“Son hadisələr Azərbaycan-Avropa münasibətlərində yeni səhifə açıb” – Əhməd Şahidov

“Son hadisələr Azərbaycan-Avropa münasibətlərində yeni səhifə açıb” – Əhməd Şahidov

Ana Sayfa » Müsahibələr » “Son hadisələr Azərbaycan-Avropa münasibətlərində yeni səhifə açıb” – Əhməd Şahidov

musahibe

ADİHİ rəhbəri Əhməd Şahidov dekabr ayının 10-da Belçikanın paytaxtı Brüssel şəhərindəki Avropa Parlamentində Beynəlxalq İnsan Haqları Gününə həsr edilmiş mühüm tədbirdə iştirak edib.

O, Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədovla söhbətində bu tədbir haqda ətraflı məlumat verib.

– Bilirik ki, dekabr ayının 10-u Beynəlxalq İnsan Haqları Günündə Avropa Parlamentində keçirilən mühüm tədbirdə iştirak etmisiniz. Mümkünsə bu tədbir haqqındakı təəssüratlarınızı bizimlə bölüşərdiniz..

– Dekabr ayının 10-da Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Avropa Parlamentinin binasında mühüm bir toplantı keçirildi. Toplantının əsas mövzusu dini radikalizm, terror və insan haqları problemləri idi. Toplantıda dünyanın dörd yanından gəlmiş hüquq müdafiəçiləri Avropa parlamentariləri ilə birlikdə bu problemlər ətrafında müzakirələr apardılar. Toplantıda BMT-nin dini inanc azadlığı ilə bağlı məruzəçisi, ATƏT-in demokratik təsisatlar və insan haqları bürosunun eksperti və digər tanınmış hüquq müdafiəçiləri çıxış etdilər. Toplantının əsas mövzusu dediyimiz kimi dini radikalizm və terrorçuluğun fonunda insan haqlarının bütün dünyada təmin edilməsi idi. Toplantıda xüsusən müsəlman ölkələrindən gəlmiş hüquq müdafiəçiləri bu məsələ ətrafında gedən müzakirələrdə iştirak etdilər və bildirdilər ki, heç bir halda terrorla mübarizə insanların haqlarını, hüquqlarını məhdudlaşdıra bilməz. Bu mövzu ətrafında geniş müzakirələr aparıldı, hətta gərgin diskussiyalar keçirildi. Mən də söz demək hüququmdan istifadə edərək Azərbaycanda son illər müşahidə olunan radikalizm meyillərindən danışdım”,

– Dini radikalizm demişkən, Azərbaycanda son günlər baş vermiş Nardaran hadisələri bu toplantıda müzakirə olundumu?

– Əlbəttə. Orda mən xatırlayıram, BMT-nin dini inanc azadlığı üzrə məruzəçisi öz çıxışında bildirdi ki, heç bir ölkədə hökumətlər terrorla mübarizə adı altında insanların hüquqlarını, haqlarını məhdudlaşdıra bilməzlər və hər bir insanın dini inanc azadlığı tam təmin olunmalıdır. Bu bir qədər qaranlıq qaldı mənim üçün. Ona görə əlimi qaldırıb sual verdim BMT-nin məruzəçisinə, Azərbaycanda baş verən son hadisələrə diqqət çəkdim və Azərbaycan dövlətinin Nardaranda keçirdiyi tədbirlər planı haqda danışdım. Bildirdim ki, dövlət Nardaranda baş vermiş hadisələrdə necə davranmalı idi, dini radikalizmlə mübarizə aparmalı idimi, terrorla mübarizə aparmalı idimi, yoxsa bunu insan haqları deyib başlı-başına buraxmalı idimi? Təbii BMT-nin məruzəçisi bildirdi ki, Azərbaycanda situasiya bir qədər fərqlidir, çünki Azərbaycan Rusiya və İranla həmsərhəd ölkədir, orada müxtəlif dini cərəyanların üzvləri, nümayəndələri aktivdirlər və onlar, xüsusilə də son vaxtlar İŞİD terror təşkilatının Azərbaycana təsirləri hiss olunmaqdadır. Yəni BMT-nin nümayəndəsi də bildirdi ki, Azərbaycan hökuməti Nardaranla bağlı doğru addım atıb. Ona görə ki, əgər bu addımlar atılmasa idi, Azərbaycan da digər ərəb ölkələri kimi dini radikalizmin mərkəzinə çevrilə bilərdi. Bundan başqa, toplantıda digər ölkələrdə, Pakistan, Hindistan, İran, hətta Çində, bilirsiniz, orada müsəlmanların hüquqları kobud şəkildə pozulur, bu ölkələrdəki dini azlıqların problemləri çox ciddi şəkildə qaldırıldı. Amma həm BMT, həm də ATƏT nümayəndələri Nardaran hadisələrində Azərbaycan hökumətinin atdığı addımları yüksək qiymətləndirdilər.

– Bu toplantıdan öncə Azərbaycanda mühüm bir hadisə baş verdi. Hüquq müdafiəçisi Leyla Yunus azadlığa buraxıldı. Leyla Yunusun azadlığa buraxılmasına Avropanın siyasi strukturlarının ilkin reaksiyası necə oldu? Bu haqda hər hansı rəy bildirildimi?

– Təbii ki, Leyla Yunusun azadlığa buraxılması çox mühüm bir hadisədir. Bu bir hüquq müdafiəçisi kimi məni də çox sevindirdi. AŞPA-nın prezidenti Ann Brasser isə bu addımı yüksək dəyərləndirərək Azərbaycan hökumətinə təşəkkür etdi. Lakin kiçik bir qeyd də əlavə etdi ki, digər həbsdə olan hüquq müdafiəçiləri, jurnalistlər və digər məhbusların da səhhətlərini nəzərə alaraq azadlığa buraxılması arzuolunandır. Daha sonra ATƏT-in baş katibi Leyla Yunusun azadlığa buraxılmasını alqışladı. ATƏT Demokratik təsisatlar bürosunun rəhbəri də bu addımı müsbət qarşıladı. Belə demək olar ki, bütövlükdə Avropa Parlamentində bu addım çox müsbət qarşılandı. Bu qərarın 10 dekabr ərəfəsində verilməsi Azərbaycanın insan haqları sahəsindəki imicini bir qədər yüksəltmiş oldu. Təbii ki, arzuolunandır ki, digər hüquq müdafiəçiləri, jurnalistlər və başqa məhbusların da işinə yenidən baxılsın. Ümid edirəm ki, Azərbaycan hökuməti bu istiqamətdə addımlar atacaq.

– Bir hüquq müdafiəçisi kimi Leyla xanımın azadlığına buraxılmasına sizin şəxsi münasibətiniz necədir?

– Mən bir hüquq müdafiəçisi kimi ilk növbədə istərdim ki, Azərbaycanda hər bir şəxsin hüquq və azadlıqları təmin olunsun. Kimliyindən, peşəsindən, tutduğu vəzifədən, ictimai mövqeyindən asılı olmayaraq hər bir insanın barəsində ədalətli məhkəmə hökmünün olmasını istəyirəm. Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus bir hüquq müdafiəçisi kimi mənim həmkarlarımdır. Onların azadlıqda olmalarını alqışlayıram və Azərbaycan hökumətinin, məhkəmələrinin bu qərarına sevinirəm. Təbii ki, onların yaşının və səhhətinin nəzərə alınması çox mühüm bir haldır. Bu məni sevindirir ona görə ki, Azərbaycan hökuməti Avropada öz demokratik imicini qaldırmaq üçün belə mühüm bir addım atdı. Mən bu prosesin davam etməsini istəyirəm və gözləyirəm. Əgər Azərbaycan Avropaya inteqrasiya edirsə, onda gərək insan haqları sahəsindəki boşluqları, çatışmazlıqları qısa bir müddətdə doldursun və aradan qaldırsın.

– Siz çox beynəlxalq tədbirlərdə iştirak edirsiniz. Soruşmaq istəyirəm, ümumiyyətlə belə tədbirlərdə Azərbaycana, onun nümayəndəsinə münasibət necədir? Yəni 5 il öncə ilə hazırkı vəziyyət arasında fərq varmı? Bizə münasibət yaxşıya doğru gedir, yoxsa pisə doğru?

– Ümumiyyətlə bilirsiniz, keçmiş Sovet ölkələri arasında Azərbaycan kifayət qədər yüksək pillədə durur. Mən hələ bunun iqtisadi, turizm potensialı, idman, mədəniyyət ölkəsi kimi tanınmasını bir kənara qoyuram, çünki Azərbaycan Avropada idman, mədəniyyət və iqtisadi inkişafı uğurla davam edən bir ölkə kimi tanınır. Amma Avropada daha çox önəm verilən məsələlərdən biri də demokratiyadır. Azərbaycan digər post-sovet ölkələri ilə müqayisədə bütün sahələrdə bir neçə pillə irəlidə durur. Azərbaycanda bu gün dini inanc azadlığı var, Azərbaycanda bu gün multikulturalizm kök salıb, tolerantlıq mühiti mövcuddur ki, bu hal bir çox ölkələrdə nadir hallarda müşahidə olunur. Elə Avropada, hazırda olduğumuz bu Brüssel şəhərində yerli əhali müsəlmanlara qarşı çox dözümsüzdür. Burada məscidlərdə namaz qılmaq bir qədər təhlükəli hesab edilir, burada küçədə hicablı gəzmək bir qədər riskli hesab olunur. Bu baxımdan Azərbaycan hətta Belçikanın özünü belə qabaqlamış ölkədir. Bu gün Azərbaycanda istər müsəlman olsun, istər xristian olsun, istər buddist və ya ateist olsun, hər bir kəs normal yaşayır və cəmiyyətdə özünə yer tuta bilir. İnsan haqları bir qədər abstrakt mövzudur. Hər bir ölkə insan hüquqlarına yerləşdiyi geosiyasi coğrafiya, məkanla bağlı müəyyən əlavə və redaktələr edə bilir. Elə ABŞ-ın özündə, Avropada insan hüquqları çox irəli getsə də, inkişaf etsə də, bəzi istiqamətlərdə həddən çox məhdudlaşdırılır. Bu da həmin ölkənin milli təhlükəsizliyi məsələləri ilə bağlıdır. Bu gün Azərbaycana da baxsaq, Azərbaycan da bir dövlət olaraq öz təhlükəsizliyini təmin etmək məcburiyyətindədir. Ona görə də mən düşünürəm ki, milli təhlükəsizlik və insan hüquqları məsələləri çox zaman bir-birinə zidd olur və ölkə çətin seçim qarşısında qalır. Bu seçim əksər ölkələr kimi Azərbaycan hökumətinin qarşısında da zaman-zaman dayanır. Azərbaycan hökuməti də təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür, öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bəzən insan hüquqlarını müvəqqəti məhdudlaşdırmaq məcburiyyətində qalır. Elə Nardaran hadisələri də buna bir misaldır. Mən düşünürəm ki, Azərbaycan dövləti zamanında bu addımı atdı və ölkəmizin digər ərəb ölkələri, İraq, Suriya kimi qaynar nöqtəyə çevrilməməsi üçün qabaqlayıcı addımlar atdı.

– Əhməd bəy, ətraflı məlumat və maraqlı müsahibə üçün sizə təşəkkür edirik.

– Çox sağ olun.

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb