SEVGİM…

SEVGİM…

Ana Sayfa » Yazılar » SEVGİM…

Keçirmədiyim hisslər haqqında danışmaq istəyirəm
Sevgi, məhəbbət, eşq… çox adı var bunun. Hamı bu haqda danışır, fikirləşir, hamı bunu hiss eləmək, yaşamaq istəyir. Həyatda bəlkə də tək-tük mövzular var ki, onlar barədə nəinki danışmaq, hətta təklikdə düşünmək barədə özümə qadağalar qoymuşam. Bu, mənim həyat tərzimlə, yaşadığım həyatla bağlıdır. Lakin bilmirəm niyə, amma sevgi, məhəbbət mövzusu da bu qara siyahıya düşə bilib. Hələ uşaqlıqdan sevgidən danışmağa çəkinmişəm, sevə biləmişəm. Yox! Mən qorxaq deyiləm!
Həyatda çox təhlükəli anlar yaşamışam, bəlkə də həyatım bahasına başa gələn situasiyalardan alçı açıq çıxa bilmişəm. Amma sevgidən çəkinmişəm.

Bilmirəm niyə! Hələ məktəb illərində pərəstişkarı olduğum, gözəlliyinə, ağlına, tərbiyəsinə heyran olduğum çox insanlar olub. Təbii ki qızları nəzərdə tuturam. Amma içimdəki o “Mən” məni tutum saxlayıb, mənə hansısa qadağaları, yasaqları xatırladıb daima. Sanki mən sevsəm, hansısa xəyanət iş görmüş kimi olaram, sanki mənsub olduğum düşərgəyə, tayfaya xilaf çıxmış olaram kimi hiss etmişəm özümü. Qəlbim həmişə sevgiyə can atıb, amma ağlım üstün olub həmişə. Sonradan düşünmüşəm… kim və ya nə mənim sevməyimə mane olur axı?! Sevgidə qəbahət nədir görəsən?! Sevgi acizlikdirmi? Sevgi xəyanətdirmi?! Bu suallara cavab tapmağa çalışmışam.

Bu dəfə səmimi olacam. Açığını desəm, hələ də o suallara cavab tapa bilməmişəm. Gəlin bir az da səmimi olum. Məktəb vaxtı düşünmşəm ki, birdən kimisə sevərəm, qardaşı üstümə gələr, və ya anamgil evdə məni döyərlər. Bunun kimi onlarla bəhanə gəlib ağlıma. Bu minvalla qəlbimin bütün sevgi siqnalları cavabsız qalıb beyin mərkəzində. Bəzən qorxmuşam ki, sevdiyim insan mənə layiq olmaz, çəkinmişəm ki, sevdiyim insan mənə xəyanət edər, daha nələrdən ehtiyyat etmişəm…

Daha sonra universitet həyatı. Hərdən yaxınlarım, qohumlarım soruşur ki, Əhməd, sən indiyə kimi heç kimi sevməmisən?! Bilmirəm nə cavab verim. Bilmirəm baş tutmayan bu sevgilərdə kimi günahkar elan edim – özümü, yoxsa cəmiyyəti. Özümü, ona görə ki, qorxmuşam, çəkinmişəm, ehtiyyat eləmişəm?! Yoxsa cəmiyyəti ki, bir insanın xoşbəxtciliyi üçün minlərlə baryer qoyub qarşımıza?! Bir məşhur kəlmə yadıma düşür elə bu an – “Kimdir müqəssir?”

Əslində köklü şəkildə araşdırsaq, mənim qorxaqlığımın, cəsarətsizliyimin və aşırı ehtiyyat etməyimin günahkarı mən deyiləm. Məni bucür yetişdirən, məni qorxmağa, çəkinməyə məcbur edən və məni bu qaydalar çərçivəsində böyüməyə məcbur edən cəmiyyətimizdir. Nə deyir cəmiyyətimiz, bilirsinizmi?! Xaricdə kimə bu haqda danışsan, qəh-qəhə çəkib gülərlər. Cəmiyyətimiz deyir ki, qonşunun qızını sevmək olmaz, pis başa düşərlər. Cəmiyyətimiz deyir ki, sevdiyin qızın valideynlərini gərək sənin atan-anan əvvəlcədən tanısın, onlar arasında uzun müddət münasibətlər olsun. Cəmiyyətimiz deyir ki, başqa rayondan qız alma. Hətta rayonlar üzrə xarakter xəritəsi də cızılıb beyinlərdə – filan rayonun adamları belədir, filan rayonunku isə başqa cür. Amma danışanda Bütöv Azərbaycandan, Turandan danışırıq. Əlimizdə olanı saxlaya bilmirik, əzizlərim.

Bax belə! Bir də baxıb görürəm ki, artıq 28-29 yaşım var. Əsl faciə bu zaman başlayır. Kiminlə qarşılaşırsansa, bir şeyi soruşurlar: “Əhməd, nə vaxt evlənirsən?” Niyə cəmiyyətimiz belədir axı?! Niyə insanların beynində nümunəvi vətəndaş olmaq formulu mütləq evlənməkdən keçir?! Niyə insanlarımız illərdir çərçivələrdə sıxdığı vətəndaşının qarşısında uşaqlıqdan sevməyə maneələr qoyur, amma yaş 30-a yaxınlaşanda ondan evlənməyi tələb edir?! Sanki evlənmək də artıq bir ənənəyə, zəruri sayılan bir qaydaya çevrilib. Heç kim “Sevirsənmi?” sualını vermir, heç kim sənin daxili hisslərinlə maraqlanmır. Hamı toy olmasını, gəlib o toyda qollarını qaldırıb şıdırğı rəqs etməyi və toyun sonunda da dilənçilərə verərkən dilinin altında mızıldandığı kəlməni təkrar edib “nəzir qutusuna” atırmış kimi nəmər atmağı gözləyir.

Əzizlərim, lazım deyil mənə belə xoşbəxtçilik! Mən belə “sevgini”, belə “qohumbazlığı”, belə “dostluğu” istəmirəm! Yaş keçir deyə evlənmək ən böyük günahdır! İmkan verin, insan öz sevgisini tapsın, imkan verin insan heç nəyə baxmadan öz sevgi payına qovuşsun. Valideynlər öz maddi maraqları naminə övladlarını kimlərləsə ailə qurmağa məcbur eləməsinlər. Günahdır! Vallah, o dünyada Allah bunları sizdən bircə-bircə soracaq!

Məncə əsl sevgi formulu Azərbaycandan kənarda ola bilər. Məsələn, elə götürək İstanbulda. Avropa, ABŞ deyib çox uzaqlara getmək istəmirəm. Bilirəm ki, bəzi oxucular Avropanı və Qərbi artıq “əxlaqsız” çıxarıblar. Amma heç də belə deyil. Qayıdaq İstanbula – bizə yaxın olan, dili, mədəniyyəti və həyat tərzi haradasa bizimki ilə ayaqlaşan bir əski Türk şəhəri. İstanbulun mərkəzi Taksim meydanı. Sanki bu küçənin ruhu sevgidən, məhəbbətdən yoğrulub. İnsanlar burada gülür, sevinir, gənclər əl-ələ tutub xoşbəxt həyat tərzi keçirirlər. Hamı gülür, əylənir, hətta Bakıda qaş-qabaqlı gəzən və sevməyi qəbahət adlandıran o soydaşlarımız da Taksimdə bir başqa cür olurlar. Deməli, biz də içimizdə o sevgiyə, o xoşbəxtçiliyə susamışıq. Amma Bakıda olmaz! Çünki, görən olar, yaxşı deyil, sabah gedib iş yerində, universitetdə danışarlar.

Bilirsiniz nə danışarlar?! Deyərlər ki, adını alim qoyub, amma dünən gecə bulvarda bir qızla qol-qola girib gəzirdi. Deyərlər, yekə oğlandır, dövlət strukturunda çalışır, amma dünən kafedə bir xanımla ucadan deyib gülürdü. Deyərlər ki, sanballı oğlandır, amma o gün maşında nişanlısına sevgisini etiraf edəndə gözləri yaşarmışdı. Bax budur bizim cəmiyyətimiz!

O cür insanlara üzümü tutub demək istəyirəm: Əzizlərim, anam-bacım, qardaşım, dostlar əl çəkin məndən! Heç olmasa, bundan sonra öz saxta qaydalarınızla mənim xoşbəxtçiliyimə əngəl törətməyin. Mən alim də olmaq istəmirəm, dövlətdə də çalışmaq istəmirəm, qalstuk taxıb sanballı da görünmək istəmirəm. Mən sadəcə sevgimə nail olmaq istəyirəm. Allahın mənə vəd etdiyi, özümün də layiq olduğum saf, müqəddəs və əbədi bir sevgiyə!

Əhməd Şahidov
11 İyun 2011-ci il, saat 23:30
Bakı şəhəri

Xəbərlər

Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb