TERRORA QARŞI ƏN GÜCLÜ SİLAH

TERRORA QARŞI ƏN GÜCLÜ SİLAH

Ana Sayfa » Doktorluq işi » TERRORA QARŞI ƏN GÜCLÜ SİLAH

xususi_teyinatlilarDüşmənə qalib gəlmək üçün əvvəlcə ona nifrət etməyi bacarmaq lazımdır
İstənilən müharibədə olduğu kimi terrorla mübarizədə də o vaxt qələbə çalmaq olar ki, qorxu və həyəcan yerinə insanların hərəkətlərində düşmənə qarşı nifrət və qəzəb hakim kəsilsin.
Bugün bütün dünyanı narahat edən ən böyük bəla bəlkə də terrordur. Düzdür, dünyada terror birmənalı qarşılanmır. Belə ki, bəziləri bunu həqiqətən də insanlığa qarşı terror hadisəsi, digərləri din yolunda mücadilə, başqaları Vətən naminə fədakarlıq, digər bir qüvvələr isə bunu dünyada demokratiyanın bərqərar olması üçün aparılan fəaliyyət sahəsi hesab edirlər. Artıq dünyanın maraqlar üzərində qurulduğu hamıya məlumdur. Son anda dünyanın elə özünə ziyan vuran bu bəşəri bəlanı dəstəkləyənlər də var, onunla həqiqi mübarizə aparanlar da. Amma bugünkü yazımda mən hansı ölkənin və ya qüvvənin haqlı olub-olmamasını deyil, konkret olaraq, terrorun fəsadlarından qurtulmaq yollarını araşdırmağa çalışacam. İlk öncə araşdıraq görək, terrorla və onun daşıyıcıları ilə effektiv mübarizə metodları hansılardır.

İlk öncə terrorizmin sosial bazasını məhv etmək lazımdır. Terroristlər öz etnik qrupları arasında qəhrəman kimi deyil, konkret olaraq düşmən kimi qəbul edilməlidirlər. Zəruri siyasi şərtlər yaratmaq lazımdır ki, terroristləri “yetişdirən” xalq, etnik qrup onları lənətləsin və ədalətə təslim etsin.

Terrorizm özünün taktikasının mükəmməlləşdirilməsi nöqteyi-nəzərdən durmadan inkişaf edir. Əgər bir şəxs başqa insanları girov götürürsə, deməli onların azadlığa buraxılması müqabilində hökumətdən nəsə almağa çalışır. Tutalım ki, hökumət onun şərtlərilə razılaşır… Lakin konkret tələblər irəli sürülmürsə, onda deməli “vaxtından əvvəl ölüm” situasiyası yaranır ki, bunun da qarşısını almaq çox çətindir. Terroristlər əvvəlcə girovları ələ keçirir, onlara işgəncələr verir və sonda onlarla birlikdə həlak olurlar. Burada ilk növbədə zəruri qabaqlayıcı tədbirlər və ümumi əhalinin hazırlığı gərəkdir.

terror2Məsələn, əgər hər bir vətəndaş hərbi hazırlıqlı olsa, cəmiyyətdə mühafizəyə cavabdeh olan daha çox silahlı şəxslər olsa, ADNA-dakı terror aktının qarşısını almaq olmazdımı? Əfsuslar olsun, Azərbaycan vətəndaşları qorxu ilə tərbiyə olunur…

Əgər hər bir cavanımız hələ məktəb vaxtlarından hərbi hazırlıq kursları keçsə, silahla davranmağın minimum qaydalarını öyrənsə və nəhayət həqiqi hərbi xidmətdə olsa, hansısa başıpozuq terrorçunun ali təhsil müəssisəsinə daxil olub güllələri bitənə qədər qarşısına çıxanı öldürə bilərdimi? Əsla! Amma bu, baş verdi, çünki cavanlarımız qorxurlar, hər kəs özünü düşünüb gizlənməyə çalışdıqda, nəticədə başqalarının ölümünə səbəb olur, özünün də. Hadisə yerinə gətirilmiş xüsusi təyinatlılar da bir qədər qorxurlar, çünki nəticədə onlar da bu cəmiyyətin tərbiyəsi ilə boya-başa çatıblar, onların da içində qorxu var. 20-30 nəfər çevik polis nəfərləri universitetin otaqlarını axtararkən yersiz ehtiyyat edir, açıq-aşkar qorxu nümayiş etdirirdilər. Qüvvələr balansı isə şübhəsiz ki, xüsusi təyinatlıların xeyrinə idi, belə ki, hədəfdə sadəcə bir nəfər var idi. Amma yenə qorxuya sinə gəlmək qeyri-mümkün idi.

Haşiyəyə çıxıb bir müqayisə aparmaq istərdim. Tarixə nəzər salaq. Gəlin baxaq görək, dağda yaşayan insanlarla düzdə yaşayanların həyat tərzində nə kimi fərq var idi. Düzdə yaşayanların mədəniyyəti necə formalaşırdı? Zəhmətsevərlik, inadcıllıq, çalışqanlıq onlara xas xüsusiyyətlər idi. Dağlarda isə məhsuldar torpaqlar çox az olurdu. Dağdakılar normal həyat tərzi sürmək üçün tez-tez düzə enir və oranın camaatını soyub talayırdılar. Yəni, aqressivlik, kobudluq, nifrət və kin insanlara xas olan genetik bir xüsusiyyətdir və insanlar tarix boyu bucür formalaşıblar.

Düzdəki insanlar dağdakıları necə qəbul edirdilər? Yəqin ki, qeyri-intellektual, axmaq, soyğunçu və kobud kimi. Bəs dağdakılar düzdəkiləri necə qiymətləndirirdilər? Məzlum və qida mənbəyi kimi baxırdılar onlara.

Bax bucür psixoloji xüsusiyyətlərinə görə terrorizmlə effektiv mübarizə aparmaq bir çox hallarda mümkünsüz olur. İnsanlar öz həyatları üçün qorxurlar. Lakin başa düşmürlər ki, nə qədər çox qorxsalar, həyatlarını itirmək ehtimalı o qədər də yüksək olur. Hətta ekstremal vəziyyətlərdə əks bir qayda işə düşür: həyatımıza nə qədər az dəyər versək, onu qoruyub saxlamaq şansımız da o qədər yüksək olur!

Hələ uşaq yaşlarından oğlan uşaqlarını bağçada qadınlar tərbiyə edirlər. Və bucür tərbiyə müəssisələrində əsas tapşırıq – uşaqları sözə qulaq asan eləməkdir. Ağıllı, güclü, fəal, müvəffəqiyyətli deyil, məhz sözə qulaq asan.

Bəzən cəmiyyətdə müharibə şüarları səslənir. Deyirlər ki, əgər Ali Baş Komandan müharibə əmri versə, hamımız bir nəfər kimi cəbhəyə gedərik. Lakin müharibəyə bucür hazırlaşmırlar!

Götürək, Böyük Vətən Müharibəsini. O zaman gənclərin hazırlıq və tərbiyə sistemi kökündən fərqli idi. 1936-cı ildə bütün insanlar paraşütdən tullanmaq kimi idman növünün fanatı idi… Bu idman növü artıq xəstəlik kimi gənclər arasında yayılmışdı.

terror1Onu da nəzərdə saxlamaq lazımdır ki, əksər insanlara xas psixi durumla terroristlərə real müqavimət göstərmək qeyri-mümkündür. Gəlin bir anlıq təsəvvür edək: terrorist kafeyə daxil olur və əlində silah tutaraq müştəriləri yerə uzanmağa məcbur edir. Bunun əvəzində insanlar müxtəlif istiqamətlərə qaçırlar. Belə olan halda terrorist çoxlu sayda insanları öldürməyə müvəffəq olmayacaq. Lakin insanları qorxu hissi idarə edir. Hamı bir nəfər kimi fikirləşir – “birdən məni öldürərlər?”, ona görə də sakitcə yerə uzanır və cinayətkar hamını bir nəfər kimi qətlə yetirmək üçün imkan əldə edir.

Hansı insanları daha asan idarə etmək olur: ağıllı, sözə qulaq asan kütləni, yoxsa qışqıran və müxtəlif istiqamətlərə qaçan insanları? Bu kimi hallarda insanlar özlərini ağıllı, savadlı və hər şeyi bilən kimi göstərməməlidirlər, onlar vəhşicəsinə qaçmalıdırlar. Bunun üçün isə müəyyən psixi vəziyyətə girmək lazımdır ki, bunu da uzun illər boyu məşq etmək gərəkdir.

Bundan başqa, fərdi müdafiə vasitələrinin cəmiyyətdə geniş yayılmasına çox ehtiyac duyulur. Bunlar hədəfi keyləşdirən, zədələyən vasitələr də ola bilər.

Düzdür, bəzi insanlar fikirləşəcəklər ki, insanlar arasında bucür vasitələrin çoxalması cəmiyyətdə kriminogen durumun daha da ağırlaşmasına, cinayətkarlığın sayının durmadan artmasına səbəb olacaq. Hətta ADNA-dakı terror hadisədindən sonra hökumət dairələrində, Milli Məclisdə şüarlar səslənirdi ki, idman tüfənglərinin, ovçu silahlarının, qaz tapançalarının ümumiyyətlə satışı aradan qaldırılsın və bu sahədə dövlətin güclü nəzarəti həyata keçirilsin.

terror3İndi gəlin fikirləşək görək, əgər ADNA-dakı terror aktı zamanı universitet gözətçisinin cibində elektroşok və ya qaz tapançası olsaydı, Fərda Qədirov bu qədər insanı öldürə bilərdimi? Əsla, bacarmazdı və qısa zamanda zərərsizləşdirilərdi. Əgər biz həqiqətən də terrorla mübarizə aparırıqsa və müharibə şəraitində olan bir ölkəyiksə, onda dövlət siyasəti də sadə insanlara bir sıra vərdişlərin və bacarıqların aşılanmasına zəmin yaratmalıdır. Ən vacibi isə xalq daxilən bir olmalı və hər bir situasiyaya hazırlıqlı olmalıdır.  İnsanlarda kollektivliyi tərbiyə etmək lazımdır. Bu, Sovet dövründəki tərbiyə metodunu xatırlatsa da, bugünkü gündə ən optimal siyasət hesab olunur.

Bəzi mənbələrdə, kitablarda yazılır ki, girov götürülən zaman özbaşına hərəkət etmək olmaz, hətta bəzi qocaman mütəxəssislər də bucür davranmağı məsləhət bilirlər. Mən terrorla bağlı ötən məqalə tipli araşdırmalarımda da terroristə özbaşına müqavimət göstərməyi düzgün hesab etməmişəm. Çünki, Azərbaycan cəmiyyəti, sadə vətəndaşlar buna tam hazır deyil. Əlbəttə ki, zəif iradəli və hazırlıqsız insanlar terroristlərin bütün tələblərinə riayət etmək zorundadırlar. Lakin bu, ümumilikdə prosesin ziyanınadır. Sadə vətəndaşı hələ uşaq vaxtlarından bucür situasiyalara hazırlamalı, ekstremal vəziyyətlərdə nə etməli olduğunu onlara öyrətməlidirlər.

Odur ki, hazırlıqlı insan üçün terroristin dediklərinə əməl etmək ən böyük səhvdir. Bu, ümumiyyətlə amerikan yanaşmasıdır: əgər oğru bıçaqla hədə-qorxu gəlirsə, başqası rəfiqənizə zor tətbiq edirsə, üçüncüsü isə pul qabınızı cibinizdən çıxarırsa – sakit durun, heç nə etməyin, polis özü onları cəzalandıracaq. Bu metod özünü çox az halda doğrulda bilir, konkret bizim halda isə ümumiyyətlə yaramır. Zənnimcə, ən kiçik və zəif insan da məqamdan istifadə edə bilsə, daha böyük və güclü rəqibə qalib gələ bilər. Konkret məqsəd nədən ibarətdir? Çalışıb maksimum sayda insan həyatını qoruyub saxlamaq. Elə deyilmi? Onda yalnız xüsusi təyinatlılara güvənmək də bir çıxış yolu deyil.

“Allah olmaq çətindir” kitabında oxumuşdum ki, “Səs-küysüz mühasirə olmur”. Əfsuslar olsun ki, terroristlər həmişə hazırlıqlı olurlar və xüsusi təyinatlılar hücum edənə kimi onlar hazırlaşmağa macal tapırlar. Terroristlər əvvəlcə özlərinə əlverişli məkan seçirlər: onlar hər hansı teraktı həyata keçirmək üçün aylarla hazırlaşa bilərlər, amma xüsusi təyinatlılar isə hər hansı əməliyyat üçün cəmi bir-neçə saat, dəqiqə, hətta saniyə belə hazırlaşmaq məcburiyyətindədirlər.

Bundan başqa, girovlar özlərini tam sakit aparanda terroristlərin özünə inamı artır, psixoloji cəhətdən daha soyuqqanlı olurlar və bütün girovları məhv etmək şansı qazanırlar. Hətta ən güclü xüsusi təyinatlılar da girovların özlərini sakit aparmaları təqdirdə terroristlərə qalib gələ bilmirlər.

Məncə, hücum zamanı insanlar müxtəlif istiqamətlərə qaçmalıdırlar. Bu halda qurbanların sayı daha az olur. O da aydındır ki, hər bir insanın – kişi, qadın, uşaq və qocaların kompleks hazırlığı olmadan terrorla mübarizədə qalib gəlmək mümkünsüzdür. Buna görə də mütəmadi olaraq, instruktajlar keçirilməli, əhalinin ekstremal situasiyalara kütləvi hazırlığı aparılmalıdır. İnsanlara sağ qalmağı öyrətmək lazımdır. Fiziki sağlam, güclü və cəsur gəncliyi tərbiyə etmək lazımdır.

Əfsuslar olsun ki, bu xüsusiyyətlər artıq keçmişdə qaldı.

Məncə, kütləvi tədbirlərdə, konsert və bayramlarda xüsusi hazırlıqlı insanlardan istifadə etmək lazımdır ki, ekstremal vəziyyətlərdə onlar kütləni idarə edə bilsin.

terror4Məncə, terrorla mübarizədə KİV nümayəndələrinin də xüsusi rolu var. Belə ki, mətbuat terror aktlarının işıqlandırılmasında çox diqqətli olmalıdır. ADNA-dakı məlum hadisələrlə bağlı qəzet və elektron mətbuatdakı xəbərlərə diqqət yetirək. Terroristi qorxunc, güclü və amansız təsvir edən jurnalistlər geniş ictimaiyyətə qarşı bir növ ikinci dəfə “terror” etmiş olurlar. Onsuz da qorxaq olan insanları daha da qorxu altında saxlayırlar. Mən belə düşünürəm ki, terroristlərin əsas hədəfi terror aktı zamanı həlak olan insanlar deyil, əsl hədəf sağ qalan geniş ictimaiyyətdir. Terrorla mübarizənin ana xətti məhz sağ qalan insanların ağıl və qəlblərindən keçir. Buna görə də KİV vasitəsilə insanlarda terror aktlarına və terroristlərə birmənalı münasibət aşılamaq lazımdır – terror təşkilatçılarına və iştirakçılarına parlaq, təmiz və açıq nifrət hissi.

Terroristləri ən iyrənc və məzlum tərzdə göstərməli, hətta onlarda olmayan zəif cəhətləri də onlara yapışdırmaq lazımdır. KİV həmişə terroristə qeyri-humanist münasibət bəslənilməsini təbliğ etməlidir. Hamı anlamalıdır ki, terrorist – xalqın düşməni, insan qismində bir şeytandır. Onlar insanlarda qorxu hissi deyil, sadəcə nifrət hissi oyatmalıdırlar.

Yenə tarixə qayıdaq… Biz nə üçün Böyük Vətən Müharibəsini udduq? Bir mahnıda deyilirdi: “Qoy içimizdəki parlaq nifrət dalğa kimi qaynasın”. Məhz nifrət və kin müharibədə qələbəyə gətirib çıxarır. Yalnız onda bizim anti-terror fəaliyyətimizin real effekti olacaq. Və bu nifrət hissi bizə hələ məktəb yaşlarından aşılanmalıdır.

Ən kritik situasiyalarda qorxuya necə qalib gəlmək olar? Yalnız nifrətlə. Nifrət və alçalmaq qorxusuyla. Alçalmaq qorxusu yalnız mərd insanlarda olur. Əfsuslar olsun ki, bu xüsusiyyət bizim cəmiyyətimizdə hələ də baş qaldırmayıb.

 

filologiya elmləri namizədi Əhməd Şahidov

Bu məqalə müəllifin “Türk dövlətlərində təhlükəsizlik problemləri” adlı
doktorluq dissertasiyasının materialları əsasında hazırlanıb

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb