RUSİYA VƏ AZƏRBAYCAN ARASINDA DİN KÖRPÜSÜ

RUSİYA VƏ AZƏRBAYCAN ARASINDA DİN KÖRPÜSÜ

Ana Sayfa » Yazılar » RUSİYA VƏ AZƏRBAYCAN ARASINDA DİN KÖRPÜSÜ

İki ölkə arasında strateji müttəfiqliyin əsasını məhz din qardaşlığı, tolerantlıq və dinlərarası dialoq təşkil edir
İki ölkə arasında dostluq münasibətlərinin yaradılması üçün bütün növ əlaqələrin inkişaf etdirilməsi zəruridir. İqtisadi, siyasi, mədəni, hərbi əməkdaşlıqdan başqa, ən önəmli sahələrdən biri də məhz dini əməkdaşlıqdır. Hansı dinə, inanca ibadət etmələrindən asılı olmayaraq, hər bir xalq digər xalqın dininə hörmətlə yanaşmalıdır. Çünki, din öz-özlüyündə həm siyasətdir, həm mədəniyyət, həm də qardaşlıq. Lakin əfsuslar olsun ki, bütün dünyada bucür hörmətdən danışmaq olmur. Hətta bir çox inkişaf etmiş ölkələrdə tez-tez dini qarşıdurmalar, inanclar arası toqquşmalar və münaqişələr yaşanmaqdadır. Eyni dindən olan, lakin müxtəlif məzhəbdən olan xalqlar, icmalar arasında qanlar tökülür. Bu, həm İslam, həm də Xristian dinində rast gəlinən bir haldır.

Bir çox insanlar dünyada baş verən hadisələrin dinlə idarə olunmadığını israrla bildirsələr də, həm Qərbdə, həm də Şərqdə baş verən qlobal hadisələrin kökündə dini faktor tapmaq mümkündür. Əfsuslar olsun ki, bəzi böyük güclər öz iyrənc siyasətinə dini don da geyindirə bilirlər. Bəzi cinayətkar qruplar insanlığa qarşı yönələn əməllərini sanki din uğrunda mübarizə kimi qələmə verir, bundan istifadə edən hegemon dövlətlər, xüsusən də ABŞ və Qərb ölkələri İslam dininə qarşı səlib yürüşü həyata keçirirlər. Bir fakt danılmazdır ki, əgər dünyada müxtəlif dinlər və məzhəblər varsa, deməli Yer kürəsində sülhə nail olmaq üçün həmin dinlər arasında ortaq məxrəc tapmaq lazımdır. Başqa dildə desək, dinlərarası dialoq qaçılmazdır.

Bu baxımdan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında uzun illər inkişaf etdirilən dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində dinlərarası dialoqun rolu böyükdür. Azərbaycan bəlkə də dünyanın yeganə ölkələrindən biridir ki, burada dinlərarası dialoq arzuolunan səviyyədədir. Burada həm dövlətin din sahəsindəki siyasəti, həm də əhalinin dinə münasibəti, başqa dinlərə hörməti böyük əhəmiyyət daşıyır. AR Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Bununla belə ölkənin böyük əksəriyyəti İslam dininə sitayiş edir. Lakin ölkədəki xristianlara, yəhudilərə və digər dinlərin nümayəndələrinə də münasibət yüksək səviyyədədir. Bunu təkcə Azərbaycanda deyil, ölkədən kənarda yaşayan insanlar, din xadimləri və beynəlxalq təşkilatlar da etiraf edirlər. Ölkədə yaşayan pravoslavlara olan münasibət də bu qəbildən sayıla bilər. Azərbaycanda yaşayan pravoslavların əksəriyyəti ruslar olduğundan, onlara olan münasibət və qayğı Rusiya ilə münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Heç təsadüfi deyil ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin Rusiyada xeyli nüfuza malik olması və Rusiya Federasiyası Prezidenti tərəfindən ölkənin ən ali medalı ilə təltif olunması dinlərarası dialoqa verilən yüksək qiymətdən xəbər verir.

2009-cu ildə Moskva və Bütün Rusiyanın patriarxı seçilən Kirillin Azərbaycana, onun xalqına, İslam dininə və Hacı Allahşükür Paşazadəyə münasibəti və rəğbəti yüksək səviyyədədir. Bu vəzifəyə seçildiyi ilk məqamlardan patriarx Kirill dinlərarası dialoqun tərəfdarı kimi çıxış etməyə başladı. Məhz onun təşəbbüsü ilə keçirilən beynəlxalq dini sempozyumlarda, dinlərarası dialoq məqsədilə təşkil olunan beynəlxalq tədbirlərdə İslam, xristian, yəhudi nümayəndələri fikir mübadiləsi aparır və din vasitəsilə xalqlar arasında da dostluq və qardaşlıq əlaqələrinin qurulmasına çalışırlar. Təsadüfi deyil ki, məhz patriarx Kirillin təşəbbüsü ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə və Ermənistanın dini rəhbəri II Qaregin arasında dəfələrlə ikitərəfli və üçtərəfli görüşlər keçirilmişdir. Bu görüşlərin əsas məqsədi həm dinlərarası dialoqun qurulması, həm də müharibə şəraitində olan iki ölkə arasında sülhün əldə olunmasıdır.

Bu günlərdə Moskva və Bütün Rusiyanın patriarxı Kirillin Azərbaycana rəsmi səfəri davam etməkdədir. Görüş yüksək səviyyədə keçirilir. Patriarxın Azərbaycana rəsmi səfərə gəlməsi həm dinlərarası dialoq baxımından, həm də Rusiya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi nöqteyi-nəzərindən yüksək əhəmiyyət daşıyır. Azərbaycan rəhbərliyi də bu görüşə yüksək qiymət verir. Bunun nəticəsidir ki, AR Prezidenti İlham Əliyevin qərarı ilə Moskva və Bütün Rusiyanın patriarxı Kirill “Şöhrət” ordeni ilə təltif olundu. Məhz Kirillin Bakıya səfərə gəlməsi iki ölkə arasındakı bəzi xırda problemlərin də həllinə müsbət təsir etmiş oldu. Azərbaycandakı rus icmasını narahat edən suallar, pravoslav kilsəsinin qayğıları bir daha qabardıldı, ölkədə rus dilinin statusunun yüksəldilməsi məsələsi gündəmə gəldi. Patriarx Kirillin öz çıxışında Azərbaycanı dini tolenrantlığın ən nümunəvi ölkəsi olduğunu bildirməsi, bu sahədəki siyasətinə və ümumiyyətlə, rus dilinə, ruslara bəslənən hörmətə görə Azərbaycan rəhbərliyinə dərin təşəkkür etməsi təsadüfi deyildi. Bundan başqa, bucür səfərlər zamanı təkcə Rusiyanın marağında olan məsələlər deyil, heç şübhəsiz ki, Azərbaycanı narahat edən məsələlər də müzakirə olunur. Bu məsələlər təkcə dini deyil, həm də ictimai-siyasi, iqtisadi, sosial və mədəni mövzuları da əhatə edir. Çünki, patriarx Kirill, o cümlədən Hacı Allahşükür Paşazadə təkcə dini lider kimi deyil, həm də ictimai-siyasi həyatda önəmli yer tutan, bu və ya digər məsələlərə kifayət qədər təsir gücünə malik olan şəxsiyyətlərdir.

PhD Əhməd Şahidov
Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” fakültəsinin tələbəsi

Xəbərlər

Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib Ermənistanın Varşavadakı səfirliyi qarşısında azərbaycanlı girovlarla bağlı aksiya keçirilib “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Bir milyon azərbaycanlı məcburi köçkün humanitar fəlakətin qurbanıdır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında erməni işğalından danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Kipr türklərinin iqtisadi, sosial və mədəni haqları tapdanmaqdadır” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Şimali Kipr barədə danışıb “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bura gəldim deyim ki, 7 aydır atamdan xəbər almırıq” – Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava toplantısında çıxış edib “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Bu foto erməni faşizminin bariz nümunəsidir” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında 2 yaşlı Zəhradan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Azərbaycan və gürcü xalqlarının qarşılıqlı münasibəti Avropa üçün nümunə ola bilər” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazdakı etnik durumdan danışıb “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Şuşa, Ağdam və Kəlbəcərdə məscidlər dağıdılıb, yerində erməni kilsələri inşa edilib” – Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Ermənistan tərəfini tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib “Azərbaycanda hər kəs üçün bərabər siyasi imkanlar mövcuddur” – Əhməd Şahidov ATƏT-də Azərbaycana yönəlik ikili standartları tənqid edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib Əhməd Şahidov ATƏT-in Varşava toplantısında Cənubi Qafqazda demokratik islahatlar və seçkilər barədə çıxış edib “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov “Dilqəm Əsgərovun oğlunun ATƏT-də çıxışı girovlarımıza beynəlxalq diqqəti artıracaq” – Əhməd Şahidov Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Əhməd Şahidov Prezidentin Qax səfərini şərh etdi – “Qaxda daha sürətli inkişafın şahidi olacağıq” Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Qax kəndlərinin yolları yenidən qurulur, müasir asfalt örtüyü çəkilir Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Yüksəklərdə olan sevgi və ya mən Qaxı niyə sevirəm?! Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Tbilisidə “Gürcüstan-Azərbaycan: gənclər və ortaq dəyərlər” mövzusunda dəyirmi masa keçirilib Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb Əhməd Şahidov Gəncədə keçirilən təlimlərdə sosial medianın gənclərin həyatındakı əhəmiyyətindən danışıb