ŞİMALİ KİPR HAQQINDA NƏLƏR BİLİRİK?

ŞİMALİ KİPR HAQQINDA NƏLƏR BİLİRİK?

Ana Sayfa » Yazılar » ŞİMALİ KİPR HAQQINDA NƏLƏR BİLİRİK?

Səfərinə hazırlaşdığım bir ölkə barədə əvvəlcədən araşdırma aparmaq qərarına gəldim.
Bildiyiniz kimi Dekabrın 7-də Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı olan Lefkoşa şəhərinə səfərim olacaq. Bu ölkə haqqında çox eşitsəm də, Türkiyədən savayı dünyanın heç bir dövləti tərəfindən tanınmayan və dünyanın siyasi xəritəsində hələ də yerini tapa bilməyən bu dövlət barədə qısa araşdırma apardım və əldə etdiyim nəticələri oxucularımla da paylaşmaq istərdim.

Şimali Kipr Türk Cümhuriyyəti və ya Şimali Kipr (qısaca olaraq KKTC) Aralıq dənizinin böyüklüyünə görə üçüncü adası və Anadolu yarımadasından 65 km cənubda yerləşən Kipr adasının şimalında yerləşən və müstəqilliyi Türkiyə Cümhuriyyətindən başqa heç bir dünya dövləti tərəfindən tanınmayan de-fakto müstəqil bir dövlətdir. Bugün bir çox dövlətlər, o cümlədən BMT və Avropa Birliyi kimi nüfuzlu təşkilatlar adanın cənubunda yerləşən Kipr Respublikasını tanıyırlar. Səbəb isə sadədir. BMT və Avropa Birliyi iddia edir ki, Kiprin şimal hissəsi Türkiyənin işğalı altındadır. Müstəqilliyini elan etdikdən sonra Türkiyə tərəfindən hər cür siyasi, iqtisadi və hərbi dəstək alan Şimali Kipri Türkiyədə “Yavru Vatan”, “Yeşilada” və ya “Cennet ada” deyə adlandırırlar.

rauf_denktasŞimali Kiprin sərhədləri şimalda Dipkarpaz, qərbdə Güzelyurt və cənubda Akıcılara qədər uzanır. ŞKTC ilə Kipr Respublikası arasında BMT-nin nəzarətində olan bufer zona yerləşir.

Şimali Kiprin ən gözəl və əhəmiyyətli yerləri paytaxt Lefkoşa, Girnə, Qazimağusa və Gözəlyurtdur. Aralıq dənizi iqlimində yerləşdiyindən bu ölkədə çox da yağış yağmır. Adətən isti və quru hava iqliminə malikdir.

Bu adanın tarixinə gəlincə, bir çox dövlətlərin əsarəti altında olan Kipr eramızdan əvvəl 1500-cü illərdə Qədim Misirin idarəsi altında olmuşdur. Eramızdan əvvəl 333-cü ildə müharibədə farsları məğlub edən Makedoniyalı İskəndərin idarəsi altına keçmişdir. Bu tarixdən sonra adada yunan mədəniyyəti inkişaf etməyə başlamışdır. Eramızdan əvvəl 58-ci ildə ada Roma İmperiyasının vilayəti şəklinə düşmüş və 350 il boyu Roma İmperiyasının əsarətində qalmışdır.

lefkosa-1Sonralar Kipr adası Osmanlı dövlətinə aid gəmilərə silsilə hücumlar həyata keçirən xristian dəniz quldurlarının məkanına çevrilmişdi. Bu dəniz quldurları əsasən dəniz ticarət gəmilərinə və həccə gedən sərnişinləri daşıyan gəmilərə hücumlar təşkil edirdilər. Bunun üçün Kipr adasının nəzarətə götürülməsi bir tarixi ehtiyac kimi gündəmə gəlmişdir. 01 İyul 1570 – 01 Avqust 1571 tarixlərində II Səlimin hökmdarlığı zamanı Lələ Mustafa Paşanın komandanlığı altındakı ordu və Piyale Paşanın dəniz donanmasının birgə hücumu ilə Osmanlı dövlətinin idarəçiliyinə keçdi. Kiprin fəthi ilə Şərqi Aralıq tamamilə Osmanlı dövlətinin nəzarətinə keçmişdir. 15 Sentyabr 1570-ci ildə Lələ Mustafa Paşa təntənəli şəkildə Lefkoşa şəhərinə daxil olmuşdur. Kiprin fəth edilməsi zamanı adada çox az sayda rum var idi. 1571-ci ildə adada siyahıya alınma keçirilmiş və 150 000 əhali qeydə alınmışdır. Adadakı türk əsgərinin sayı isə 30 000 nəfər idi.
XX əsrdə Kiprdə vəziyyət daha qaynar və maraqlı oldu. Belə ki, 1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradıldı. 15 Noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini bəyan etmişdir.

lefkosa-2Şimali Kipr Türk Cümhuriyyəti rəsmi adı ilə təkcə Türkiyə tərəfindən tanınıb. İlk illər Pakistan və Banqladeş Şimali Kipri tanısalar da, daha sonradan beynəlxalq təzyiqlər altında bu fikirdən geri çəkilmişlər. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranmışdır, daha sonra Azərbaycan da Şimali Kiprin müstəqilliyini tanımışdır. Rəsmi olaraq müstəqilliyini tanımasalar da, dünyanın bir çox dövləti ŞKTC ilə münasibətlər qurmaqdadır. Hal-hazırda Şimali Kiprdə Türkiyə səfirliyi, Avstriya, Almaniya, Böyük Britaniya, ABŞ təmsilçilikləri, Fransa Mədəniyyət Dərnəyi və Avropa Birliyinin dəstək ofisi fəaliyyət göstərməkdədir.

Şimali Kiprdə Təhlükəsizlik Qüvvələri Komandanlığı (GKK) adlı silahlı qüvvələr mövcuddur. Bu orduda 18-40 yaşları arasında 4000 nəfər xidmət keçməkdədir. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin 11-ci kolordusu Kipr Türk Sülh Korpusu adı ilə adada xidmət keçməkdədir.

Beynəlxalq səviyyədə tanınmadığına görə Şimali Kipr mütəmadi olaraq Türkiyədən yardımlar almaqdadır. Milli valyutası türk lirəsi olan bu dövlətin bütün idxal və ixrac əməliyyatları məhz Türkiyə üzərindən həyata keçirilməkdədir.

lefkosa-4Telefon kodu +90 392 olan Şimali Kiprin internet domen adı *.nc.tr kimidir. Dünya Poçt Birliyi müstəqil dövlət kimi Şimali Kipri tanımadığından bu ölkəyə hər hansı məktub və ya bağlama göndərəndə “Mersin 10 Turkey” başlığı qeyd olunmalıdır. Şimali Kiprə hava uçuşları yalnız Türkiyə və Azərbaycandan həyata keçirilir.

2006-cı ildə aparılmış siyahıya almaya görə 265 000 əhalisi olan bu ölkə əsasən iki zümrədən – Kipr türkləri və Türkiyədən gəlmiş türklərdən ibarətdir. Burada az sayda maruni və rumlar da yaşamaqdadır. Dövlətin rəsmi dili Türk dilidir. Əhali əslində Türkiyə türkçəsinin Kipr ləhçəsində danışır və 1940-cu ildən etibarən latın hərfləriylə yazırlar. Şimali Kipr əhalisinin əksəriyyəti müsəlmandır.

Şimali Kipr Türk Cümhuriyyətinin əsas gəlir mənbəyi məhz turizm sahəsidir. Bu ölkənin iqlimi elə əlverişlidir ki, ilin bütün fəsillərində bura turizm üçün çox sərfəlidir. Yağışlar əsasən Dekabr və Yanvar aylarında yağır ki, bu da məni çox üzdü. Mənim də bəxtim belədir. Məhz Dekabr ayında səfərimi reallaşdırmalı oldum. Əslində ilin 6 ayında havanın orta tempraturu 20 dərəcədən yüksək olur.

Bütün bu yazdıqlarım Şimali Kipr Türk Cümhuriyyəti barədə araşdırdığım ensiklopedik məlumatdır. Həqiqətdə adanın şimal hissəsinin necə göründüyünü, oradakı həyat tərzinin, ictimai-siyasi həyatın, iqtisadiyyatın, mədəniyyətin özəlliklərini daha yaxından öyrənməyə çalışacam və yekunda gözəl bir reportaj hazırlamağa çalışacam.

Əhməd ŞAHİDOV

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib