Əhməd Şahidov Şimali Kiprin dövlət televiziyasında çıxış etdi – FOTO — VİDEO

shahidovŞKTC-nin BRT telekanalında çıxış edən fəlsəfə doktoru Əhməd Şahidov Azərbaycan-Şimali Kipr münasibətləri, habelə Azərbaycanın bir ölkə kimi inkişafı barədə danşıb

Xəbər verildiyi kimi, 24 May tarixində millət vəkili Gülər Əhmədovanın təşəbbüsü ilə Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində Azərbaycan Tələbə Birliyi Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan Azərbaycan-Şimali Kipr Gənclər Forumunda iştirak etmək üçün Şimali Kiprdə səfərdə olan fəlsəfə doktoru Əhməd Şahidov 28 May günündə Şimali Kipr Türk Cümhuriyyətinin dövlət televiziyası olan BRT kanalının “Axşama Doğru” proqramının qonağı olmuşdur.
İlk öncə, Şimali Kipr tamaşaçılarını salamlayan Əhməd Şahidov 28 May – Azərbaycan Demokratik Cümhuriyyətinin 94-cü ildönümü ilə bağlı bütün Türk dünyasını, o cümlədən Azərbaycan xalqını təbrik etmiş və Azərbaycan dövlətinin yaranma tarixi barədə televiziya tamaşaçılarına məlumat vermişdir.

Daha sonra Şimali Kipr və Azərbaycan münasibətləri barədə aparıcıların suallarını cavablandıran fəlsəfə doktoru Əhməd Şahidov ŞKTC ilə rəsmi münasibətlərin olmamasına baxmayaraq, bugün Şimali Kiprdə mindən artıq azərbaycanlı tələbənin təhsil aldığını bildirmiş, ŞKTC-nin Bakı şəhərində təmsilçiliyinin fəaliyyət göstərdiyini və iki xalq arasında sıx münasibətlərin mövcudluğunu diqqətə çatdırmışdır.
Şimali Kipr Türk Cümhuriyyətinin hələ də dünya dövlətləri tərəfindən tanınmaması məsələsinə toxunan Əhməd Şahidov dünyadakı ikili standartlar barədə danışmış, Türkiyə Cümhuriyyətinin Avropa Birliyinə qəbul edilməsi üçün irəli sürülən şərtlərin mahiyyəti, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ konflikti ətrafında mövcud ikili yanaşmaların mövcud olmasını söyləmiş, Türk dünyasının birlikdə fəaliyyət göstərməsi, Türk Birliyi istiqamətində çalışmaların daha da gücləndirilməsini önə çıxartmışdır.
Sonda Eurovision 2012 mahnı yarışmasının Azərbaycanda keçirildiyini şərh edən Əhməd Şahidov bu mahnı yarışmasına hazırlıqlar barədə danışmış, Azərbaycanın bütün dünyaya möhtəşəm bir bayram şənliyi nümayiş etdirdiyini söyləmişdir.

Комментарии на Фейсбуке