RUSİYA PREZİDENTİ YANINDA… OXUYAN GƏNC ALİMİMİZ DEYİR Kİ…
izmir escort - izmir escort bayan fethiye escort bayan 2013mersin.net

RUSİYA PREZİDENTİ YANINDA… OXUYAN GƏNC ALİMİMİZ DEYİR Kİ…

Ana Sayfa » Xəbərlər » RUSİYA PREZİDENTİ YANINDA… OXUYAN GƏNC ALİMİMİZ DEYİR Kİ…
“Balkanlar qədim türk məskənləridir”
Əhməd Şahidov: “Hazırda Balkanlarda təkcə xristian-müsəlman yarışı deyil, eyni zamanda Avropa-türk mübarizəsi gedir”
Yerli və xarici mətbuatda maraqlı yazıları ilə çıxış edən gənc alim, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinin tələbəsi, filologiya elmləri namizədi Əhməd Şahidovun may ayında Balkan ölkələrinə elmi səfəri baş tutacaq.

Bu barədə “Yeni Müsavat”a Ə.Şahidov məlumat verib. O bildirib ki, ötən illərdə keçirilən beynəlxalq elmi konfranslardakı uğurlu çıxışından sonra artıq bir çox nüfuzlu universitetlər keçirdikləri beynəlxalq elmi konfranslara onu da dəvət edirlər. Belə ki, Türkiyənin Sakarya Universiteti mayın 30-da Kosovonun Prizren şəhərində “II Beynəlxalq Türk dünyası sosial elmlər konfransı” adı altında beynəlxalq elmi konfrans təşkil edir. Konfransa dünyanın müxtəlif ölkələrindən 600-ə yaxın gənc alim və professorlar dəvət olunub. Azərbaycanı da bu möhtəşəm tədbirdə məhz gənc Ph.D Əhməd Şahidov təmsil edəcək.

Ə.Şahidov qeyd edib ki, Ph.D ixtisası filologiya ilə bağlı olsa da Moskvada təhsilini hüquq ixtisası üzrə davam etdirir və gələcəkdə doktorluq müdafiəsini də məhz bu istiqamətdə etmək istəyir. Odur ki, iştirakçısı olduğu bütün beynəlxalq elmi konfranslarda məhz hüquq elmindən çıxışlar edir. Kosovoda keçiriləcək beynəlxalq konfransda da məhz “Uluslararası ilişgilər, Balkanlar və Türkiyənin yanaşması” mövzusunda geniş məruzə ilə çıxış edəcək. Söhbət zamanı gənc alim Balkanlarla bağlı maraqlı faktlar da açıqladı. Onun sözlərinə görə, Azərbaycanda Balkan ölkələri ilə bağlı dolğun informasiya yoxdur: “Çünki Azərbaycan dövlət olaraq bəzi Balkan ölkələrini ya siyasi olaraq tanımır, ya da ki, həmin ölkələrlə heç bir siyasi münasibət qurmaqda maraqlı deyil”.

Ə.Şahidov qeyd etdi ki, məruzəsində o, Balkan ölkələrinin uzaq tarixindən tutmuş, parçalanma dövrünə və müasir dövrə qədər olan zamanı təsvir edir. Onun sözlərinə görə, türklər hələ qədim zamanlardan bu ərazilərdə məskunlaşıblar: “İndiyə kimi bu ərazilərdə qorunub saxlanılmış müxtəlif tarixi abidələr, məscidlər bunu deməyə tam əsas verir. Hələ Osmanlı dövründən türklərin bu ərazilərdə marağı və qayğısı duyulmaqda idi. Odur ki, Balkan ölkələrində müharibələrin və daha sonra parçalanmaların baş verdiyi zaman Türkiyə Cümhuriyyəti Osmanlı İmperiyasının varisi kimi bu hadisələrə biganə qala bilməzdi. Yuqoslaviyanın parçalanması zamanı türk əsgəri NATO qoşunları tərkibində Kosovoya daxil oldu və bölgədə sülhün qorunub saxlanılması üçün öz töhfəsini verdi. Yuqoslaviyaya sanksiyaların tətbiq edilməsinə qərar verən ABŞ ilə eyni mövqedən çıxış etdi, Balıkəsir və Bandırma hava limanlarını NATO təyyarələrinin ixtiyarına verdi. 1000 nəfərlik türk əsgərini Kosovoya göndərdi. Kosova öz müstəqilliyini elan etdikdən sonra onu ilk tanıyan ölkələrdən biri də məhz Türkiyə Cümhuriyyəti oldu. Bosniyada sülhün bərqərar olması üçün BMT xətti ilə minlərlə əsgərini bu torpaqlara göndərdi və bölgənin inkişafı üçün humanitar yardımlar ayırdı. Hətta Türkiyə prezidenti Turqut Özal Bosniya mitinqində iştirak etdi və Bosniya-Herseqovinada gəzintiyə çıxdı… Bu cür faktları çox sadalamaq olar. Bütün bunlar bir daha onu göstərir ki, Balkanlar Türkiyə ilə sıx əlaqəli olub və bundan sonra da olacaq”.

Ə.Şahidov qeyd edib ki, Türkiyənin Balkanlardakı təsirini azaltmağa çalışan qüvvələr də az deyil: “Balkan elə regiondur ki, burada həm xristian və İslam dünyası toqquşur, həm də ki, Qərb ilə Türkiyə. Araşdırmalar göstərir ki, bir çox xristian ölkələri regiondakı türk abidələrini, məscidlərini sökür və ya üzərində bəzi dəyişikliklər edərək xristianlaşdırmağa çalışırlar. Bununla da Balkanların qədim xristian torpaqları olduğunu sübut etməyə çalışırlar. Bundan başqa, Türkiyənin bölgəyə aktiv marağı bəzi Qərb dövlətlərini, xüsusən də Avropa Birliyindəki bəzi qüvvələri rahat buraxmır. Lakin Türkiyə həmin qüvvələrə boyun əymək niyyətində də deyil. Belə ki, Türkiyənin bir çox Vakıfları, təşkilatları mütəmadi olaraq, Balkanlarda tədbirlər keçirir, elmi simpoziumlar, konfranslar təşkil edir və regionu türk ictimai fikrinin diqqətində saxlamağa çalışırlar. Şimali Kipr Türk Cümhuriyyəti kimi Balkanlar da Türkiyənin daim diqqət və marağını duyur. Mayın 30-da Kosovoda keçiriləcək beynəlxalq elmi konfrans da, mən deyərdim, bu cür diqqətin və qayğının bir nümunəsi sayıla bilər”.

Sonda gələcək planları barədə söz açan Ə.Şahidov bildirdi ki, hazırda Moskvada Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinin III kursunda təhsil alır: “2014-cü ildə bu akademiyanı bitirəndən sonra doktorluq dissertasiyamı Moskvada müdafiə etmək niyyətindəyəm. Təhsil aldığım akademiya ixtisaslaşdırılmış təhsil müəssisəsi olduğundan, oranı bitirən məzunlara dərhal Rusiya dövlətində, xüsusən də inzibati sahədə çalışmaq üçün göndəriş verilir. Mən də çalışacam ki, həmin akademiyanı bitirdikdən sonra Rusiyada qalım və orada çalışım. Mənə elə gəlir ki, Rusiya dövlətində çalışmaq və Azərbaycan üçün həlledici məqamlarda öz şəxsi imkan və əlaqələrindən istifadə edib, vətənimə kömək etmək daha düzgün addım olardı. Elmi fəaliyyətimi heç bir zaman dayandırmaq fikrim yoxdur”.

R.RƏFİYEVA
“Yeni Müsavat” qəzeti, 22 Aprel 2010-cu il

Xəbərlər

Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Azərbaycanlı girovların məsələsi Türkiyədə keçiriləcək “Xocalı Həftəsi”ndə qaldırılacaq Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniya Respublikasının Ombudsmanı xanım Erinda Ballanka ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Albaniyanın xristian dini lideri Anastasios Yannoulatos ilə görüşüb Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Türkiyənin Macarıstandakı səfirliyini ziyarət edib “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasındakı fəaliyyətimiz azərbaycanlı girovlara beynəlxalq yanaşmanı dəyişmiş oldu” – Əhməd Şahidov AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə müzakirələr aparılıb “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov “AŞPA-nın Qış Sessiyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini qaldıracayıq” – Əhməd Şahidov Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Şimali Kiprdə keçirilən Həmrəylik Günü və Yeni İl Bayramında çıxış edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Əhməd Şahidov Həmrəylik Günü və Yeni İl münasibəti ilə Qax camaatını təbrik edib Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb Şimali Kiprin “Kanal T” Televiziyasında azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə danışılıb “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Avropanın insan haqları təşkilatları Dağlıq Qarabağ münaqişəsinə göz yumurlar” – Əhməd Şahidov CBC Azərbaycan kanalına müsahibə verib “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov “Yaxın aylarda azərbaycanlı girovların azad ediləcəyinə inanırıq və bu istiqamətdə fəaliyyətimizi gücləndirmişik” – Əhməd Şahidov Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Avropa Parlamentində 2 yaşlı Zəhranın qətlə yetirilməsi barədə məlumat verilib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Şimali Kipr Türk Cümhuriyyətinin Macarıstandakı səfirliyini ziyarət edib Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb Əhməd Şahidov Serbiya Respublikasının Qaçqınlar və Miqrantlar üzrə Ali Komissarı ilə görüşüb