TARİXDƏ İLK DƏFƏ FUTBOL OYNAYAN TÜRKLƏRDİRMİ?

TARİXDƏ İLK DƏFƏ FUTBOL OYNAYAN TÜRKLƏRDİRMİ?

Ana Sayfa » Elmi konfranslar » TARİXDƏ İLK DƏFƏ FUTBOL OYNAYAN TÜRKLƏRDİRMİ?

Kocaeli Universitetində keçirilən beynəlxalq konfransda ilginc fikirlər səsləndirildi
Dekabrın 11-də Türkiyənin Kocaeli şəhərində “Xalq oyunlarında əyləncə” beynəlxalq elmi konfransı öz işinə başladı. Əvvəlcə qeyd edim ki, İstanbuldan 100 km məsafədə yerləşən Kocaeli şəhəri də böyük şəhərlərdən sayılır. Dağlıq relyefə malikdir. Məşhur “Kartepe” adlanan dağlıq qış kompleksi də məhz bu şəhərin ərazisinə aiddir. Kocaeli Universiteti də elə dağların arasında inşa edilib. Əvvəlcə gözlərimə inana bilmədim. İnsan nələr yaradarmış. Əzəmətli, başı qarlı dağların arasında dünya standartlarına uyğun, bütün şəraiti olan yüksək səviyyəli universitet şəhərciyi inşa edilmişdir. Konfransın rəsmi açılışı da çox gözəl idi. Əsl perfomans sərgiləndi. Tarixi və müasir türk rəqslərinin sintezi nümayiş etdirildi konfrans iştirakçılarına.

3Rəsmi açılışdan sonra beynəlxalq konfrans öz işini dağlıq sahədə inşa edilmiş hoteldə davam etdirdi. Qəribə də olsa, Kocaeli Universitetinin öz şəxsi hoteli var idi. Bucür şəraiti olan bir universitetdə oxumaq hər bir azərbaycanlının arzusudur, məncə.

Konfransda 17-i əcnəbi olmaqla, təqribən 200 nəfər elm adamı iştirak edirdi. Azərbaycanlılar da var idi. Konfransda bir-birindən maraqlı bildirilər təqdim edildi. Bütün iştirakçıları dinlədikcə əslində türklərin dünyanın ilk sakinləri olması fikri öz əsasını tapırdı. Sözün əsl mənasında dünyanın sahibləri olan türklər. Konfransda əsasən xalq yaradıcılığındakı əyləncələrdən bəhs edilirdi. Bayramlarda, toy və düyünlərdə, ailə şənliklərində düzənlənən oyunlar, maraqlı tədbirlər, əyləncələr barədə maraqlı çıxışlar edilirdi. Bu konfransın elə ilk günü məndə xeyli maraqlı təəssüratlar yarandı. Türk olduğuma görə bir daha qürur hissi keçirdim. Öyrəndim ki, dünyada ilk dəfə futbol oynayan məhz türklər olub. Bəli! Futbolu əslində bəşəriyyətə türklər bəxş ediblər. Bu fikri məndən əvvəl çıxış edən professor dr. Tuncer Gülensoy ortaya atdı. Bunu təkcə dildə deyil, elmi sübutlarla ortaya qoydu. Bu fikir iştirakçılar arasında həm qürür, həm də çaşqınlıq hissi yaratdı və nəticədə qızğın müzakirələr başladı. Professor dr. T.Gülensoy bildirdi ki, türklərin topla oynaması barədə ilk mənbələr Mahmud Kaşğarlının “Divani Lüğəti Türk” əsərində qeyd edilib. Belə ki, bu əsərdə bildirirlir ki, türklər boş vaxtlarında yumru formalı əşyalarla oynayırdılar. Bu oyunun adı isə həmin mənbələrdə “tepik” kimi qeyd olunur. Bizim dildə “təpik” kimi səslənən bu ifadə əslində ayaqla yumru əşyanı vurmaq mənasında işlənir ki, bu da müasir futbol oyununu xatırladır.

71Bu fikri səsləndirən professor dr. Tuncer Gülensoyun özü xalq yaradıcılığı ilə məşğul olan məşhur bilim adamlarından hesab olunur. İndiyə kimi 50 kitabı, 2000 məqaləsi çap olunan bu alimi bütün dünyada yaxşı tanıyırlar. Maraqlı müzakirələr zamanı professora xeyli suallar verildi, lakin hörmətli T.Gülensoy fikirlərini ciddi şəkildə müdafiə edə bilirdi. Özbəkistandan olan bir xanım bildirdi ki, xüsusən Qərb mənbələrində futbolun ilk dəfə Çində yarandığı və sonradan İngiltərədə təkmilləşdirildiyi iddia olunur: “Sayın Gülensoy, bəs bu iddialara münasibətiniz necədir?”

Professorun cavabı da çox maraqlı oldu. O bildirdi ki, Qərb alimləri həmişə türklərdən çəkiniblər və türklərin dünyadakı təsirini azaltmaq üçün həmişə yalan məlumatlar yaymışlar: “Mən başa düşə bilmirəm, nəyə görə məhz Qərb alimlərinin dediyi dərhal bütün dünyada yayılır, amma biz türklərin sübuta yetirdiyi faktları heç cür qəbul etmək istəmirlər. Burada da ikili standartlardan çıxış edilir.” Cənab Gülensoyun sözlərinə görə, futboluun ilk dəfə Çində yaranması fikri heç də o demək deyil ki, topla oynamağı çinlilər kəşf edib. Belə ki, Çində çoxlu millətlər, o cümlədən türklər yaşayıb və indi də yaşayırlar. Bunlardan uyğurları misal gətirmək olar.

42 Əslində professorun bu fikri mənə yad deyildi. Gənc araşdırmaçı f.e.n. Cahid İsmayıloğlunun qələmə aldığı bir monoqrafiyada da bu barədə bəzi qeydlər mövcuddur. “XI yüzilliyin tarixi onomastik leksikası” adlı kitabda C.İsmayıloğlu da Mahmud Kaşğarlının «Divanü lüğat-it-türk» əsərinə istinadən iddia edir ki, tarixdə ilk dəfə “təpik” oyununu məhz türklər oynamışlar.

… Növbə mənə çatdı. Kürsüyə qalxdım və “Azərbaycan folklorunda oyun və əyləncələr: unudulanlar və unudulmayanlar” adlı bildirimi təqdim etdim. Çıxışımın əsas mövzusu Azərbaycan folklorunda ən çox danışılan və əfsuslar olsun ki, nadir hallarda oynanılan “Çövkən” oyunu ilə bağlı idi. At üstündə oynalınal bu oyunun əsl türklərə məxsus olduğunu bildirdim və çıxışımı bu sözlərlə bitirdim: “Türk oğlu  türk at üstündə doğulub, at üstündə yaşayıb, at üstündə əylənib, at üstündə də ölüb”. Çıxışımı uğurla bitirdim. Yenə soyadımın Şahidov olması dinləyicilərin diqqətini mənim çıxışımdan çox mənim kimliyimə yönəltdi. Özüm barədə bir-iki kəlmə bilgi verməyimi xahiş etdilər. Slavyan Universitetini bitirdiyimi və hal-hazırda Moskvada təhsil aldığımı bildirdim. Rus yönümlü insan olmadığımı çatdırmaq üçün “Təhsilim Rusiyaya ilə bağlı olsa da, özüm türk oğlu türkəm” dedim.

Ümumiyyətlə, Kocaeli şəhəri çox xoşuma gəldi. İstanbulun səs-küyündən, bəzən də zibilli küçələrindənsə, Kocaeli kimi gözəl dağlıq təbiətə malik şəhəri tərcih edərəm.

PhD Əhməd Şahidov
Kocaeli şəhəri, Türkiyə, 11 Dekabr 2009-cu il

[flickr-gallery mode=”photoset” photoset=”72157622863744753″]

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib