SEVGİLİMƏ MƏKTUB

SEVGİLİMƏ MƏKTUB

Ana Sayfa » Yazılar » SEVGİLİMƏ MƏKTUB

Bugün yenə səni xatırladım, əzizim. İstədim sənə olan hisslərimi etiraf edim. Amma bilmirəm nə deyim, nə yazım ki, mənim sənə olan sevgimi ifadə edə bilsin. Deyirlər, sözün gücü, qüvvəti böyükdür. Müharibələr, savaşlar kəsib sözlər. Amma nəsə ya mən söz tapa bilmirəm, ya da söz boynu bükükdür mənim hisslərimi ifadə etməkdə. Amma yenə çalışacam.
Ürəyim deyir “Yaz!” Amma bilmirəm nə yazım. Səni necə sevdiyimi? Yoxsa səninçün burnumun ucunun göynədiyini yazım?! Bəlkə sənin o gözlərinə baxmaqdan məhrum olduğumu deyim sənə?
Sənin qoxunu itirməkdən qorxuram. Səni bir daha itirməkdən qorxuram yaman. İndi sənin yanında olmaq, əllərindən tutmaq və bərk-bərk qucaqlamaq istəyirəm səni.
Sən seviləcək qədər şirinsən. Sən itirilmək qorxusu qədər müqəddəssən. Sən hava kimi lazımsan mənə. Hər gün səninlə səhərimi açmaq, hər gün başım sinəndə yuxuya getmək istəyirəm.
İstəyirəm başını qollarım üstə qoyasan. Şirin-şirin yuxuya dalasan. Mən də tamaşa edim. Sənin gedib-gələn nəfəsini qoruyum. İyini dadım.
Hər səhər tezdən oyanıb, sənin üçün səhər yeməyi hazırlayım. Yeməyimiz bir, içməyimiz də bir olsun. Əllərinin istisini qəlbimə almaq istəyirəm. İstəyirəm sənə sevgidən, məhəbbətdən uzun-uzadı danışım. Gecələrimiz uzun, səhərlərimiz bahar nəfəsli olsun. İstəyirəm ki, heç kimin olmadığı bir məkanda tək ikimiz olaq. Heç kimdən gizlənməyək. Heç kim bizi görməsin. Heç kimdən utanmayaq. Hamı bizə həsəd aparsın. Allahın yer üzünə göndərdiyi ən ülvi hissləri biz yaşayaq. Bəşər tarixində mövcud olan ən böyük, ən müqəddəs və ən saf eşqi məhz biz yaşayaq. İndiyə kimi yaşanmış bütün sevgiləri arxada qoyaq. Sevgi kitabında yeni səhifə açaq. Heç vaxt yazılmamış, heç vaxt deyilməmiş, heç vaxt eşidilməmiş sevgi etiraflarını sənə etmək istəyirəm. Hər şeyə rəğmən səni sevmək istəyirəm.
Kimin nə düşünməsindən asılı olmayaraq, haqqımızda kimin nə deməsindən asılı olmayaraq, yenə səni sevmək istəyirəm, əzizim:

Duyğular vardır anlatılmayan…
Sevgilər vardır kəlimələrlə olçülməyən…
Baxışlar vardır insanı bir ömür boyu ağlatan…
Yollar vardır keçilməsi çox çətin olan…
Qəlblər vardır dərdlə çırpınan..
və insanlar vardır heç unudulmayan..

Sən məhz o insanlardansan, həyatım, əzizim, canım mənim. Zənn etmə, mən sevib tərk edənlərdənəm. Mənim sevgim məzara qədər olanlardandır…Kimsə, amma heç kimsə məni bu sevdadan vaz keçməyə məcbur edə bilməz. Sən də bacara bilməzsən… qapıdan qovsan, pəncərədən gələcək qədər inadlıyam, qəfildən qarşına çıxıb da ucadan “Səni sevirəm, əzizim” deyəcək qədər cürətliyəm. Məni unudub, tək buraxıb getsən də, yenə səni sevəcək qədər sədaqətliyəm bu sevgidə, əzizim.
Hər saatımı, hər dəqiqəmi, hər saniyəmi, hər nəfəsimi səninlə alacaq qədər vurğunam sənə, əzizim.
Soruşsan niyə beləyəm. Çünki sənə vurğunam, çünki yaşamaq istəyirəm, insan kimi yaşamaq, məhəbbətlə dolu bir həyat yaşamaq istəyirəm. Axı sevgi sənin özünsən, məhəbbət sənin gözlərindədir, əzizim. Sən ağlayanda ürəyim sızlayar, əzizim. Sən güləndə ruhum gülər, əzizim.
Sənin varlığın bu dünyaya bir hədiyyədir. Mən inanıram ki, Tanrı məhz bəşəriyyəti xilas etmək üçün, yatmış insanları oyatmaq üçün sənin kimi tək-tük şəxsiyyətləri Yer üzünə göndərmişdir.
Bəlkə də xəbərin yoxdur. Amma sən özün bir həyat mənbəyisən. Sənin sözün, sənin baxışın, sənin gülüşün insana həyat bəxş edir. Səni sevmək, səni əzizləmək, səni qorumaq elə Allahı qorumaq, Allaha sitayiş etmək, ibadət etmək kimidir.
Səni sevəni Allah da sevər. Səni qoruyanı Allah da hifz edər, əzizim. Sən Allahın yer üzündə kölgəsi, sən Allahın insanlara deyiləcək sözü, sən Allahın insanlara töhfəsisən, əzizim. Sənin gülüşündə bir dünya gizlənib. Sənin baxışlarında bir cənnət vəsf olunub. Bütün yer üzünün alimləri, filosofları, şairləri yığışıb gəlsə, sənin ruhundakı o mistik fəlsəfəni aça bilməzlər. O fəlsəfəni açmaq üçün Allaha yaxın olmaq lazımdır. Gözlərində gizlənmiş o sirləri duymaq üçün Allahı sevmək gərəkdir, əzizim.
Allah isə göydədir. Onu sevmək üçün elə səni sevmək yetərlidir, məncə. Çünki sən Allahın elçisi, sən Allahın sevimlisi, sən Allahın sevimli qızısan. Odur ki, məndən bir daha soruşma, niyə səni sevirəm. Çünki mən Allahı sevirəm. Çünki mən Allahın əmanətini sevirəm. Çünki mən Allahın özünü sevirəm. Allah gözəldir. Allahın yaratdığı hər bir şey gözəldir. Allah ən müdrik, ən ali, ən gözəl, ən müqəddəs varlıqdır! Onun yaratdıqlarında sevgi var. Onun yaratdıqlarının nüvəsində məhəbbət var. Xoşbəxt o insandır ki, o həyatda sevgini duya bilir. Demək Allahın hədiyyəsini qazanıb. Xoşbəxt o insandır ki, o sevilə bilir. Deməli Allahın gülüşü onun üçündür. Xoşbəxt o insandır ki, onun ürəyi bir nəfəri axtarır. Deməli Allah ona yaşamağa, yaratmağa, və yaşatmağa ÜRƏK verib.
O ürək nələrə qadirdir, İlahi?! İnsan şüuruna sığmayan bütün möcüzələri aşa bilər o ürək. Kitablara sığmayacaq qədər əfsanələr yaradar o ürək. Bütün ölkəni, bütün məmləkəti, hətta mən deyərdim bütün Bəşəriyyəti xilas edər o ürək. O ürək indi məndədir. Sinəmdə döyünür. Vurur ürəyim. Sanki qəfəsə salınmış bir aslandır. O ürək indi arzularla doludur. Partlamaq istəyir. O ürək indi olduğu yerdən çıxıb göylərə uçmaq istəyir. O ürək indi bir başqa ürəyə qovuşmaq istəyir. O ürək artıq mənim deyil,əzizim.
O ürək sənindir. Demək, o ürək Allahındır. O ürək sevgiylə döyünür. O ürək yaşayır. O ürəkdə xəstəlik ola bilməz. O ürəkdə kin, nifrət ola bilməz. O ürək safdır. O ürək sağlamdır. O ürək çırpınır. O ürək sevgidir. O ürək bir balıqdır, okeanda üzmək istəyir, milyardlarla insanın içindən tapmış olduğu yarına qovuşmaq istəyir.
Allahın möcüzəsinə sən bir bax, əzizim. Yer üzündə 6 milyarddan çox insan yaşayır. 6 milyard! Təsəvvür edirsən??? Az rəqəm deyil. Amma ürək yalnız bir nəfəri sevir. Yalnız bir nəfəri axtarır. Yalnız onu istəyir. Gecə-gündüz, fərq etməz, o ürək döyünür, çırpınır, sevgisini görməyəndə kövrəlir, miskin olur. Görəndə həyəcandan sinədən qopmağa hazır olur.
Gərək yaşayasan. Gərəkdir ki sevəsən. Gərəkdir ki, seviləsən. Həyatda ən müqəddəs nemət olan, Allahın hər bir insana əmanət etdiyi tək bir candan keçməyə dəyəcək bir sevgin olsun. Bu sevgi məni sanki ayıltdı. Fikirləşdim ki, ay nadanlar, ay naşükürlər, ay Allahın böyüklüyünü qəbul etməyib də şeytana qulluq edənlər, deyirsiz sevgi yoxdur. Bəs onda niyə bu ürək belə döyünür öz yuvasında?! Niyə mən yatmaq istədiyimdə o pəri gözlərimin önündə dayanır dərhal?! Bəs niyə onu unuda bilmirəm?! Niyə mən onsuz yaşamaq istəmirəm?! Niyə məndən uzaq olduğu hər an belə mənə gün qədər uzun, onsuz açdığım səhərlər isə gecələr qədər zülmət olur?! Niyə?! Bəlkə bu sualıma cavab verəsiniz, ay sevgidən məhrum olan yazıq bəndələr?!
Cavab verə bilməzsiniz! Çünki Allahı sevmirsiz! Çünki Allah sizə sevgi bəxş etməyib! Çünki şeytanın “naz-nemətinə” aldanmısız! Çünki gözünüzü pul, vəzifə və daha nələr-nələr tutub. Bir anlıq durun! Həyata sarılın. Başınızı qaldırıb səmaya baxın. Baxın görün, göydə nə qədər ulduzlar var. Baxın görün, min illər boyu, qənirələr boyu Günəş ətafında dövrə vuran Yer niyə təlatüm keçirir. Bu, sevgi deyilsə, bəs nədir?!
Yerin Günəşə tükənməz sevgisi olmasa, min illər boyu saat dəqiqliyi ilə hər il eyni vaxtda, eyni saniyədə eyni dövrə vurarmı?! Yerin Günəşə sədaqətindən ibrət götürün! Məhz Günəşin Yerə olan sevgisidir ki, biz insanları qoynunda yaşadır. Bizi Günəşin odlu-alovlu istisindən alışıb kül olmağa qoymur. Demək biz yaşamağımıza görə məhz sevgiyə borcluyuq. Nə olar biz də bir-birimizi sevsək?! Nə olar ürəyimizi bir insana açsaq, nə olar ürəyimizə məhəbbət nuru saçsaq?! Nə olar?!
Əslində çox şey olar, əzizlərim! Ən əsası dünyada qanlar tökülməz. Ən əsası insanlar xoşbəxt olar. Ən əsası dünyada barış və sülh olar! Qan tökülmıəz! Hamı firavan, xoşbəxt olar! Allah da bizi sevər! Müdəqqəs kitablarda vəd etdiyi o Cənnəti elə Yerdə bizə bəxş edər! Budur Allahın bizə verdiyi fəlsəfi mesajlar! Budur vəd olunan o Cənnətin elə bizim özümüzdən asılı olduğunu anlamaq! Gəlin bir-birimizi sevək! Bir-birimizin qədrini bilək! Necə ki, mən indi bu məktubu yazarkən xəyallarımda düşündüyüm, amma məkan baxımından əlçatmaz sandığım bir xanımı sevirəm!
Onu çox istəyirəm! Bir sirri də açmaq istəyirəm! Əslində bu sirri min illər boyu bir çox filosoflar – Aristotel, Füzuli, Nizami və digərləri açmağa cəhd etmişlər, amma heç biri buna nail olmamışlar. Bu sirrin kökündə sevgi var! Sevmək, sevmək, yenə də sevmək!
Budur Allahın ən böyük əmri! Budur Allahın mahiyyəti! Allahın özü elə sevgidə gizlənib! Allahı uzaqlarda axtarmayaq!

Allah sevən gözlərdədir!
Allah gülən üzlərdədir!
Allah nəcib əllərində
Həsrət dolu baxışlarda
Allah sənin qəlbindədir!
Kimsənin qəlbinə dəymə heç zaman
Çünki o ürəkdə Allah gizlənir
Kimsənin payını alma əlindən
Kimsənin sözünü kəsmə yarımçıq
Çünki o sözlərlə Allah dillənir!
Kimsəyə kin, nifrət toxumu səpmə
Hamı bir körpədir əzəldən bəri.
Yaşına baxıb da cəzasın kəsmə,
Ruhun yaşı olmaz, ruh müqəddəsdir.
Toxunma ruhuna sevən insanın,
Oturub uşaq tək ağlaya bilər.
Evini aldınsa, çöllərdə qalar,
Çörəyin aldınsa, ac, susuz qalar,
Soyuqdan üşüyüb, bir ağac altda
Birtəhər özünü qoruya bilər.
Amma insanların eşqini alma
Nə edər, neyləyər insan sevgisiz?!
Özünü Allahın gözündən salma
Allahın cəzası çox ağır gələr.
Qorxun o cəzaya məhkum olmaqdan
Sevin, çünki həyat yoxdur sevgisiz
Dünya bizimkidir, bizsə Allahın!

Bu nədir, əzizim? Ağlayıram. Səni çox sevirəm! Bu qədər sözü mən haradan çıxardım?! İlahi, sən mənə neynəmisən?! Heç vaxt hiss etmədiyim gücü, qüvvəti mənə bəxş etmisən! Əzizim, mən səni sevirəm! Özü də çox! Qurban olum sənə, məni bu sevgidən məhrum etmə! Mənim sevgimi inkar etmə! Dəli olaram, yaşaya bilmərəm! Vallah, billah!

Əhməd Şahidov
04 Sentyabr 2011-ci il, saat 15:30, Moskva, Rusiya Federasiyası 

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb