Sevdiyim qadın və gecələr ağlayan qadın

Sevdiyim qadın və gecələr ağlayan qadın

Ana Sayfa » Yazılar » Sevdiyim qadın və gecələr ağlayan qadın

kitablarBu yaxınlarda internet saytlarının birində bir yazıçının kitabları diqqətimi cəlb etdi. Ən başlıcası yazıçının şeir kitabına və romanına verdiyi adlar çox maraqlı idi: “Sevdiyim qadın” VƏ  “Gecələr ağlayan qadın”. Beləliklə, yazıçıya ilk sualım bu cür oldu: “İnsanın sevdiyi qadın gecələr ağlaya bilərmi?”  Ə.Şahidov sualıma “bilər” cavabını verdi. Bəs bu adlarda təzad yoxdurmu? Suallarımın cavabını əsərləri oxuyana kimi bilmirdim. Və kitabları günlərin birində gənc yazıçı gətirib iş yerimdə mənə bağışladı.

Sonradan bildim ki, yazıçı mənim həmkarım imiş. BSU-da müəllim, filolologiya üzrə fəlsəfə doktorudur.

“Sevdiyim qadın” romanı… Oxucunu özünə cəlb edən bir əsər. Əsərin əsas qəhrəmanları Eyvaz və Humaydır. Roman bu iki gəncin məhəbbətindən bəhs edir. Eyvaz gənc doktorantdır. Təhsilini davam etdirmək üçün həm də  Moskvada Dövlət İdarəçilik Akademiyasında oxuyur. Humayla Bakıda işlədiyi universitetdə tanış olmuşlar.  Əsər, ümumilikdə götürəndə, “Təsadüfi görüş”, “Ürək söz anlamır”, “Ayrılığın kədəri” ,”Sevgi rəqabətə çevriləndə” “Eyvazın son arzusu” və s. hissələrdən ibarətdir.  Bu hissələrin hər birində Eyvazın məhəbbəti duyulur. Bu roman ürəkdən gələn poetik duyğuların ifadəsidir.

Əhməd Şahidov qəhrəmanını öz mənəvi taleyi kimi yaşayır. Poetikliyi artırmaq üçün şeirlər teqdim edilir. Bu şeirləri də yazıçı özü yazıb: Eyvazın dilindən Humaya yazıb.

Əsərdə  Eyvazın həyat hekayəti  qəmgin notlarla başlayır. Uşaqlıqdan yetim qalan Eyvaz dayısının himayəsində böyüyüb. Buna baxmayaraq, o, öz mühitində artıq mübarizdir. Mübarizliyi sayəsində uğurlu addımlar ataraq gənc alim adını qazanmışdır. Bədii qəhrəmanın şairliyi əsərdə onun alimliyinə mane olmamışdır. Qeyd etmək istəyirəm ki, müəllifin şəxsi düşüncə və qənaətlərini içinə alan bu düşündürücü əsəri maraq və şükranlıqla oxudum…

Romanda müasir insanın mahiyyəti açılır. Romanın qəhrəmanları məhəbbəti həyatları kimi qoruyan insanlardır. Hər bir obraz öz nitqi ilə, mükalimələrilə yadda qalır.  Eyvazın simasında şair öz qəhrəmanını dolğun bədii şəkildə oxucuya təqdim edir. Əsərdə Eyvaz romantik gənc olaraq daha səciyyəvidir. Ə. Şahidovun yaratdığı qəhrəmanlar  həyat şəraiti və tərbiyənin təsirilə qovuşa bilmirlər.

Oxucuda sual yarana bilər: Bu qəhrəamanlar niyə qovuşmadı? Məncə, Humayın evli qadın olması bu məhəbbətin sonunu hicran ilə qarşılaşdırdı.

Ümumiləşdirmə yolu ilə əsərin sonluğunda Eyvazın ölümü dayanır. Onun ölüm səhnəsi ürək sızıltıları ilə səslənsə də, burada yazıçı dərin fəlsəfi ümumiləşdirməyə əsaslanıb.

Məlumdur ki, hər  bir əsərin sonunda duyğularla ifadə olunmuş sənətkarlıq dayanır. Ə.Şahidov da “Sevdiyim qadın” romanında bir yazıçı, sənətkar təxəyyülü ilə oxucu qarşısına çıxmışdır. Onun alim intellekti ilə poetik istedadı birləşib oxucusuna bədii-estetik zövq aşılayır..

Təranə Şükürova
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Xəbərlər

Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş “Azərbaycan və Serbiya ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir” – Serbiya Parlamentinin vitse-spikeri ilə görüş Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Ombudsmanı cənab Zoran Paşaliç ilə görüşüb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Əhməd Şahidov Bosniya və Herseqovinanın Ombudsmanı ilə görüşdə Azərbaycan həqiqətləri barədə danışıb Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi ATƏT-in Vyana toplantısında gündəmə gətirilib Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb Əhməd Şahidov ATƏT-in Vyana toplantısında Avropanın təhlükəsizliyində azad medianın rolu barədə danışıb “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “İnsan hüquq və azadlıqları ölkələrin milli təhlükəsizliyini məhdudlaşdırmamalıdır” – Əhməd Şahidov ATƏT-in Vyana toplantısında çıxış edib “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb “Google və Facebook terrorizm və separatizm üçün əlverişli meydana çevrilib” – Əhməd Şahidov ATƏT-də internet təhlükəsizliyindən danışıb Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Macarıstan İşgəncələr Əleyhinə Fondu azərbaycanlı girovlarla bağlı araşdırmalara başlayır Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Əhməd Şahidov Budapeştdə Mərkəzi Avropa Universitetinin Siyasi Elmlər Mərkəzinin rəhbəri ilə görüşüb Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib