Türk dövlətlərinin beynəlxalq təşkilatlarda təmsil olunması

Türk dövlətlərinin beynəlxalq təşkilatlarda təmsil olunması

Ana Sayfa » Türk Birliyi » Türk dövlətlərinin beynəlxalq təşkilatlarda təmsil olunması

Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarında təmsil olunan Türk dövlətləri, onların həmin təşkilatlardakı mövqeyi və təsir imkanları. Türk dövlətlərinin beynəlxalq təşkilatların tərkibində birgə fəaliyyət imkanları

Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliklərini qazanmış Türk dövlətlərinin regional inteqrasiya məsələləri aktual xarakter almışdır. Müasir dövrümüzdə müstəqil Türk dövlətləri həm ayrı-ayrılıqda, həm də birgə çoxtərəfli münasibətlərdə, yəni beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərirlər. Osmanlı dövləti dağıldıqdan sonra öz müstəqilliyini qoruyub saxlaya bilən, uzun müddət dünya xəritəsində yeganə Türk dövləti olaraq mövcud olan Türkiyə Cümhuriyyətinin regional inteqrasiyanın təşəbbüskarı kimi çıxış etməsi gözlənilən bir addım idi. Yeni müstəqillik qazanmış Türk dövlətləri də istər iqtisadi, istərsə də siyasi baxımdan Qərb institutlarına uğurla inteqrasiya etmiş Türkiyənin təcrübəsindən yararlanmaqda maraqlıdırlar. Bu mənada TÜRKSOY və TÜRKPA kimi təşkilatların fəaliyyətləri diqqətə layiqdir.

TÜRKSOY-un yaradılması 6 dövlətin mədəniyyət nazirlərinin 1992-ci ildə İstanbul və Bakıda birgə toplantılarında qərara alınmışdır. 1993-cü ildə isə Almata şəhərində keçirilən toplantıda təşkilatın strukturu və funksiyaları müəyyən edilmiş və təşkilat təsis edilmişdir. Daha sonra digər dövlətlərin tərkiblərində olan muxtar Türk respublikaları da təşkilatda müşahidəçi statusu ilə iştirak etmişlər. Təşkilatın baş katibliyi Ankarada yerləşir, rəsmi dili isə Türkiyə türkçəsidir. Ötən il (2009) Bakıda keçirilən toplantıda TÜRKSOY abreviaturası Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı kimi dəyişdirilmişdir.

TÜRKPA – Türkdilli Ölkələrin Parlament Assambleyasi 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabaxça Sarayı”nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Cümhuriyyətinin parlament rəhbərlərinin imzalamış olduğu sazişlə təsis olunmuşdur. 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) I plenar sessiyası keçirilmişdir. Plenar sessiyada TÜRKPA-nın reqlamenti, katibliyin əsasnaməsi və Bakı bəyannaməsi, katibliyin daimi əsaslarla Bakı şəhərində yerləşməsi barədə qərar qəbul edilmişdir. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA katibliyi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat stausuna malik olan bir qurumdur.

TÜRKPA-nın əsas məqsədləri:

– Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası vasitələrinin köməyi ilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə köməklik göstərmək;

– Tarix, mədəniyyət və dil ortaqlığına əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da intensivləşdirilməsi;

– Türkdilli ölkələr və digər region ölkələri arasında qarşılıqlı şəkildə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsinə köməklik göstərmək;

– Tərəfdaş ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin, tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türkdilli ölkələr üçün ortaq əhəmiyyət kəsb edən dəyərlərin qorunmasına və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin uyğunlaşdırılması üzrə tövsiyələr vermək;

– Tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə köməklik göstərmək.

Türkdilli Ölkələrin Parlament Assambleyası müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin qorunması, hüquq bərabərliyi, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmət bəslənilməsi, zor işlətməkdən və zor işlədiləcəyi ilə hədələməkdən, iqtisadi və hər hansı digər təzyiq metodlarından imtina əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi, təbii ehtiyyatlardan tam və səmərəli istifadə yolu ilə xalqların rifahının yüksəldilməsi, milli iqtisadiyyatın dinamik inkişaf etdirilməsi, parlament diplomatiyası sahəsində yeni uğurlara imza atılması, region və digər beynəlxalq aləmin üzvü olan ölkələrin parlamentləri və digər beynəlxalq təşkilatlar ilə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin inkişaf etdirilməsini əsas məqsəd olaraq seçmişdir.

TÜRKİYƏ

Müstəqil Türk dövlətləri içərisində öz çəkisi və nüfuzuna görə seçilən Türkiyə Cümhuriyyətinin beynəlxalq arenada tutduğu mövqe də xeyli böyükdür. Digər Türk dövlətlərinə nisbətən daha çox beynəlxalq təşkilatlara üzv olan Türkiyə bununla eyni zamanda qlobal proseslərdəki mövqeyini ortaya qoymuş olur.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 1963-ci il tarixli 1991 (XVIII), 1971-ci il tarixli 2847 (XXVI) və 1978-ci il tarixli 33/138 saylı qərarlarında göstərilən məqsədlər üçün Birləşmiş Millətlər içində coğrafi qruplar təşkil edilmişdir.

Bu səbəbdən Birləşmiş Millətlərdə 1) Afrika ölkələri, 2) Asiya ölkələri, 3) Şərqi Avropa ölkələri, 4) Latın Amerika və Karib Ölkələri və 5) Qərbi Avropa və digər ölkələr-WEOG olmaqla, cəmi beş coğrafi qrup mövcuddur. Türkiyə həm WEOG, həm də Asiya Qrupunun fəaliyyətində iştirak etməklə yanaşı, seçkilər zamanı səsvermədə yalnız WEOG üzvü olaraq təmsil olunur.

Türkiyə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində 17 Oktyabr 2008-ci il tarixində keçirilən seçkilərdə 2009-2010-cu illər üçün BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçilmişdir.

Türkiyə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olduğu illərdə fəal çox tərəflilik ilə beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsinə, terrorizm, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkarlıqla mübarizəyə, inkişafa dair mövzulara beynəlxalq cəmiyyət tərəfindən daha geniş yer verilməsinə, beynəlxalq hüquq əsasında formalaşacaq bir beynəlxalq nizama nail olunmasına və mədəniyyətlər arası dialoqa əhəmiyyətli töhfəsini verməyi qarşısına məqsəd qoymuşdur.

Türkiyə 2009-ci ilin əvvəlindən indiyə kimi icra etdiyi BMT-nin Təhlükəsizlik Şurasının üzvlüyü çərçivəsində iyun ayında Şuranın dövrü sədrliyini yürütmüş, BMT TŞ üzvlərinin əlifba sırasına uyğun olaraq, 01 İyun 2009-cu il tarixində Rusiya Federasiyasından təhvil aldığı bu vəzifəni 01 İyul 2009-cu il tarixindən etibarən Uqandaya təhvil vermişdir.

Türkiyə Avropa Şurasının qurucu üzvlərindən olub, həm qurum ilə əlaqələrində, həm də qurumun Avropa coğrafiyasında lazımi yeri tutmasında əhəmiyyətli rol oynamaqdadır. AŞ insan hüquqları və qanunun aliliyi başda olmaqla, müdafiə məsələlərindən başqa, hər sahədə Avropanın ən geniş coğrafiyasını əhatə edir. Hökumətləri, parlamentləri, yerli rəhbərlikləri cəmiyyətin mədəniyyət, təhsil, gənclik kimi sektorlarını içinə alacaq şəkildə geniş bir demokratiya forumu təşkil edir. Türkiyə Avropa Şurasını hər sahədə olduğu kimi insan hüquqları və qanunun aliliyi mövzularında da əhəmiyyətli bir dialoq platforması olaraq görməkdədir.

AZƏRBAYCAN

Azərbaycan Respublikası və BMT arasında əməkdaşlıq Sovet İttifaqının dağılması və Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən dərhal sonra bərqərar olmuşdur.

Azərbaycan Respublikası 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmiş və 1992-ci il may ayının 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq, Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.

1993-cü il ərzində BMT-nin TŞ Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində qəbul edilmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir.

Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi və qaçqın və məcburi köçkünlərin sayının 1 milyondan keçdiyindən dərin narahatlıq hissi keçirərək, BMT-nin Baş Assambleyası 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında “Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etmişdir.

1992-1996-cı illər ərzində BMT-nin TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyən münaqişə üzrə bir sıra bəyanatlarla çıxış etmişlər.

Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. Qeyd etmək olar.

Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında olan əməkdaşlıq məcburi köçkün və qaçqın uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində üzvü olmuşdur.

Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur (2000-2002). Azərbaycan həmçinin Komissiyanın “Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur.

Azərbaycan BMT-nin xüsusi qurumları qismində BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Sənaye İnkişaf Təşkilatı (SİN) ilə xüsusi əlaqələrə malikdir. Müxtəlif layihə və proqramlar yaşayış standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin həyata keçirilməsinə xidmət edir.

Xüsusilə də, BMT-nin İnkişaf Proqramı Azərbaycanın Bərpa və Yenidənqurma Agentliyinin (ARRA) və ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) imkanlarının inkişaf etdirilməsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa prosesinə böyük yardım göstərmişdir. BMT-nin İnkişaf Proqramı ARRA-nı dəstəkləməklə Dünya Bankı, BMTİP, BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR), Avropa İttifaqının (Aİ) Müstəqil Dövlətlər Birliyinə Texniki Yardımı (TACİS) proqramı və s. həyata keçirir.

Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük hesab edir. Bu prosesin mühüm tərkib hissəsi kimi demokratik infrastrukturun gücləndirilməsi, geniş şəffaflıq, qərar qəbulu və siyasi müzakirələr prosesində ictimaiyyətin inkişafı məsələlərini qeyd etmək olar. Yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP həmi siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı və böyüməsini təmin etmək üçün Azərbaycan Hökumətinə yardım edir. Struktur islahatlarının gücləndirilməsi məqsədləri üçün BMTİP Azərbaycanda xüsusi sektorda proqramın icrası ilə əlaqədar Dünya Bankı ilə əməkdaşlıq edir.

Erməni aqressiyası nəticəsində Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkünlər mövcuddur. 1993-cü ildən bəri Azərbaycan dövləti BMT-nin Qaçqınların işi üzrə Ali Komissarı (UNHCR) ilə birgə qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üzrə fəaliyyəti davam etdirirlər.

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.

Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər (məs: Azərbaycan Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatı).

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti narahat edən müxtəlif məsələlər ilə əlaqədar BMT Baş Assambleyasının qəbul etdiyi qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bəzi qətnamələri irəli sürmüşdür. Beləliklə, BMT-nin İnsan Hüquqları Komissiyasının (CHR) 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə layihəsi təklif edilmişdir. CHR tərəfindən qəbul edilmiş bu Qətnamənin müddəaları beynəlxalq humanitar hüquq normaları əsasında qəbul edilməklə, beynəlxalq ictimaiyyətin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədini güdmüşdür.

Azərbaycan BMT-nin müvafiq orqan və qurumlarına öz namizədlərini irəli sürməklə, bu orqanlara seçkilərdə aktiv iştirak edir. Əvvəl qeyd edildiyi kimi, Azərbaycan UNİCEF-in İcra Heyətinin 1995-1997, 1998-2000-ci illər ərzində, Qadınların vəziyyəti haqqında Komissiyanın 2000-2002-ci illər ərzində və BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının 2002-2004-cü illər ərzində üzvü olmuşdur. Azərbaycan 2003-2005-ci illər üçün BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilmişdir.

Son üç ildə Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085).

Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-nin 21-ci əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün BMT çərçivəsində islahatların aparılması ideyasını dəstəkləyir.

Azərbaycan Respublikası (AR) ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoymuşdur. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir.

TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir.

TƏS-ə əsasən, AR ilə Aİ arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.

Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olmuşdur.

Azərbaycan Respublikası – Avropa İttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı ilin tarixində Brüsseldə AR-Aİ Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. Beləliklə, daha əvvəl TƏS ilə tənzimlənən AR–Aİ münasibətlərinin gələcək inkişafının istiqamətləri AQS çərçivəsində AR-Aİ Fəaliyyət Planı ilə müəyyən olunmuşdur.

AR ilə Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” AR və Aİ arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu Memorandumun əsas məqsədləri Aİ-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.

1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Aİ Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olmuşdur. Bu müddət ərzində Aİ ilə münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir.

«Yeni İpək Yolu» adlandırılan TRACECA proqramı Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirən bir proqramdır. TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Brüsseldə 3 may 1993-cü il tarixində keçirilmiş 8 təsisçi dövlətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ticarət və nəqliyyat nazirlərinin Konfransında təsis olunmuşdur. Proqramın məqsədi qeyd edilən dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazarlarına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir.

8 sentyabr 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü və Aİ-nin TRACECA proqramının dəstəyi ilə “Tarixi İpək Yolunun bərpası” adlı Beynəlxalq Konfrans keçirilmişdir. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu konfransda iştirak etmişlər. Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı “Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” (Əsas Saziş) və onun Texniki Əlavələri olmuşdur.

INOGATE (Avropaya dövlətlərarası neft və qazın ixracı) Aİ-nin yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional təşəbbüslərdən biridir. 1999-cu ilin iyul ayında 15 dövlətin (Azərbaycan Respublikası da daxil olmaqla) iştirakı ilə imzalanan dövlətlərarası neft və qaz ixracını nəzərdə tutan Çərçivə Sazişi INOGATE-in hüquqi bünövrəsini təşkil edir.

INOGATE çərçivəsində həyata keçirilən texniki əməkdaşlığa əlavə olaraq, Aİ zəngin təbii ehtiyatlara və strateji coğrafi əraziyə malik olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji təminatını və tranzit potensialını səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində AQS-a daxil olan ölkələr daxil olmaqla bütün maraqlı tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı prosesini genişləndirməkdədir. Bu əməkdaşlıq “Bakı Prosesi” təşəbbüsü ilə güclənmişdir. “Bakı Prosesi” (və ya Bakı Təşəbbüsü) 13 noyabr 2004-cü ildə Bakıda Enerji Nazirliklərinin Konfransında Aİ, Qara Dəniz və Xəzər dəniz hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlığın gücləndirmək məqsədi daşıyan siyasi dialoq şəklində başladılmışdır.

Azərbaycan ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu.

Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı.

1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.

Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır.

20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulmuşdur.

5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına – ATƏT-ə çevrilmişdir.

Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında olan ilk sülhməramlı çoxmillətli hərbi hissənin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılıq eldə etmişlər. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu təşkil etmişdir.

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur.

Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər.

28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.

1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;

3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Hazırda Minsk qrupunun Həmsədrləri aşağıdakılardır:

* Stiv Man (ABŞ)

* Anri Jakolen (Fransa)

* Yuriy Merzlyakov (Rusiya)

Hazırda Minsk Qrupu aşağıdakı tərkibə malikdir (ATƏT-in rəsmi saytında olan məlumata əsasən):

1. ABŞ

2. Almaniya

3. Azərbaycan

4. Belarus

5. Ermənistan

6. İsveç

7. İtaliya

8. Niderland Krallığı

9. Portuqaliya

10. Rusiya

11. Türkiyə

12. Finlandiya

13. Fransa

1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.

18-19 noyabr 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in üzv ölkələrinin Dövlət və Hökumət Başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.

Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında sıx əməkdaşlıq münasibətləri əldə olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Respublikasının Hökuməti ilə fəal əməkdaşlıq aparmış və aparılan birgə əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir.

ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin Ofisi və AR-in XİN-in birgə təşəbbüsü əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş “Azərbaycanda Mətbuat Azadlığı və Məsuliyyətinin İnkişafı” mövzusunda seminarın Ofislə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi və Jurnalistikada davranış məcəlləsi, həmçinin digər müvafiq məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

ATƏT-in tam-hüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Lakin Milli Azlıqlar üzrə Ali Komissarının mandatına (mandata uyğun olaraq, Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının yaranması ehtimal olunan bölgələrlə geniş fəaliyyət göstərir), eyni zamanda ölkəmizin milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə və həyata keçirdiyi tədbirlərə baxmayaraq, Ali Komissarının Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq hələ arzu olunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir.

300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər.

ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurasının 318 saylı qərarı qəbul olunmuşdur.

ATƏT-in Daimi Şurasının 318 saylı qərarının qəbulundan sonra 1999-cu ilin noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan arasında əməkdaşlığa yeni təkan vermişdir.

18 iyul 2000-ci ildə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı baş tutmuşdur.

ATƏT-lə Azərbaycan arasında səmərəli əməkdaşlığın inkişafı ölkəmiz üçün vacib əhəmiyyət kəsb etdiyindən, xüsusi olaraq bu məqsədlə Azərbaycanda ATƏT-in Dostları Qrupu yaradılmışdır.

24 yanvar 1992-ci il – Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.

10 noyabr 1994-cü il – Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 saylı qətnamə qəbul etmişdir.

3 fevral 1995-ci il – AŞPA Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

17- 18 mart 1996-cı il – Avropa Şurasının Demokratiya uğrunda Venesiya Komissiyasının iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.

Azərbaycan MDB dövlətləri arasında NATO-nun Sülh naminə tərəfdaşlıq (SNT) proqramına qoşulan ilk tərəfdaş dövlətlərdəndir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev 4 may 1994-cü ildə NATO-nun mənzil qərargahına səfəri zamanı SNT-yə qoşulmaq haqqında SNT Çərçivə Sənədini imzalamışdır.

NATO ilə gələcək əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə Azərbaycan SNT Təqdimat sənədini hazırlayaraq 1996-cı ilin aprelində Alyansa təqdim etmişdir. İkitərəfli əməkdaşlığa hərbi əməkdaşlıq, hərbi modernizasiya, silahlı qüvvələr üzərində demokratik nəzarət, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq kimi sahələr daxil olunmuşdur.

1996-cı ildən etibarən Azərbaycanın təqdimat sənədi və NATO-nun Tərəfdaşlıq İşçi Proqramı əsasında ölkənin mülki və hərbi nümayəndələrinin qatıldığı bütün birgə fəaliyyət və tədbirlərin daxil olduğu illik Fərdi Tərəfdaşlıq Proqramı (FTP) tərtib olunmuşdur. Hər il FTP-ın əhatə dairəsini genişləndirən Azərbaycan 2008-ci ildə 200-dən artıq NATO/SNT tədbirlərində iştirak etmiş, 2009-cu ildə bu iştirakı bir qədər də artırmaq niyyətindədir.

2006-cı ildə SNT üçün ayrılan vəsait 300 000 ABŞ dollarından 850 000 ABŞ dollarına qədər artırılmışdır. 2007-c ildə bu rəqəm 1.8 milyon ABŞ dollarına qədər artırılmışdır. 2008 və 2009-cu illər üçün ayrılan məbləğ eyni olmuşdur-təxminən 2 milyon ABŞ dolları.

1997-ci ildə Azərbaycan MDB dövlətləri arasında ilkin dövlətlərdən olaraq, Planlaşdırma və Analiz Prosesinə (PAP) qoşulmuşdur. PAP ilə əlaqədar olan tədbirlər əməliyyatlar üçün NATO-nun müdafiə planlaşdırma sisteminə Azərbaycanın daha da yaxınlaşması məqsədini daşıyır. O vaxtdan etibarən iki illik sikl əsasında Azərbaycan Silahlı Qüvvələri öz üzərinə artan sayda Tərəfdaşlıq Məqsədləri (TM) adlandırılan məqsədlər götürür. TM NATO-nun hərbi-siyasi, hərbi, təlim və texniki standartlarını nəzərdə tutmaqla, NATO qüvvələri ilə hərbi operativ uyarlılığın əldə edilməsinə istiqamətlənmişlər.

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna tərəfindən təsis edilmiş beynəlxalq regional təşkilatdır. İlk öncə GUAM Azərbaycan Respublikası, Gürcüstan, Moldova Respublikası və Ukrayna Prezidentlərinin 10 oktyabr 2007-ci ildə Strasburqda Birgə Kommünike imzalamaqla bu dörd dövlətlərin birliyi kimi fəaliyyətə başlamışdır. Kömmünikedə Prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf elətdirilməsinin vacibliyinin vurğulamışlar.

7 iyun 2001-ci ildə Yalta təşkil olunmuş GUAM-ın ilk Zirvə Toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçılari tərəfindən imzalanmış GUAM-ın Yalta Xartiyası iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir.

22 may 2005-ci il tarixində GUAM-ın Kişineuda keçirilmiş Zirvə Toplantısı üzv-dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər Nazirləri Şurasına müvafiq qərar vermişlər.

Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya və İqtisadi inkişaf naminə Təşkilat – GUAM təsis olunmuşdur. Kiyev Zirvə Toplantısında Prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişlər. GUAM-ın Nizamnaməsinə görə demokratik dəyərlərin bərqərar olunması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya inteqrasiya, üzv-dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişlənməsi Təşkilatın başlıca məqsədlərini təşkil edir.

ÖZBƏKİSTAN

01 sentaybr 1991-ci il tarixində öz dövlət müstəqilliyini əldə edən Özbəkistan məhz bu mərhələdən başlayaraq xarici siyasət strategiyasında mühün bir istiqaməti təşkil edən beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq münasibətləri qurmağa başladı. Hazırda Özbəkistan 100-dən artıq beynəlxalq təşkilatın üzvüdür.

Özbəkistan  universal xarakterli təşkilat olan BMT-yə 02 mart 1992-ci il tarixində üzv seçilmişdir. Sözügedən təşkilatla ölkənin qarşılıqlı münasibətlərinin əsasını aşağıdakı istiqamətlər təşkil edir:

–         müasir qlobal təhdidlərə qarşı birgə mübarizə;

–         kütləvi qırğın silahlarının yayılmaması üçün fəal əməkdaşlıq;

–         Əfqanıstanın hazırkı dönəmdə üzləşdiyi problemlərin aradan qaldırılması üçün  birgə əməkdaşlıq;

–         qlobal ekoloji problemlərin həll olunması, o cümlədən Aral hövzəsində mümkün ekoloji fəlakətlərin qarşısının alınması üçün profilaktik iş;

–         sosial və iqtisadi, eləcə də insan hüqüq və azadlıqlarının qorunması və daha da genişləndirilməsi.

Ölkə BMT-nin terrorla mücadiləsində fəal iştirak etməklə 13 konvensiyaya qoşulub və eyni zamanda dünya ictimaiyyətinin bu sahədə fəaliyyətinin daha da  möhkəmləndirilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Bundan əlavə, regionda narkotiklərin qanunsuz dövriyyəsini dayandırmaq üçün BMT və onun ixtisaslaşmış qurumları ilə birgə fəal əməkdaşlıq da aparılır. Bu qəbildən ölkənin ən təqdirəlayiq fəaliyyəti Mərkəzi Asiya regionunda narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə birgə mübarizə aparmaq məqsədi ilə İnformasiya Koordinasiya Mərkəzinin yaradılması olmuşur.

Əfqanıstanla bağlı isə iki təşəbbüsün müəllifidir: Ölkəyə silah çatdırılmasının qarşısının alınması üçün embarqonun tətbiq edilməsi və ölkə iqtisadiyyatınının inkişaf etdirilməsi üçün “6+3” formatında dostlar və qonşular qrupunun yaradıması olmuşdur. Burada “6” rəqəmi qonşu dövlətləri, “3” rəqəmi isə dostları (Rusiya, ABŞ və NATO) əks etdirir.

Özbəkistan dünyada “nüvə böhranları”nın bir daha baş verməməsi üçün MAQATE ilə də fəal əməkdaşlıq edir ki, bu da ölkəyə nüvə sahəsində bir sıra sülhməramlı fəaliyyətlərin həyata keçirilməsi üçün əlavə dividentlər verir.

Özbəkistan 26 fevral 1992-ci ildə ATƏT-in üzvü seçilmişdir. Təşkilat və ölkə arasındakı 2006-cı ildə ATƏT layihələrinin koordinasiya mərkəzinin yaradılması haqqında memarandum imzalanmışdır ki, sözügedən sənəd ölkədə buna qədər mövcud olmuş ATƏT-in Daşkənd ofisini transformasiya etməklə onun fəaliyyət dairəsini və imkanlarını daha da genişləndirmişdir.

1992-ci ilin sentyabr ayından etibarən Özbəkistan Dünya Bankının tam hüquqlu üzvü seçilmişdir ki, bu da ölkəyə Bretten-Vuds sisteminə daxil olan bütün maliyyə qurumlarına üzv olmağa imkan verir. Hal-hazırda ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə Ümümdünya Yenidənqurma və İnkişaf Bankının xətti ilə 2008-2011-ci illər üçün maliyyə strategiyası qüvvədədir.

1995-ci ildən ölkə Asiya İnkişaf  Bankının üzvünə çevrilmişdir ki, hazırkı dövrdə ölkə 15 ən böyük regional səhmdarlar sırasına daxildir, maliyyə dövriyyəsinin həcmi isə 1 milyard dollardan artıqdır.

Özbəkistan öz dövlət müstəqilliyini elan etdiyi ilk dövrlərdən başlayaraq Avropa ilə fəal münasibətləri özünün xarici siyasət prioritetləri sırasında bəyan etmişdir. Avropaya daxil olan dövlətlərlə münasibətlər həm ikitərəfli şəkildə, həm də təşkilatlar çərçivəsində özünü göstərir. Bu mənada Avrpopa Şurası ilə münasibətlər ön plana çıxır. Münasibətlərin hüquqi tənzimlənməsinin əsasını 01 iyul 1999-cu il tarixində qüvvəyə minmiş Dostluq və Əməkdaşlıq haqqında Razılaşma təşkil edir. Ölkə inkişaf xüsusiyyətlərinin Avropa standartları səviyyəsinə çatdırmaq məqsədilə mütəmadi olaraq dialoq rejimində münasibətlər saxlayır.

NATO ilə münasibətlərin əsası isə 13 iyul 1994-cü ildə imzalanmış “Sülh naminə tərəfdaşlıq” proqramı və 1996-cı ildə qəbul edilmiş fərdi proqram təşkil edir. Sözügedən layihələrdə əsas diqqət hərbi kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, müdafiə siyasətinin işlənilməsinə, terrorla mübarizəyə yönəldilmişdir.

Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması haqqında deklarasiya quruma üzv dövlətlərin başçıları tərəfindən 15 iyun 2001-ci il tarixində imzalanmışdır. Təşkilat Asiya regionunda əməkdaşlığın və əmin-amanlığın saxlanılması üçün mühüm instituta çevrilmişdir. Özbəkistan ŞƏT-in Xartiyası ilə müəyyən edilmiş bütün tədbirlərdə iştirak edir. Təşkilatda iştirakın əsas cizgiləri özünü terror, separatizm və ekstremizm sahəsində birgə və fəal əməkdaşlıqda, iqtisadi anlamda münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasında, mədəni-kütləvi əməkdaşlığın inkişaf etdirilməsində göstərir.

MDB ilə münasibətlər təşkilatın nizamnaməsi ilə müəyyən edilmiş bütün sahələrdə aktiv xarakter daşıyır. Təşkilatın yaradıldığı ilk günlərdən başlayaraq Özbəkistan iqtisadi inteqrasiyanın dərinləşdirilməsinin, ölkələr arasında təsərrüfat münasibətlərinin siyasiləşdirilməsinin əleyhinə çıxmışdır. Ölkə təşkilat çərçivəsində də bir sıra layihələrin təşəbbüskarı qismində çıxış edir. Siyasi sahədə anlaşmaların qəbul edilməsinin və onların təcrübədə tətbiqinin fəal tərəfdarlarındandır.

04 yanvar 1993-cü ildə Daşkənddə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başıçılarının iştirakı ilə Aral gölünün müdafiəsi üçün beynəlxalq fond yaradılmışdır. Fondun yaradılmasında əsas məqsəd ekoloji və elmi-tətqiqat sahəsində işlərin aparılması üçün maliyyənin ayrılması və mümkün fəlakətlərin qarşısının alınmasından ibarətdir.

QAZAXISTAN

Qazaxıstan öz dövlət müstəqilliyini elan etdiyi ilk anlardan başlayaraq BMT-nin fəaliyyət prosesində aktiv rola can atan ölkələrdən olmuş, eyni zamanda BMT ilə əməkdaşlığı öz xarici siyasət prioritetləri sırasında ön plana çəkmişdir. Bununla, Qazaxıstan beynəlxalq aləmdə öz strateji planlarını gerçəkləşdirmək və qlobal sülhə töhfə verməklə dünyanın aparıcı qüdrətli dövlətlərindən biri olmağa çalışır.

Qazaxıstan universal xarakterli təşkilat olan BMT-yə 02 mart 1992-ci il tarixində üzv seçilmişdir. Sözügedən təşkilatla ölkənin qarşılıqlı münasibətlərinin əsasını aşağıdakı istiqamətlər təşkil edir:

–         digər regional təşkilatlarla birgə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə;

–         narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsiylə bağlı birgə əməkdaşlıq;

–          dini ekstremizmin minumum səviyyəyə endirilməsi;

–         QİÇS/HİV ilə mübarizə;

–          qeyri-leqal miqrasiya ilə mübarizə.

Qazaxıstan ilə BMT arasında münasibətlərin yüksək göstəricilərindən biri BMT baş katibinin Qazaxıstana 2002-ci ildə 2 günlük səfəri göstərilə bilər. Bu səfər əməkdaşlığın yeni perspektivlərini ortaya qoymuşdur.

Asiya qitəsindəki əməkdaşlığın yeni və keyfiyyətli mexanizmini yaratmağa yönələn Asiyada Əməkdaşlıq və Güvən Artırıcı Tədbirlər Konfransı (CİCA) nüvə silahına sahib olmaqdan birdəfəlik imtina, mədəniyyətlər və sivilizasiyalar arası dialoqun genişləndirilməsi – BMT nizamnaməsinə uyğun olaraq dövlətin apardığı siyasətin əsasını təşkil edir. Dövlət sülhməramlı alyansın daxilində dünyanın ən qaynar nöqtələrində digər müttəfiqləriylə fəal əməkdaşlıq etməkdədir. Hətta Qazaxıstan sülhməramlı batalyonu (Kazbat) təşkil edilmiş, daha sonra briqada səviyyəsinə qədər inkişaf etdirilmişdir (Kazbriq).

BMT ilə münasibətlərin yeni mərhələsini təşkilat ilə dövlət arasında, əsasən Beynəlxalq İnkişaf Fondunun birbaşa xətti ilə 2010-2015-ci illər üçün nəzərdə tutulmuş proqram təşkil edir. Sözügedən proqramın həyata keçirilməsində əsas məqsəd yoxsulluğun və işsizliyin səviyyəsinin azaldılması, ana və uşaq ölümünün minimuma endirilməsi və davamlı inkişafın həyata keçirilməsindən ibarətdir. Bugün Qazaxıstan BMT-nin bütün ixtisaslaşmış qurumlarının üzvüdür.

1992-ci ilin yanvarında Qazaxıstan ATƏT-ə üzv olmuş və 1999-cu ildə təşkilatın Qazaxıstanda nümayəndəliyi açılmışdır. Qazaxıstanın sözügedən təşkilata üzv olması təşəbbüsü Avropa dövlətlərinə məxsusdur ki, bunun da əsaslı səbəbləri vardır. Ən başlıcası ondan ibarətdir ki, SSRİ-nin süqutundan sonra MDB ölkələri çərçivəsində təhlükəsizlik məsələləri qabarıq şəkildə ortaya çıxmağa başlamışıdır və Qazaxıstanın da bu prosesdəki rolu danılmazdır. Hazırkı dönəmdə Qazaxıstanın ATƏT-dəki rolu kifayət dərəcədə özünü göstərir. Bunun bariz nümunəsi isə Qazaxıstanın xarici işlər nazirinin hal-hazırda ATƏT-ə sədrlik etməsidir.

İslam dünyası ilə münasibətlər də Qazaxıstanın prioritetləri sırasındadır. Dövlət İslam Konfransı Təşkilatına 1995-ci ildə üzv olmuşdur. Təşkilat çərçivəsində ən fəal əməkdaşlıq İslam İnkişaf Bankı ilə aparılır. Belə ki, bank Qazaxıstanda bir sıra infrastruktur layihələrinin dirçəldilməsində fəal iştirak edir. Bundan əlavə, təşkilat çərçivəsində mədəniyyət abidələrinin bərpa edilməsi, elm və təhsil sahəsində mübadilələr də həyata keçirilir. Ölkə İKT çərçivəsində dinlərarası dialoqun daha da inkişaf etdirilməsinin təşəbüskarıdır.

Qazaxıstanın Avropa İttifaqı ilə münasibətləri 02 fevral 1993-cü ildə qurulmuşdur. Təşkilat ilə bu ölkə arasındakı münasibətlər əsasən ticarət və iqtisadi sferaları əhatə edir. Artıq dördüncü ildir ki, Aİ Qazaxıstanın bir nömrəli ticari tərəfdaşıdır. Hətta bu mənada Aİ Rusiya və Çini də qabaqlayır. Eyni zamanda Qazaxıstan Avropanın ən etibarlı enerji təminatçılarından biridir, bu sırada Qazaxıstanın yeri OPEK-i nəzərə almamaq şərti ilə üçüncüdür. Son illərdə Qazaxıstanın Avropa İttifaqına daxil olan dövlətlərdən istəyi onun Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün dəstəyin göstərilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və viza rejimindəki islahatlardan ibarətdir.

TÜRKMƏNİSTAN

27 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini elan edən Türkmənistan xarici siyasət cizgilərində sezildiyi kimi çoxtərəfli münasibətlərdə də təmkin nümayiş etdirməkdədir. Digər müstəqil dövlətlər kimi 1992-ci ilin martında BMT-yə üzv seçilən Türkmənistan dövlətinin suverenliyi digər ölkələr tərəfindən tanınmasından sonra ölkə sözügedən təşkilatda fərqli siyasət nümayiş etdirərək 12 dekabr 1995-ci ildə BMT-nin Baş Məclisində “Türkmənistanın Daimi Tərəfsizliyi Haqqında Qanun”un ratifikasiya olunnmasına nail olur. Bu qanuna əsasən, dünya ölkələri Türkmənistana qarşı hər hansı bir güc tətbiq və təhdid etməməkdə və ya Türkmənistandakı sülhü poza biləcək hər hansı bir fəaliyyət göstərməməkdə borcludurlar. Bundan əlavə, dünya ölkələri Türkmənistanın daxili işlərinə qarışmamaq, Türkmənistana qarşı edilən siyasi xarakterli təzyiqləri dəstəkləməmək və Türkmənistanı hər hansı bir hərbi bloka daxil olmağa məcbur etməmək barədə öhdəlik götürürlər. Dünya dövlətləri Türkmənistan ərazisinə xarici hərbi qüvvələrin və ya hərbi heyətin daxil olmasını və bu torpaqlar üzərində hərbi bazaların yaradılmasını əngəlləməyi də öhdələrinə götürürlər. Məhz heç bir hərbi bloka qoşulmamaq qərarından çıxış edərək, Türkmənistan nə NATO-nun Şərqə doğru irəliləmək cəhdlərini hədəfləyən proqramlara qoşulmuş, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmuşdur. MDB ilə də münasibətlərində məsafəli davranış nəzərə çarpacaq qədər böyükdür. Belə ki, Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir və təşkilatın üzvləri sırasına daxil deyil. Eyni təmkin İqtisadi Əməkdaşlıq Təşkilatı və ATƏT-ə münasibətdə də hiss olunur. Ümumiyyətlə, üzv olduğu bütün beynəlxalq təşkilatlarla münasibətlər əsasən iqtisadi və sosial xarakter daşımaqdadır. Ölkə insan hüquq və azadlıqlarının müdafiəsinə qalxan təşkilatların fəaliyyətini məhdudlaşdırır. Bu mənada Avropa Şurası ilə də münasibətlər heç ürəkaçan deyil.

QIRĞIZISTAN

31 Avqust 1991-ci ildə müstəqilliyə qovuşan Qırğızıstan 1992-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunmuşdur. Elə həmin il Qırğızıstan YUNESKO-ya da üzv qəbul olunur. Qırğızıstan MDB məkanında ilk dövlətlərdəndir ki, Dünya Ticarət Təşkilatına üzv qəbul olunmuşdur. Respublika Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf  Bankı və Dünya Bankı ilə də beynəlxalq münasibətlər yarada bilib. Təhlükəsizliyin təmin olunması, insan haqlarına riayət olunması, ekoloji problemlərin həlli və iqtisadi inkişaf məhz ATƏT-lə qurulmuş sıx əməkdaşlıq əlaqələri vasitəsilə həyata keçirilir. Qırğızıstanın xarici siyasətinin əsas prinsipləri bunlardır: MDB və dünya dövlətləri ilə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, neytrallıq nümayiş etdirmək, hərbi birlik və bloklarda iştirak etməmək, millətlər arası konfliktlərə yol verilməməsi və bucür konfliktlərin sülh yolu ilə aradan qaldırılması, dövlət sərhədlərinin möhkəmləndirilməsi, eləcə də regional mövqelərin gücləndirilməsi, ölkənin müsbət imicinin yaradılması, dünya bazarında rəqabətə dözümlülüyün artırılması və s.

Qırğızıstan kollektiv təhlükəsizlik məsələsinə böyük önəm verməkdədir. Dövlətlərin regional birliyi Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində mühüm elementlərdən biridir. Qloballaşmanın imkanlarından maksimum dərəcədə istifadə olunması, beynəlxalq ictimaiyyətdə ölkənin mövqelərinin möhkəmləndirilməsi, xarici investisiyaların cəlb edilməsi, milli təhlükəsizliyin təmin edilməsi – bütün bunlar Qırğızıstanın xarici siyasətində əsas istiqamətlər hesab edilir. Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı mal və xidmətlərin ümumi bazarının yaradılmasında, o cümlədən xarici iqtisadi fəaliyyətdə və ixracatın genişlənməsində ölkənin uzunmüddətli maraqlarını təmin edir. Qırğızıstanın xarici siyasətinin əsas prioritetlərindən biri də silahsızlanma, terrorizm və narkotrafiklə mübarizədir. Qırğızıstan nüvə silahından azad bir zonadır.

Bugün Qırğızıstan 70-dən artıq beynəlxalq təşlilatın üzvüdür. Son dövrlərdə ölkə ərazisində qeyri-stabil iqtisadi və siyasi vəziyyət beynəlxalq təşkilatların bu ölkədə fəaliyyətlərinin daha da genişlənməsini labül edir.



1) Birləşmiş Millətlər Təşkilatı 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilat. Hal-hazırda 192 ölkə Birləşmiş Millətlər Təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil. Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. Üzv-ölkələr öz aralarında BMT-nin Nizamnaməsinin – onların dünya birliyinin üzvləri kimi hüquq və vəzifələrini müəyyənləşdirən beynəlxalq müqavilənin prinsipləri ilə əlaqələnirlər.

2) Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 3 – 7 iyul 1973-cü il tarixlərində Helsinkidə keçirilmiş xarici işlər nazirlərinin müşavirəsi ilə başlamış prosesin davamı olaraq yaranmış regional təşkilat. 30 iyul – 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır. Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT “soyuq müharibə”nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

3) Dünya Bankı 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. Bank yaradılarkən ilkin məqsədi II Dünya Müharibəsində dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan ölkələrə və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, həmçinin üzv dövlətlərin inkişafını təmin etməkdir. Bu məqsədləri reallaşdırmaq üçün bir çox qurumlar yaradılmışdır: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB), Beynəlxalq İnkişaf Assosiasiyası (BİA), Beynəlxalq Maliyyə Korporasiyası (BMK), İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA), İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM)

4) Asiya İnkişaf Bankı — beynəlxalq maliyyə təşkilatı olub, 1966-cı ildə yaradılmışdır. Məqsədi Asiyada və ümumiyyətlə Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdir. Baş ofisi Filippində (Manila) yerləşir. 2005-ci ildən AİB-in prezidenti Xaroxiko Kurodadır.

5) Avropa Şurası – Avropanın gələcəyi ilə bağlı ən vacib qərarlar Şura tərəfindən verilir. Şura bundan başqa, Avropa Parlamenti ilə birlikdə Avropa Birliyinin illik büdcəsini təsbit edir və AB adına beynəlxalq anlaşmalar imzalayır. Ortaq xarici siyasətlərin və təhlükəsizlik mövzuları qarşısında alınacaq qərarların əsas xətlərini müəyyən edir. Şura başçılığını hər Üzv Dövlət altı aylıq müddətə sırayla öz üzərinə götürür. Üzv Dövlətlərin Birlik nəzdindəki Səfirlərindən ibarət olan Daimi Təmsilçilər Komitəsi (Coreper) Şuranın işləri üçün lazım olan hazırlıqları eləyir və müəyyən hazırlıqları etmək və ya xüsusi mövzuları araşdırmaqla vəzifələndirilmiş komitələr təşkil edərək Şuranın təlimatlarını yerinə yetirir. Ortaq xarici siyasət və təhlükəsizlik siyasəti ilə ədalət və daxili işlər sahələrində Anlaşmada Şuraya bu mövzuda əksinə qərar alma haqqı verilmədiyi hallarda səs birliyi məcburidir.

6) Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) – 4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq. NATO – sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır. 1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı. Bununla da müasir beynəlxalq münasibətlərdə mühüm rol oynayan NATO yaradıldı. Əsasən ABŞ-ın iştirakı ilə Avropa ölkələrindən təşkil olunan bu blok ötən müddət ərzində fəaliyyətini şərqə doğru genişləndirib. Belə ki, Polşa, Macarıstan, Çexiya, Bolqarıstan, Rumınya, Slovakiya, Sloveniya ,Albaniya, Xorvatiya və Baltik ölkələrini tərkibinə alıb. Qeyd edək ki,hazırda mənzil qərargahı Brüsseldə yerləşən alyansa 26 ölkə daxildir.

7) Müstəqil Dövlətlər Birliyi – İlkin dövrdə 3 dövlət- Rusiya, Ukrayna, Belorusiya tərəfindən qurulmuşdur. MDB-nin qurulması haqqında ilkin razılıq 1991-ci il dekabrın 8-də qəbul edilmişdir. Bu dövlətlər SSRİ-nin dağılmasının (SSRİ faktiki olaraq 25 dekabr 1991-ci il Qorbaçovun istefasından sonra dağıldı) labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil etdilər. Həmçinin MDB SSRİ-nin “mədəni dağılmasını”, onun mülklərinin keçmiş İttifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi. Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avgust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxdı.

8 ) Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı (YUNESKO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxaiq Mülki Aviasiya Təşkilatı (ICAO), Narkotiklər və Cinayətkarlıq üzrə İdarə (UNODC), Ümumdünya Poçt İttifaqı (ÜPİ), Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)

Ümumdünya Meteorologiya Təşkilatı (WMO), Beynəlxaдq Dəniz Təşkilatı (IMO), Beynəlxalq intellektual Mülkiyyət Təşkilatı (WIPO), Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO), Qaçqınların işi üzrə ali Komissarlıq (UNCHR), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE; (BMT-nin himayəsi altında muxtar idarə)

9) İslam Konfransı Təşkilatı 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. 60-a yaxın dövləti özündə birləşdirir. Bəzi ölkələrin müsəlman icmalarının, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri İKT yanında müşahidəçi statusuna malikdirlər. İKT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən bəri BMT yanında müşahidəçi statusu almışdır.

10) Avropa İttifaqı – 2009-cu il tarixinə 27 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat. Formal olaraq 1 noyabr 1993-cü ildə Maastrix sazişi ilə təsis edilmiş birliyin uzun tarixçəsi var. Belə ki, 18 aprel 1951-ci ildə Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyinin (AKPB) yaradılması ilə bugünkü Aİ-nin təməli qoyulub. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir.

11) İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. İƏT-in kənd təsərrüfatı sahəsi; sənaye əməkdaşlığı; nəqliyyat və rabitə; infrastruktur və ictimai işlər; elm, təhsil və mədəniyyət; energetika; narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir. 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib