qanuna zidd əməllər həyata keçirməyə cəhd edən 11 nəfər saxlanılmışdır. Ümumən Qazaxıstan Respublikasında terrorizmlə və digər ekstremist ünsürlərlə mübarizə ümumdövlət tədbirlər kompleksi çərçivəsində həyata keçirilir.

QIRĞIZISTAN

Qırğızıstan Respublikasında “Terrorizmlə mübarizə haqqında” Qanun 08 Noyabr 2006-cı ildə qəbul olunub. Qanunda bildirilir ki, terrorizm – ictimai təhlükəsizliyi pozmağa, dövlət orqanlarının qanuni fəaliyyətinə mane olmağa, əhalini qorxutmağa, müxtəlif siyasi, dini, ictimai məqsədlərə nail olmağa yönəlmiş, qanunla qadağan olunmuş bir fəaliyyət növüdür. Qırğızıstan Respublikasının Cinayət Məcəlləsinin 226-229, 232, 294, 296 və 376-cı maddələrində nəzərdə tutulmuş əməllər terrorizm elementlərinə aiddir.

Qırğızıstan Respublikasında terrorizmlə mübarizə bir sıra prinsiplərlə həyata keçirilir:

  • insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunması;
  • qanuna riayət olunması;
  • terror aktları zamanı təhlükə riski altında qalan insanların həyatı, sağlamlığı, hüquqları və qanuni maraqlarının qorunması;
  • terror fəaliyyətinə görə cəzalanmanın zəruriliyi;
  • terrorun qarşısının alınmasında profilaktik, hüquqi, siyasi, sosial-iqtisadi, informativ-təbliğat, xüsusi və digər tədbirlərin kompleksli şəkildə həyata keçirilməsi;
  • terroristlərə siyasi güzəştlərə yol verməmək;
  • antiterror əməliyyatları zamanı vahid komandanlığın fəaliyyət göstərməsi;
  • terrorla mübarizədə dövlətin ictimai və dini birlik və təşkilatlarla, habelə vətəndaşlarla əməkdaşlıq etməsi.

Qırğızıstan Respublikasında terrorla mübarizə aparan əsas dövlət orqanı Milli Təhlükəsizlik Xidmətidir. Digər dövlət qurumları da terrora qarşı həyata keçirilən əməliyyatlarda MTX ilə əməkdaşlıq edirlər:

  • QR Daxili İşlər Nazirliyi;
  • QR Müdafiə Nazirliyi;
  • QR Ədliyyə Nazirliyi;
  • QR Fövqəladə Hallar Nazirliyi;
  • QR Sərhəd Xidməti;
  • QR Milli Qvardiyası;
  • QR Dövlət Mühafizə Xidməti;
  • QR Maliyyə Təhlükəsizliyi Xidməti.

Qırğızıstanda həyata keçirilən bütün antiterror əməliyyatlarında əsas aparıcı funksiyanı ölkənin Milli Təhlükəsizlik Xidməti daşıyır və MTX rəhbəri terrorla mübarizədə birgə fəaliyyət göstərən bütün dövlət qurumlarının işinin koordinasiyası üzrə birbaşa cavabdehlik daşıyır.

Terrorla mübarizədə beynəlxalq əməkdaşlığın hüquqi bazasını beynəlxalq hüququn ümumi qəbul olunmuş prinsip və normaları, Qırğızıstan Respublikasının beynəlxalq müqavilələri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, habelə Qırğızıstan Respublikasının qanunveriliciyi təşkil edir.

Qırğızıstan Respublikasında terrorla mübarizəyə nəzarəti Prezident, Joqorku Keneş (Parlament) və Qırğızıstan hökuməti həyata keçirir.

2009-cu ilin Fevral ayında Qırğızıstan Respublikası özünün Milli Təhlükəsizlik Konsepsiyasını təsdiq etmişdir. Bu qanunda əsas yer terrorizm və dini ekstremizmlə mübarizəyə ayrılmışdır. O cümlədən qanunda ölkənin ekoloji və informasiya təhlükəsizliyi də prioritet sayılır. Konsepsiya Qırğızıstanın milli maraq və mənafeləri barədə dəqiq təsəvvür yaradır. Qırğızıstan əsas təhlükə kimi Mərkəzi Asiyadakı beynəlxalq terrorizmi və ekstremizmi görür. Bir çox dini-ekstremist təşkilatlar qarşılarına məqsəd qoyurlar ki, regionun bir sıra dövlətlərində, xüsusən də Qırğızıstanda konstitusion quruluşu devirsinlər. Bu təşkilatlar silah gücünə dünyəvi dövləti dağıtmağa çalışırlar. Terrorizmlə mübarizə sahəsində profilaktik tədbirlərin böyük bir qismi də QR dini işlər üzrə Agentliyinin üzərinə düşür.

Qırğızıstanın dənizə çıxısı olmasa da, ölkə zəngin neft-qaz yataqlarına malik olmasa da, böyük iri dövlətlərin maraq dairəsində qalmaqda davam edir. ABŞ-ın hərbi bazaları, Rusiyanın hərbi maraqları bu ölkəni həmişə diqqət mərkəzində saxlayır. Əfqanıstandakı toqquşmalar, taliblərin silahlı hücumları, Tacikistandakı milli-etnik problemlər, Mərkəzi Asiyadakı dini qüvvələrin siyasiləşmə cəhdləri, narkotik və silah tranziti bu ölkəni təhlükəsizlik cəhətdən qeyri-stabil etməkdədir. Ölkənin təhlükəsizliyini təmin etmək üçün kompleks şəkildə siyasi, hərbi, iqtisadi, ekoloji, təhsil, elmi və mədəni sahələrdə ciddi islahatlar aparmaq lazımdır.

Qırğızıstan Respublikası regionda təhlükəsizliyə nail olmaq məqsədilə bir sıra ciddi addımlar atmışdır – regional, siyasi və hüquqi əsaslar yaradılıb. Bunlardan ən əsası MDB üzvü olan ölkələrin kollektiv təhlükəsizlik Müqaviləsi (Daşkənt, 1992-ci il), beştərəfli (Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya və Tacikistan) etibar tədbirləri barədə müqavilə (Şanxay, 1996-cı il), sərhəd rayonlarında atəşkəsin qarşısılıqlı dayandırılması barədə beştərəfli (həmin ölkələr) razılıq (Moskva, 1997-ci il).

Əfqanıstanda stabilliyin qorunub saxlanılması eyni zamanda Qırğızıstanın da milli maraqları çərçivəsindədir. Eks-prezident Əskər Akayevin təşəbbüsüylə və BMT baş katibinin dəstəyi ilə paytaxt Bişkek şəhərində Əfqanıstanda sülhün bərqərar olmasına həsr olunmuş konfrans təşkil edilmişdi. Region ölkələrinin birgə səyi nəticəsində Mərkəzi Asiyanın “atom bombasız region” elan edilməsi davam edir. Qırğızıstan NATO-nun tədbirlərində, o cümlədən birgə təlimlərində aktiv iştirak edir ki, bu da ölkədə terrorizmə və ektremizmə qarşı effektiv mübarizə aparılmasına şərait yaradır. Qırğızıstan 5 Oktyabr 2007-ci ildə Düşənbə şəhərində MDB üzvü olan ölkələrin imzaladığı “Cinayətkar gəlirlərin leqallaşdırılması və terrorizmin maliyyəlışdirilməsinə qarşı” Qanunun aktiv iştirakçılarındandır. Ölkənin Maliyyə Kəşfiyyatı Xidməti isə bu müqavilə üzrə səlahiyyətli dövlət orqanı təyin edilib. Qeyd edək ki, 2005-ci ilin sentyabr ayından Qırğızıstanda Maliyyə Kəşfiyyatı Xidməti fəaliyyət göstərir ki, bu qurumun da əsas funksiyası cinayətkar üsullarla əldə olunmuş gəlirlərin qarşısının alınması, terrorçu təşkilatların maliyyəlışdirilməsinə son qoyulması və gizli vəsaitlərin aşkar edilməsi, əhalinin maliyyə təhlükəsizliyinin təmin olunması, ölkənin maliyyə sistemində sabitlik və davamiyyətin yaradılmasıdır.

TÜRKMƏNİSTAN

Türkmənistanda terrorizmlə mübarizə fəaliyyəti 15 Avqust 2003-cü ildə qəbul olunmuş Türkmənistan Respublikasının “Terrorizmlə mübarizə haqqında” Qanunu ilə tənzimlənir. Türkmənistanda ekstremizmlə bağlı başqa bir qanun mövcud deyil. Həmin qanunda terrorizmin dəqiq tərifi verilir: terrorizm – hakimiyyəti ələ keçirmək, ölkənin konstitusion quruluşunu zor gücü ilə dəyişmək, ictimai sabitliyi pozmaq, əhalini qorxutmaq, xaos yaratmaq məqsədilə həyata keçirilən siyasi və taktiki hərəkətlərdir. Terrorizm haqqında qanunda deyilir ki, terrorizmlə mübarizəyə və onun lazımi qüvvələrlə, vasitə və resurslarla təmin olunmasına Türkmənistan prezidenti və Nazirlər Kabineti rəhbərlik edir. O cümlədən, ictimai təşkilatlar da terrorizmə qarşı mübarizədə, habelə onun qarşının alınmasında və fəsadlarının aradan qaldırılmasında dövlət strukturlarına yardım etməkdə borcludurlar. Kütləvi informasiya vasitələri də öz fəaliyyətlətlərində müvafiq dövlət qurumlarına kömək etməli və terrordan əziyyət çəkmiş insanların mənəvi və psixooji reabilitasiyası üçün bütün imkanlarını səfərbər etməlidirlər.

Türkmənistan terrorizmlə mübarizə sahəsində beynəlxalq əməkdaşlığı uğurla davam etdirir. 18 Fevral 1999-cu ildə Türkmənistan Məclisi Nyu-York şəhərində “Bomba terrorizmi ilə mübarizə” haqqında beynəlxalq konvensiya barədə №365-1 saylı sənədi imzalamışdır. Türkmənistan şəxsiyyət, cəmiyyət və dövlətin təhlükəsizliyinin təminatı maraqlarından çıxış edərək, bütün növ terrorçulara qarşı əməliyyat-axtarış tədbirləri həyata keçirir, habelə terrorçuluq fəaliyyətinə aiddiyatı olan şəxslər ölkə hüdudlarından kənarda olsalar belə, onlara qarşı axtarış tədbirləri sonadək davam etdirilir və cinayətkarlar öz qanuni cəzalarına çatırlar. Türkmənistan öz qanunvericiliyi və beynəlxalq normalara uyğun olaraq, terrorçuluq fəaliyyətinin qarşısını alır və zərərsizləşdirir, terrorizmə göndərilən maliyyə kanallarının qarşısını alır, terrorçuluq fəaliyyətinə bu və ya digər formada aidiyyatı olan şəxslərin bütün imkan və resurslarını neytrallaşdırır, o cümlədən terrorçuluğa maliyyə və digər yardımlar etməkdə şübhəli bilinən istənilən təşkilatların imkanlarını minimuma endirir, onların bütün maddi və inzibati resurslarını sıradan çıxarır.

Qanunda nəzərdə tutulan ən əsas müddəa isə KİV ilə bağlıdır: terror aktları ilə bağlı olan hadisələri işıqlandıran və hadisələri analiz edən jurnalistlərə ünvanlanmış “Terror aktları ilə bağlı cəmiyyətin məlumatlandırılması” müddəası. Antiterror əməliyyatları zamanı ictimaiyyətin məlumatlandırılması əməliyyatları idarə edən qərargah rəhbərinin göstərişləri əsasında həyata keçirilir.

Türkmənistan Respublikası beynəlxalq terrorizmlə mübarizə sahəsində də iri dövlətlərlə, habelə beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Əfqanıstanla həmsərhəd olması Türkmənistanı beynəlxalq terrorizmlə mübarizə aparan iri dövlətlərin diqqət mərkəzində saxlayır. Türkmənistan ABŞ-ın Əfqanıstandakı fəaliyyətinə daim dəstək verir. Bu dəstəyin nəticəsidir ki, ABŞ prezidenti Corc Buş öz hakimiyyəti dövründə rəsmi şəkildə Türkmənistan prezidentinə minnətdarlıq məktubu göndərmiş və Türkmənistanın beynəlxalq anti-terror koalisiyasına yardımını yüksək qiymətləndirmişdir.

Türkmənistan regionda təhlükəsizliyin bərqərar olması üçün ATƏT ilə də sıx əməkdaşlıq edir. Xüsusən də narkotik qaçaqmalçılığına qarşı mübarizə, sərhədlərin möhkəmləndirilməsi, mütəşəkkil cinayətkarlıq və terrorizmə qarşı mübarizə sahəsində tərəflər arasında ciddi əməkdaşlıq mövcuddur. 2009-cu ilin iyun ayında paytaxt Aşqabad şəhərində ATƏT üzvü olan ölkələrin – Yunanıstan, Avstriya, Belçika, Kanada, Fransa, Almaniya, Hollandiya, Norveç, İspaniya, İçveç və digər ölkələrin səfirləri Türkmənistanın Məclisi (Parlament), XİN, Dövlət Sərhəd Xidməti və Prezident yanında demokratiya və insan haqları milli institutunda görüşlər keçirmiş və regiondakı təhlükəsizlik problemlərini müzakirə etmişlər.

2008-ci ilin mart ayında Türkmənistan nüvə terrorizmi ilə mübarizə haqqında konvensiyaya qoşulmuşdur. BMT Baş Assambleyası tərəfindən 13 aprel 2005-ci ildə qəbul edilən bu qanunun şərtlərini təsdiqləyən Türkmənistan prezidenti Qurbanqulı Berdumuhəmmədov BMT baş katibi Pan Gi Muna göndərdiyi məktubda ozon təbəqəsini dağıdan maddələrlə bağlı Monreal protokolunu da qəbul etdiyini bildirmişdir.

Mərkəzi Asiya ölkələrinin terrorizmə həssas olmasının bir səbəbi də bu regionun zəngin təbii ehtiyatlara malik olmasıdır. ABŞ-ın Enerji İnformasiyası Adminstrasiyasının məlumatına görə, Türkmənistan torpağında 8 trilyon m/3 qaz ehtiyatı vardır ki, bu da ümumdünya qaz ehtiyatının 4,3 faizini təşkil edir.

Türkmənistanın hərbi doktrinası ölkənin təhlükəsizlik maraqlarını tam əks etdirir. Tərəfsiz siyasət yürüdən Türkmənistanın hərbi doktrinası da sırf müdafiə xarakteri daşıyır. Xarici siyasətində sülhsevər siyasət yürüdən ölkə daim hərbi konfliktlərdən kənarda durur. Buna baxmayaraq, suveren olan Türkmənistan öz milli maraqlarına zidd hər hansı hərbi təhlükəni cavabsız qoymaq fikrində deyil. Odur ki, Türkmənistanın hərbi doktrinası ölkənin milli maraqlarına təhlükə kimi aşağıdakı xarici faktorları görür:

  • Türkmənistanın ərazi bütövlüyünün pozulması;
  • Türkmənistanın daxili işlərinə qarışmaq cəhdləri;
  • Türkmənistan sərhədləri yaxınlığında lokal hərbi savaşlar və silahlı toqquşmalar;
  • Kütləvi qırğın silahlarının tətbiq olunması ehtimalı;
  • Kütləvi qırğın silahlarının yayılması, daşınması və hərbi istehsal texnologiyasının əldə edilməsi;
  • beynəlxalq terrorizm, separatizm və dini ekstremizm;
  • Türkmənistan sərhədləri yaxınlığında güc balansını pozmağa yönəlmiş silahlı qüvvələrin yaradılması;
  • Türkmənistanın dövlət sərhədləri yaxınlığında dövlət əhəmiyyətli obyektlərə silahlı basqın, sərhəddə təxribat xarakterli əməllər və hərbi konfliktlər;
  • Türkmənistan ərazisinə soxulmaq üçün başqa dövlətlərin ərazilərində silahlı qruplaşmaların yaradılması, hazırlanması və təmin edilməsi;

Ölkənin təhlükəsizliyinə təhdid kimi qəbul edilən daxili faktorlar isə bunlardır:

  • Türkmənistann ərazi bütövlüyünü və konstitusion quruluşunu pozmağa yönəlmiş hərəkətlərin hazırlanması;
  • Türkmənistanın daxili stabilliyini pozmağa yönəlmiş fəaliyyət göstərən ekstremist və separatçı qruplaşmaların fəaliyyəti;
  • qeyri-qanuni silahlı birləşmələrin yaradılmasına cəhd;
  • hərbi obyektlərə, arsenala, silah anbarlarına, xüsusi texnikalara və əmlaklara, həyati əhəmiyyət daşıyan dövlət obyektlərinə və KİV-lərə hücumların hazırlanması;
  • terror aktlarının və qeyri-qanuni hərəkətlərin həyata keçirilməsi məqsədilə Türkmənistan ərazisində silah, hərbi sursat və partlayıcı maddələrin yayılması və dövriyyəsi;
  • Türkmənistanın hərbi təhlükəsizliyini təhdid edən və narkotiklərin, habelə qadağan olnmuş maddələrin qeyri-qanuni əldə edilməsini məqsəd qoyan cinayətkar birləşmələrin yaradılması.

Türkmənistan Respublikası təhlükəsizlik sahəsində əməkdaşlıq məqsədilə qonşu ölkələrlə də ikitərəfli və çoxtərəfli müqavilələr imzalayır. 25 Fevral 2009-cu ildə Özbəkistana rəsmi səfəri zamanı Türkmənistan lideri Qurbanqulı Berdımuhəmmədov iqtisadiyyat və təhlükəsizlik sahəsində bir sıra müqavilələr imzalamışdır. Bu səfər çərçivəsində iki ölkənin xüsusi xidmət orqanları da qarşılıqlı müqavilələr imzalamışlar. Sərhədlərin möhkəmləndirilməsi və birgə əməliyyat axtarış sisteminin yaradılmasına həsr olunan bu müqavilə regionda təhlükəsizliyin möhkəmləndirilməsinə birbaşa təsir göstərir.

2010-cu ilin oktyabr ayında BMT Baş Assambleyasında çıxış edən Türkmənistan nümayəndəsi BMT çərçivəsində “Mərkəzi Asiyada və Xəzər hövzəsində təhlükəsizlik, sülh və əməkdaşlıq üzrə Forum”un yaradılması təklifini irəli sürmüşdür. Türkmənistan bildirmişdir ki, iqtisadi, enerji və istehsal təhlükəsizliyi təmin olunmadan, o cümlədən beynəlxalq terrorizmə, narkobiznesə, kütləvi qırğın silahlarının yayılmasına və digər qlobal təhdidlərə qarşı effektiv birgə əməkdaşlıq aparılmadan bölgədə siyasi və hərbi təhlükəsizliyə nail olmaq qeyri-mümkün olacaq.

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb