ŞƏHİDLƏR!

xiyabanHər gün sizi ziyarət eyləyirəm,
Sizi unutmaram əsla, ŞƏHİDLƏR!
Orada yatan mənim atam, anamdır,
Qardaşım, bacımdır mənim ŞƏHİDLƏR!

*****

Siz öz canınızla tarix yazdınız,
Bayraqda iz saldı sizin qanınız.
Fəxr edirəm sizinlə, bayrağımla,
Siz mənim özümsüz, əziz ŞƏHİDLƏR!

*****

Siz düşmənin qarşısında dayandız,
Qoruduz milləti güllə-barandan.
Hamı yatırdı, amma siz oyaqdız,
Gecəylə yazdınız tarix, ŞƏHİDLƏR!

*****

Şəhidlik zirvədir, Allahdan gəlir,
Bu zirvəyə yüksəlmək çox çətindir.
İndi də zirvədə məzarınız var,
Məzarlar tarixdir, sizsə ŞƏHİDLƏR!

*****

İyirmi il keçib həmin tarixdən,
İllər unutdura bilmədi sizi.
Əsrlər keçsə də biz unutmarıq.
Bizi azad edən, sizi ŞƏHİDLƏR!

*****

İndi məmləkətim tam müstəqildir,
Sizin sayənizdə buna qovuşduq.
Sağ qalıb bugünkü Azərbaycanı,
Görsəz, sevinərdiz siz də, ŞƏHİDLƏR!

Əhməd ŞAHİDOV
16 Yanvar 2010-cu il saat 14:35, Bakı, Azərbaycan

*** Bu şeiri müəllifin öz ifasında eşitmək üçün bura daxil olun…

Комментарии на Фейсбуке