“Sıfır nöqtəsi” romanı Türk dünyasının birliyindən bəhs edəcək

“Sıfır nöqtəsi” romanı Türk dünyasının birliyindən bəhs edəcək

Ana Sayfa » Xəbərlər » “Sıfır nöqtəsi” romanı Türk dünyasının birliyindən bəhs edəcək

ahmadGənc yazar Əhməd Şahidov növbəti romanını tamamlayıb
Son altı ay ərzində üzərində çalışdığı və ötən gün bitirdiyi yeni romanı haqqında danışan gənc yazar Əhməd Şahidov oxucularına yeni əsərini təqdim etməyə hazırlaşır. “Sıfır nöqtəsi” adnanan bu roman barədə məlumat verən yazar əsərinin Türk dünyasının birliyindən bəhs etdiyini söylədi: “Romanımı ötən gün bitirmişəm, çox ciddi yanaşırdım bu əsərə. Türk dünyasının birliyindən bəhs edəcək bu romanımı Şimali Kipr prezidenti Derviş Eroğlunun istəyi ilə qələmə almışam. Ötən ilin Dekabr ayında Lefkoşada olarkən, bu ölkənin prezidentinin rəsmi qəbulundə oldum və belə bir əsər yazmaq barədə şəxsən prezidentdən təklif aldım.”
“Sıfır nöqtəsi” adlanan yeni romanı barədə danışan müəllif əsərin əsas süjet xətti barədə də danışdı: “Romanın əsas qəhrəmanı Azad adlı gənc bir azərbaycanlı oğlandır. Azərbaycanda doğulan və daha sonra təhsil dalıyca Şimali Kiprə yollanan Azad universiteti bitirdikdən sonra orada qalır və Kiprin ictimai-siyasi həyatında fəal rol oynamağa başlayır. Romanımda Türk dünyasının bugün üzləşdiyi problemlər – Dağlıq Qarabağ konflikti, Kipr problemi, Cənubi Azərbaycandakı soydaşlarımız, muxtar Türk Cümhuriyyətlərindəki etnik məsələlər işıqlandırılıb. “Sıfır nöqtəsi” romanı Türk dünyasının gələcəyini təsvir edən bir əsərdir və bu romanımda mən bir yazar olaraq, yaxın 10-15 ildə Azərbaycan da daxil olmaqla, bütün Türk dilli ölkələrdə baş verəcək hadisələri proqnoz etməyə çalışmışam.”
Romanın adına diqqət çəkən müəllif bunu ikiyə bölünmüş Kiprin və onun paytaxtı Lefkoşa şəhərinin sərhəd keçid məntəqəsində yerləşən və “Sıfır nöqtəsi” adlanan ərazi ilə əlaqələndirdi: “Mən dəfələrlə Kiprdə olmuşam, bu problemlə yaxından tanışam, Kiprin tarixini dərindən araşdırmışam, adadakı Türklərin tarix boyu etnik təmizləmələrə, hücumlara məruz qaldığını bilirəm. İkiyə bölünmüş Lefkoşa şəhərinin Lokmacı sərhəd keçid qapısının yaxınlığında “Sıfır nöqtəsi” adlanan yer var. Məhz bu ərazi Kipr adasının düz ortası, mərkəzi sayılır. Ona görə də, romanımı həmin ərazinin adından götürmək qərarına gəldim. Bundan başqa, düşünürəm ki, Azərbaycan da daxil olmaqla, digər Türk dövlətləri tarix boyu itirdikləri torpaqları geri qaytarmaqla, özünün başlanğıc nöqtəsinə, yəni sıfır nöqtəsinə qayıda biləcəklər.”
“Sıfır nöqtəsi” romanının yayın ilk aylarında satışda olacağını bildirən Əhməd Şahidov əsərin Türkiyə türkcəsinə də tərcümə edilib, Türkiyə və Şimali Kiprdə satışa çıxarılacağını, daha sonra həmin ölkələrdə təqdimat mərasimlərinin təşkil olunacağını bildirdi.

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib