“SÜRİX PROTOKOLLARI” XEYİR GƏTİRMƏYƏCƏK

“SÜRİX PROTOKOLLARI” XEYİR GƏTİRMƏYƏCƏK

Ana Sayfa » Müsahibələr » “SÜRİX PROTOKOLLARI” XEYİR GƏTİRMƏYƏCƏK

Elxan Şahinoğlu: “Protokolların Türkiyə parlamentinin müzakirəsinə çıxarılacağını gözləməyə dəyməz”
Əhməd Şahidov: “Ankara sənədi ratifikasiya etsə, Qafqazı itirər”
Türkiyənin Nazirlər Kabineti keçən qanunvericilik dövründən qalan 171 beynəlxalq müqavilə və sazişdən 166-nı yeniləməyə qərar verib. Hökumət yenilənəcək razılaşma və müqavilələrin siyahısını Türkiyə Böyük Millət Məclisinə göndərib. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması və sərhədlərin açılmasını nəzərdə tutan iki protokolun təsdiqilə bağlı qanun layihəsi də bu siyahıda yer alır. Yəni, “Sürix protokolları” yenidən aktuallaşıb.
Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, Türkiyə hökuməti “Sürix protokolları”nı parlamentə göndərmək barədə qərarı Nyu-Yorkda ABŞ prezidenti Barak Obamanın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra verib. Həmin görüşdə erməni-türk münasibətlərinin normallaşması prosesinə toxunulub. ABŞ prezidenti Ərdoğana Ermənistanla münasibətlərin normallaşması prosesini davam etdirməyi təklif edib.
Mövzu ilə bağlı fikirlərini bölüşən Elxan Şahinoğlu deyir ki, bu prosedur qaydasıdır: “Keçən qanunvericilik dövründən qalan razılaşma və müqavilələrin yenilənməsi prosedur qaydası olduğundan, “Sürix protokolları”nın mütləq parlamentin müzakirəsinə çıxarılacağını söyləmək doğru olmazdı. Həzərə almaq lazımdır ki, Ermənistan Türkiyə hökumətinin tələblərini yerinə yetirməyib. Ona görə də, protokolların Türkiyə parlamentinin müzakirəsinə çıxarılacağını gözləməyə dəyməz. Belə bir təhlükənin olduğunu düşünmürəm”.
Diaspor və Lobbi Strateji Araşdırmalar Mərkəzinin sədri
Zaur Əliyev isə fərqli düşünür. Onun sözlərinə görə, hazırda dünyanın yeni siyasi xəritəsinin hazırlanması prosesi gedir: “Yeni siyasi xəritədə dünya dövlətlərinin regionlar üzrə bölünməsi və bir lider dövlətin həmin regiona məsul təyin edilməsi planlaşdırılır. ABŞ və onun əsas müttəfiqləri İngiltərə, Fransa və Almaniya isə bu xəritəyə tam nəzarət edəcəklər. Yaxın və Orta Şərq regionu Türkiyəyə həvalə edilib və onun qarşısında şərtlər irəli sürülüb. Bu şərtlərdən biri də Ermənistanla sərhədlərin açılmasıdır. ABŞ dəfələrlə Ankaranı parlamentdə “ilişib qalan” protokoları “təsdiqləməyə və irəliyə aparmağa” çağırıb. Onlar qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün Ermənistanla daha geniş şəkildə əlaqələrin yaradılmasını şərt kimi qoyurlar. İlk vaxtlar Rəcəb Tayyib Ərdoğan hökuməti münasibətlərin normallaşması üçün müəyyən cəhdlər göstərdi. Amma Türk xalqının, müxalifət partiyalarının və Azərbaycan dövlətinin, cəmiyyətinin siyasi iradəsi bu prosesin reallaşmasını önləyə bildi”. Zaur Əliyev bildirir ki, Türkiyə ilə Ermənistan arasında imzalanan sənədlərdən yalnız və yalnız erməni tərəfi udacaq: “Türkiyə diqqət yetirməlidir ki, hazırda Ermənistan iqtisadiyyatı çökür. Hökumət iqtisadi tənəzzül qarşısında acizdir. Milli valyuta günbəgün qiymətdən düşür. Bu ilin ilk 8 ayı ərzində dram rus rubluna nisbətən 37 faiz, avroya nisbətən 36,6 faiz, ABŞ dollarına nisbətən isə 23 faiz qiymətdən düşüb. Gələn il dövlət büdcəsi dollar hesabı ilə az qala 30 faiz azalacaq. O cümlədən gələn il hərbi xərclərin həcminin 30 faiz azalması planlaşdırılır. İqtisadiyyat investisiya cəlb edə bilmir. Son 20 ildə ölkəni tərk edən miqrantlar pul transferlərini kəskin şəkildə azaldıblar. Belə bir dövlətlə münasibət Türkiyəyə heç nə verə bilməz”. Ekspert deyir ki, protokolların Qarabağ münaqişəsinin tezliklə nizama salınmasında böyük əhəmiyyətə malik olacağını düşünənlər də yanılırlar: “Protokolların imzalanmasını Ermənistan diplomatik uğur kimi dəyərləndirəcək, eyni zamanda da sülh danışıqlarında daha aqressiv mövqedən çıxış etməsinə səbəb olacaq. Bundan əvvəl də Ermənistan daha öncədən razılaşdırılmış bəzi məsələlərə yenidən baxılması tələbilə çıxış edib, Dağlıq Qarabağdakı qondarma rejimi tanıyacağını bəyanladı. Onu da deyim ki, əgər protokolların TBMM müzakirəyə çıxarılması Türkiyə-Azərbaycan münasibətlərini təsir göstərə bilər”.
Rusiya Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının doktorantı Əhməd Şahidov bu qənaətdədir ki, Azərbaycanın erməni işğalı altındakı torpaqları azad edilməyənə qədər Türkiyə Ermənistanla hər hansı münasibət qurmamalıdır: “Türkiyə bunu etməyə çalışarsa, Qafqazı itirər. Bu, gün kimi aydın məsələdir. Türkiyə-Ermənistan münasibətlərindəki soyuqluğun səbəbi sadəcə “soyqırım olub və ya olmayıb” məsələsi deyil. Ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktı da Türkiyənin əsas problemidir. Sürix protokollarını imzalayarkən Ermənistan öz istəklərini Türkiyəyə qəbul etdirməyi qarşısına məqsəd qoymuşdu. Məncə, indi bu mövzunun yenidən gündəmə gətirilməsi Türkiyə hökumətinin hansısa manevrlər etmək cəhdidir. Onu da qeyd edim ki, 2010-cu ilin aprelində Ermənistan prezidenti Ermənistan-Türkiyə protokollarının ratifikasiya prosesinin dayandırılması haqqında fərman imzalayıb. O bəyan edib ki, Ankara İrəvana ilkin şərtlər irəli sürür, ratifikasiya prosesini davam etdirməyə hazır deyil. Bundan başqa, Ermənistan əhalisinin böyük əksəriyyəti ölkə prezidenti Serj Sarkisyanın “Sürix prosesi”nin dondurulması qərarını dəstəkləyir. Belə olan şəraitdə ölü “Sürix protokolları”nı yenidən diriltmək cəhdi kimə və nəyə xidmət edir, başa düşülən deyil. Amma ümumən götürdükdə, bu protokolların perspektivinə zərrə qədər də inamım yoxdur”.

Səid
“Xalq Cəbhəsi” qəzeti

KAFKAS STRATEJİK ARAŞTIRMALAR MERKEZİ

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb