Əhməd Şahidovun iki kitabı işıq üzü gördü — FOTO

Ana Sayfa » Главная » Əhməd Şahidovun iki kitabı işıq üzü gördü — FOTO

Hal-hazırda Həcc ziyarətində olan alim və gənc yazar Əhməd Şahidovun iki yeni kitabı «Qanun» Nəşrlər Evində işıq üzü görüb. Biri roman, digəri isə şeirlər kitabı olan bu kitablar Ə.Şahidovun yaradıcılığında növbəti uğurlarıdır.

«Gecələr ağlayan qadın»

«Gecələr ağlayan qadın» müəllifin ikinci şeirlər kitabıdır. Tamamən sevgiyə, məhəbbətə, iki sevən insanın qarşılıqlı münasibətlərinə ithaf olunmuş bu şeirlərlə Əhməd Şahidov öz dünyasını, yaşanılmış, içdən gələn duyğularını tərənnüm edir.

Müəllifin birinci şeirlər kitabından fərqli olaraq, «Gecələr ağlayan qadın» adlı ikinci şeirlər kitabı daha dolğun, daha isti münasibətləri, iki sevən gəncin ehtiras dolu günlərini, vüsal, həsrət dolu anları ifadə edir.

Bu sevgidə sevən var, sevilən var, aylarla sevdiyi insanı gözləyən həsrət dolu gözlər var, gecələr göz yaşı axıdan bir xanım var. Bəli! Bu kitab bir xanıma, gülərüz, lakin içində burulğanlarla vuruşan sevən bir xanıma həsr olunub. Müəllif məhz o xanıma olan sevgisini ifadə edərək, bu şeirləri qələmə almış və həmin şeirləri bir kitab şəklində toplayaraq, kitabı «Gecələr ağlayan qadın» adlandırmışdır.

«Sevdiyim qadın» — bu kitabı buradan sifariş edə bilərsiz…

«Sevdiyim qadın» romanı gənc qələm adamı Əhməd Şahidovun ilk romanı, sayca üçüncü kitabıdır. Sevgi mövzusunda yazılmış romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda istedadlı alim və şairdir. Özündən 5 yaş böyük, Humay adlı kübar bir qadına aşiq olan gənc Eyvaz bütün karyerasını atıb, Moskvadakı işindən ayrılıb Bakıya qayıdır. Bakıda onu biri-birindən maraqlı macəralar gözləyir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri biri-birini əvəz edir. Birnəfəsə oxuyacağınız bu romanda erotik məqamlar və gərginlik çox maraqlı dillə təsvir olunub.

Evli bir qadına görə karyerasını məhv edən gənc,
Ehtiraslı sevgi əhvalatları,
Romantik şair təbiəti,
Böyük sevginin təzahürü,
Nəfəskəsən əməliyyat planı və digər hadisələr sizi tamam başqa bir aləmə aparacaq. Müəllif romanda xarakterləri açmağa ustalıqla nail olduğundan əsər olduqca maraqlı alınıb. Bir sözlə, “Sevdiyim qadın” romanı hamınızın sevərək oxuyacağınız bir romandır.

Hər iki kitabı «Əli və Nino» mağazalarından və şəhərimizin digər kitab mağazalarından əldə etmək olar.

Cəlil

Əhməd Şahidovun kitablarını buradan sifariş edə bilərsiniz…

Поиск

Новости

Эта мечеть в Гахе рушится — Ахмед Шахидов поднимает вопрос о мечети села Гаратала Ахмед Шахидов в парламенте Великобритании рассказал о нагорно-карабахском конфликте и его гуманитарных последствиях Перед посольством Армении в Варшаве прошла акция протеста под лозунгом «Карабах — это Азербайджан!» «Председательство в Движении неприсоединения открывает новые возможности для Азербайджана» — Ахмед Шахидов «Процесс обмена пленными и заложниками может состояться в ближайшее время» — Ахмед Шахидов «Деятельность Константина Затулина нарушает международное право» — Ахмед Шахидов заявил телеканалу ARB24 Заявление Президента «Карабах — это Азербайджан!» обсуждалось на телеканале Лидер Когда будут обменены азербайджанские заложники Дильгам Аскеров и Шахбаз Гулиев? — Обсуждение в программе «АТВ Актуаль» Как мы защищаем национальные интересы Азербайджана на международных площадках? | Программа «Обзор дня» | ARB TV Вопрос нагорно-карабахского конфликта и азербайджанских заложников обсуждался на международной конференции по правам человека в Лондоне Попытка армянских сепаратистов в ПАСЕ обсуждалась в программе «Обзор дня» телеканала ARB Попытка армянских сепаратистов в ПАСЕ была предотвращена — протест против «омбудсмена» сепаратистского режима Дискуссии о деятельности враждебных организаций против Азербайджана прошли в программе «Обзор дня» телеканала ARB «Памятник Талат Паше в Ереване — это преступление на почве ненависти» — Армения подверглась критике в ОБСЕ На саммите ОБСЕ в Варшаве прозвучали призывы обменять пленных и заложников